11 Dekabr 2025 16:34
221
CƏMİYYƏT
A- A+
Azərbaycan və Böyük Britaniya arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub  

Azərbaycan və Böyük Britaniya arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub  


Səhiyyə Nazirliyində Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdaysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyinin ölkə üzrə direktoru Aleksandr Tirrel iştirak ediblər.

Səhiyyə naziri Teymur Musayev Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olduğunu qeyd edib. O, Ümummilli Lider Heydər Əliyevin 1994-cü və 1998-ci illərdə Böyük Britaniyaya səfərlərinin ölkələrimiz arasında əməkdaşlığın daha ad inkişaf etməsində əsas rol oynadığını bildirib. Nazir ölkələrimiz arasında bir çox sahələri əhahə edən münasibətlərın mövcud olduğunu deyib.

Prezident İlham Əliyevin vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan Teymur Musayev deyib: “Şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Eyni zamanda, nazirliyin Sanator-Kurort Reabilitasiya Mərkəzində veteranlarımız üçün bir çox tibbi xidmətlər göstərilir”.

Nazir gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu söyləyib.

Lord Con Alderdays Britaniyanın Azərbaycanla münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər təkcə ticarət və investisiyalarla məhdudlaşmır, eyni zamanda, uzunmüddətli tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır.

Azərbaycan dövlətinin şəhid ailələri və müharibə veteranlarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən Lord Con Alderdays Böyük Britaniyanın bu sahədə də müvafiq dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Konstruktiv anlaşma şəraitində keçən görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

10:48
13 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

10:47
13 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:47
13 Dekabr

İraqın keçmiş prezidenti BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib  

10:43
13 Dekabr

Polad Bülbüloğlu: Heydər Əliyevin adı və obrazı həmişə mənimlə olacaq  

10:42
13 Dekabr

Mixail Qusman: Heydər Əliyev xalqın etibar etdiyi lider idi  

10:41
13 Dekabr

Londonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib  

10:09
13 Dekabr

Aİ Rusiyanın dondurulmuş aktivlərinin geri qaytarılmamasına dair qərar qəbul edib  

10:01
13 Dekabr

"Ötən günlərimi qaytaraydılar..."

09:55
13 Dekabr

Bilmək istəyirəm

09:53
13 Dekabr

Masallıda "Məkr və məhəbbət"

09:50
13 Dekabr

Şirvanda payız-qış mövsümünə hazırlıq müzakirə olunub

09:47
13 Dekabr

Qarabağın qurucularına sertifikatlar təqdim edilmişdir

09:40
13 Dekabr

XİN: Çernomorsk limanına hücum nəticəsində türk şirkətinə məxsus gəmi zərər görüb  

09:38
13 Dekabr

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!