Azərbaycan Respublikasının Atçılıq Federasiyası ilin ilk konkur yarışını keçirdi
30 aprel - 1 may 2021-ci il tarixlərdə Novxanıda yerləşən “Sərhədçi Atçılıq Klubu”nun açıq manejində cari ilin ilk konkur yarışları keçirilib.
“E”, “L” və “M**” kateqoriyaları üzrə təşkil olunan “Sərhədçi” kuboku turnirində Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.
İlk yarış 30 aprel tarixində saat 12:00-dan etibarən başlamışdır. “E” kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 16 idmançının iştirak etdiyi mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin idmançısı Rəna Axundova “Tibet” ləqəbli atla 1-ci, “Sərhədçi Atçılıq Klubu”nun idmançısı Gülay Fərzəliyeva “Cera 59” ləqəbli atla 2-ci yerin sahibi olublar. “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin idmançıları Emin Rzayev “Light Limerick” ləqəbli atla 3-cü, Mədinə Əliyeva “Ak's Clinteus” ləqəbli atla 4-cü yerin sahibi olublar.
Günün ikinci yarısı saat 14:00-dan etibarən başlayıb. “L” kateqoriyası üzrə hündürlüyü 120 sm olan yarışda 21 idmançı iştirak edib. Nəticədə “Buta Golden Atçılıq Klubu”nun idmançısı Elmar Abdullayev “Bulud” ləqəbli atla 1-ci yerin sahibi olub. 2-ci yerdə “Meq” ləqəbli atla “Elit Atçılıq Klubu”nun idmançısı Məhəmməd İsgəndərov qərarlaşıb. “Elit Atçılıq Klubu”nun idmançısı Ramil İbrahimov “Cera 59” ləqəbli atla 3-cü yerin sahibi olub. 4-cü yerdə “Murad Atçılıq Klubu”nun idmançısı Kənan Novruzov “D'Amour” ləqəbli atla qərarlaşıb.
Nəhayət, 1 may tarixində saat 12:30-dan etibarən üçüncü və turnirin son yarışına start verilib. “M**” kateqoriyalı 125-130 sm hündürlükdə yerləşdirilmiş maneələrdən ibarət yarışda 9 at iştirak edib. “Sərhədçi Atçılıq Klubu”nun idmançısı Seyid Musayev “Gilas” ləqəbli atla öz rəqiblərinə qalib gələrək 1-ci yerin və “Sərhəçi” kubokunun sahibi olub. “Gilan Atçılıq Klubu”nun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla 2-ci, “Elit Atçılıq Klubu”nun idmançısı Rəşad Səmədov isə “Zirvə” ləqəbli atla 3-cü yerdə qərarlaşıblar.
4-cü yerə “Elit Atçılıq Klubu”nun idmançısı Rəşad Səmədov ikinci atı olan “Damla” ləqəbli atla sahib olub.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!