Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 sentyabr 2011-ci il tarixli 16 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar N 8/23
109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Muradova Gülarə Hənəfi qızı 2011-ci il sentyabrın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyası tərəfindən məntəqə seçki komissiyalarının deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların təmsilçilik normalarının pozulmaqla formalaşdırıldığını bildirib, adı çəkilən dairə seçki komissiyasının 2 sentyabr 2011-ci il tarixli müvafiq qərarının qanunsuz olması səbəbindən ləğv olunmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, müvafiq seçki dairəsi ərazisində yerləşən 33 seçki məntəqəsi Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların rayon təşkilatlarının təqdim etdikləri namizədlərdən deyil, yalnız dairə seçki komissiyasında nümayəndələri təmsil olunan üç siyasi partiyadan formalaşdırılmalı, adı çəkilən partiyanın təmsilçilərinə isə ən azı 22 yer verilməlidir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş və müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi ilə müəyyən edilmişdir ki, adı çəkilən dairə seçki komissiyası 2 sentyabr 2011-ci il tarixli qərarı ilə həmin seçki dairəsinin ərazisində olan məntəqə seçki komissiyalarının tərkibini formalaşdırarkən Azərbaycan Respublikası Seçki Məcəlləsinin və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 avqust 2008-ci il tarixli 10/49-2 saylı Qərarı ilə təsdiq edilmiş "Məntəqə seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında Təlimat"ın tələblərini əsas götürmüşdür.
Seçki Məcəlləsinin 24-cü və 25-ci maddələrinə əsasən Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarət olmaqla Milli Məclis tərəfindən seçilir.
Mərkəzi Seçki Komissiyası özünün təşkiledilmə prinsipinə uyğun olaraq dairə seçki komissiyalarını yaradır.
Məntəqə seçki komissiyaları isə öz növbəsində dairə seçki komissiyaları tərəfindən özünün təşkiledilmə prinsipinə uyğun olaraq yaradılır.
Seçki Məcəlləsinin 36.2-ci maddəsinə və yuxarıda adı çəkilən Təlimatın 1-ci, 2-ci və 3-cü bəndlərinə əsasən məntəqə seçki komissiyası 6 üzvdən ibarətdir.
Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir.
Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri və onlarla birlikdə əvəzedici üzvləri müvafıq siyasi partiyaların yerli təşkilatları da partiya nizamnaməsinə uyğun olaraq müəyyən edə və siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiyanın üzvlərinə təqdim edə bilərlər. Siyasi partiyaların yerli təşkilatları qərar qəbul etdikdən sonra təsdiqlənmiş qərar, protokol və namizədlərin razılıq ərizələri müraciətlə birlikdə müvafiq dairə seçki komissiyasına göndərilir və müvafiq olaraq deputatları Milli Məclisdə çoxluq və azlıq təşkil edən dairə seçki komissiyasının üzvlərinə təqdim edilir.
Milli Məclisdə azlıq və çoxluq təşkil edən siyasi partiyaları, həmçinin heç bir siyasi partiyaya mənsub olmayan deputatları dairə seçki komissiyalarında təmsil edən komissiya üzvləri təqdim olunan sənədləri araşdırır, razılaşdıqları təqdirdə, onların namizədliyini dairə seçki komissiyasında irəli sürür və qərar qəbul olunması üçün dairə seçki komissiyasının iclasına çıxarırlar. Məsələnin dairə seçki komissiyasının iclasında müzakirə edilməsi əsasında komissiya bu barədə müvafiq qərar qəbul edir.
Göründüyü kimi, 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyası tərəfindən məntəqə seçki komissiyalarının tərkibinin formalaşdırılması ilə əlaqədar qərar qəbul edilərkən seçki qanunvericiliyinin yuxarıda göstərilən tələbləri pozulmamışdır.
Bu səbəbdən də ərizəçinin tələbi əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 36-cı, 112-ci, 112-1-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 avqust 2008-ci il tarixli 10/49-2 saylı Qərarı ilə təsdiq edilmiş "Məntəqə seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci və 3-cü bəndlərinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. Vətəndaş Muradova Gülarə Hənəfi qızının məntəqə seçki komissiyalarının formalaşdırılması qaydalarının 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyası tərəfindən pozulması ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 sentyabr 2011-ci il tarixli 16 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
19.09.2011
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezidentliyə namizəd saxlanıldı - ABŞ-də
29 Aprel
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək
29 Aprel
İtaliyanın baş naziri Avropa Parlamentinə seçkilərdə namizəd olacaq
29 Aprel
Sabah bəzi dağlıq ərazilərə dolu düşəcək
29 Aprel
Hindistan 10 ildə silah ixracını 35 dəfə artırıb
29 Aprel
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!