Azərbaycan Respublikasının Dövlət Neft Fondu açıq tender elan edir
LOT 1. Ümumi təhlükəsizlik sistemləri üçün yeni proqram təminatlarının və lisenziyalarının satın alınması (ICPAM, skan proqramı və s.);
LOT 2. Cisco IT avadanlıqlarına (SMARTNET) istehsalçı zəmanətlərinin 1 (bir) il müddətinə uzadılması xidmətinin satın alınması.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) yuxarıda qeyd edilmiş 2 (iki) LOT üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma (eTender) keçirir.
eTenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. İddiaçılara təklif edilir ki, https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) asan və ya elektron imzaları vasitəsilə daxil olsunlar və eTender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. eTenderdə iştirak haqqı LOT 1 üzrə 100 AZN, LOT 2 üzrə isə 150 AZN məbləğində müəyyən edilmişdir. İddiaçılar iştirak edəcəkləri LOT üzrə müəyyən edilmiş iştirak haqqını Portal üzərindən “ASAN ödəniş” sisteminə keçid edərək ARDNF-nin qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, 165
VÖEN: 9900041961
H/h: AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bIk: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 02 iyun 2021-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 10 iyun 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 11 iyun 2021-ci il saat 10:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
Füzuli sakini: Doğma yurdumuzun daha da inkişafı üçün çalışmalıyıq
29 Aprel
Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm...
29 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb
29 Aprel
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!