20 Noyabr 2025 02:23
2489
Məktublar
A- A+
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə


Hörmətli İlham Heydər oğlu.  

Əziz qardaşım. 

Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə "Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında" qərarın yekdilliklə qəbul edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.    

Sözsüz ki, bu, tarixi miqyasda hadisədir. O, Mərkəzi Asiya və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi məkana çevrilməsini, beləliklə, xalqlarımızın və dövlətlərimizin qardaşlıq, mehriban qonşuluq, bərabərhüquqlu və əməkdaşlıq zəminində güclü birliyini, onların ayrılmazlığı və bölünməzliyi üzrə tarixi talelərinin düzgün qavranılmasını təcəssüm etdirir.    

Qəti əminəm ki, qəbul edilən qərar tamamilə qanunauyğundur, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın tarixi inkişaf yolunu, onların zəruri ehtiyaclarını və həqiqi maraqlarını obyektiv şəkildə əks etdirir.     

Əsrlər boyu xalqlarımızı coğrafi qonşuluq, ortaq sivilizasiya kökləri, mədəniyyət, adət-ənənə və mənəvi dəyərlərin yaxınlığı birləşdirib. Bununla da müstəqillik şəraitində  qarşılıqlı münasibətlərin nadir arxetipik nümunəsi yaradılıb və bu gün o, hazırkı və gələcək kontinental proseslərin inkişafında - siyasətdə, iqtisadiyyatda, sosial məsələlərdə və humanitar sahələrdə güclü amildir. 

Məhz Mərkəzi Asiya və Azərbaycan transkontinental, çoxvektorlu qarşılıqlı əlaqədə əsas vəsilə olmaq vəzifəsini öz öhdələrinə götürüblər, bu olmadan tarazlaşdırılmış, uğurlu və davamlı müasir iqtisadi arxitekturanın yaradılması mümkün deyil. Artıq ölkənizin bu ali məqsədin reallaşmasında iştirakı əlavə güclü siyasi-hüquqi təməllə möhkəmləndirilib. 

Əziz qardaşım, Məşvərət Görüşü formatı bütün iştirakçılar üçün sülh, etimad, harmoniya, mehriban qonşuluq və qarşılıqlı faydalı tərəfdaşlığın təmin edilməsi üçün vacib platforma rolunu oynayır. Fəxr edirəm ki, Türkmənistan bu siyasi qarşılıqlı fəaliyyət formasının başlanğıcında dayanıb. Ölkəmizin Məşvərət Görüşünün yaradılması təşəbbüsü on beş ildən də çox əvvəl Özbəkistanda elan edilib və tam şəkildə dəstəklənib.

Növbəti addım Qazaxıstanda ilk rəsmi Məşvərət Görüşü oldu, burada çoxtərəfli dialoqun ideoloji təməlləri qoyuldu, onun uzunmüddətli məqsədləri və perspektivləri müəyyən edildi.

Bunun ardından razılaşdırılmış plana uyğun olaraq görüşlər Türkmənistanda, Qırğızıstanda və Tacikistanda keçirildi. Regiondaxili əməkdaşlığın əsas məsələləri və beynəlxalq gündəlik etimad əsasında və açıq atmosferdə müzakirə edildi, əhəmiyyətli qərarlar və razılaşmalar əldə olundu. Zaman bu formatın yaradılmasının düzgünlüyünü, onun aktuallığını və səmərəliliyini, xalqların və istisnasız olaraq bütün iştirakçı dövlətlərin fundamental maraqlarına uyğunluğunu göstərdi. 

Qarşılıqlı anlaşmanın inkişafında, Məşvərət görüşlərinin əhəmiyyətinin və nüfuzunun artmasında yeni bir mərhələ Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanının təsis edilməsi idi. Onun ilk laureatı Tacikistan Respublikasının Prezidenti oldu.

Hörmətli İlham Heydər oğlu, mənim üçün xüsusi qürur və şərəf hissi doğuran fakt ondan ibarətdir ki, ölkəmizin təklifi ilə bu ilin avqust ayında "Avaza" Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə üçüncü Konfransı (UNCLDC) zamanı Mərkəzi Asiya Dövlət Başçılarının növbədənkənar Məşvərət Görüşü təşkil edildi. Məhz bu görüşdə Türkmənistan Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulmasını və bununla da bu formatda əsas iştirakçıya çevrilməsini, əlaqələrini və qardaş xalqlar ailəsinə hərtərəfli inteqrasiyasını daha da gücləndirməsini təklif etdi. Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, bu təşəbbüs Daşkənddə Mərkəzi Asiya ölkələrinin prezidentləri tərəfindən tam dəstəklənib və ortaq rifaha doğru irəliləyişimiz üçün olduqca əhəmiyyətli və perspektivli bir fakta çevrilib.

İnanıram ki, Sizin ölkənizin siyasi nüfuzunu, onun nəhəng resurs, sənaye, texnoloji potensialını, mədəni və humanitar sahələrdə əldə olunmuş nailiyyətlərini nəzərə alaraq, Azərbaycanın Məşvərət görüşləri formatına qoşulması ölkələrimizin və xalqlarımızın hərtərəfli yaxınlaşmasında həlledici amil, müasir regional və beynəlxalq inkişaf istiqamətlərində fəal iştirakın stimulu olacaq, məsuliyyətli, vahid mövqedən çıxış edən tərəfdaşlar, qlobal koordinasiya sistemində özünün layiqli rolunu və yerini dərk edən, qarşıya qoyulan məqsədlərə birlikdə çatmağa hazır olan Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın rolunu, çəkisini artıracaq.   

Hörmətli İlham Heydər oğlu, Sizi gələn il Türkmənistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə əziz qardaş və dost qismində gözləyirik.  

Ən səmimi təbriklərimi qəbul etməyinizi bir daha xahiş edirəm. 

Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə və beynəlxalq fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, səadət, əmin-amanlıq və tərəqqi arzulayıram. 

Hörmətlə, 


Qurbanqulu BERDIMƏHƏMMƏDOV,

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri, Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanının laureatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Bakıda keçirilən TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb  

12:15
05 Dekabr

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir  

12:14
05 Dekabr

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!