10 İyul 2026 08:00
225
SİYASƏT
A- A+
Azərbaycan - regionun sabitlik və əməkdaşlıq ünvanı

Azərbaycan - regionun sabitlik və əməkdaşlıq ünvanı


Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır 


Dünya öz tarixinin mürəkkəb, proqnozlaşdırılması çətin və münaqişələrlə zəngin olan dövrlərindən birini yaşayır. Hazırda qlobal təhlükəsizliyin sarsılması, regional qarşıdurmaların coğrafiyasının genişlənməsi və böyük güclər arasında kəskinləşən rəqabət dünyanı qeyri-müəyyənlik dalğasına qərq edib. 

Son günlər Yaxın Şərqdə münaqişə tərəfləri arasında qarşıdurmanın yenidən şiddətlənməsi, Rusiya-Ukrayna cəbhəsində illərdir davam edən müharibə qlobal müstəvidə gərginliyi pik nöqtəyə çatdırıb. Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionuna yaxın bir çox coğrafiyada, həm şimal, həm də cənub qonşuluğunda ciddi münaqişə ocaqlarının olması artıq öyrəşdiyimiz reallıqdır. Amma uzunmüddətli savaşlar təkcə siyasi böhranla məhdudlaşmır, həm də qlobal enerji və nəqliyyat dəhlizləri, beynəlxalq yük daşımaları üçün misli görünməmiş humanitar və iqtisadi problemlər yaradır. 

Ənənəvi təchizat zəncirlərinin qırıldığı, qitələrarası keçidlərin təhlükə altına düşdüyü bu cür mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanda qorunan daxili sabitlik, sosial-iqtisadi dayanıqlılıq və yüksək ictimai təhlükəsizlik mühiti qlobal miqyasda xüsusi diqqət çəkir və yüksək qiymətləndirilir. Azərbaycan bu xaosun ortasında öz təhlükəsizliyini təmin edən və dünya üçün etibarlı tərəfdaş rolunu qoruyan unikal sabitlik adası kimi çıxış edir. 

Azərbaycanın daxili sabitliyi və regional əməkdaşlıq təşəbbüsləri dövlətimizin başçısı tərəfindən mükəmməl şəkildə formalaşdırılmış və zamanın sınağından uğurla çıxmış balanslaşdırılmış xarici siyasət kursunun birbaşa nəticəsidir. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri qəbul edilən qərarların uzunmüddətli strateji hədəflərə hesablanmasıdır. Dövlət idarəçiliyindəki praqmatik yanaşma, milli maraqların ön planda tutulması və sürətlə dəyişən beynəlxalq reallıqlara çevik uyğunlaşma siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb. 

Müasir dünyada əsas çatışmazlıqlardan biri dialoq platformalarının azlığıdır. Lakin Azərbaycanın qlobal və regional güclərin hər biri ilə açıq, qarşılıqlı hörmətə əsaslanan diplomatik əlaqələrə və dialoq imkanlarına malik olması rəsmi Bakıya geniş manevr imkanları verir. Vurğulanan məqamlar ölkəmizi qlobal güc mərkəzlərinin əməkdaşlıq etdiyi unikal məkana çevirir. Bu yanaşma Azərbaycanın xarici siyasətinin mühüm və strateji uğuru olmaqla yanaşı, dövlətimizi beynəlxalq arenada söz sahibi edir, onun etibarlı tərəfdaş statusunu gücləndirir. 

Azərbaycan rəhbərliyinin mütəmadi vurğuladığı kimi, ölkəmiz geosiyasi rəqabət və qarşıdurma meydanı yox, sülh və əməkdaşlıq məkanıdır. Dövlətimizin təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı qlobal və regional layihələr ölkələri birləşdirir, qarşılıqlı iqtisadi asılılığı artırır və regionda davamlı sabitliyin təmin olunmasına xidmət edir. Yəni Azərbaycanın sabitlik və əməkdaşlıq məkanı olması bu günün hadisəsi deyil. Ölkəmiz hələ uzun zaman öncədən bu strateji kursu özünün dövlət fəlsəfəsi seçib. Zaman dövlətimizin başçısının uzaqgörən strategiyasının nə qədər doğru olduğunu sübuta yetirdi. 

Azərbaycanın formalaşdırdığı təhlükəsiz bağlantı mühiti və regional sabitlik dünya nəhənglərinin də diqqət mərkəzindədir. Qlobal aktorlar Azərbaycanı regional əməkdaşlığın ən mühüm ölkəsi kimi görürlər. Hazırda ABŞ, Avropa İttifaqı və Çin ölkəmizlə münasibətləri dərinləşdirməyə xüsusi maraq göstərir. Avropa İttifaqı üçün Azərbaycan etibarlı alternativ enerji mənbəyi olmaqla paralel, həm də Mərkəzi Asiyaya açılan ən təhlükəsiz strateji qapıdır. Azərbaycan ABŞ üçün Avrasiyanın nəqliyyat və enerji xəritəsində balans yaradan, regional təhlükəsizliyin təminatçısı olan əvəzedilməz strateji tərəfdaşdır. O cümlədən Çin üçün də ölkəmiz qlobal "Bir kəmər, bir yol" layihəsinin ən mühüm və risklərdən uzaq coğrafi məkanıdır. Azərbaycan Cənubi Qafqaz bölgəsində Şərqlə Qərbi qarşılıqlı maraqlar müstəvisində birləşdirən və qlobal ticarət üçün riskləri minimuma endirən yeganə təhlükəsiz ölkədir. 

Böyük güclərin Azərbaycana marağı bəyanatlarla məhdudlaşmır, konkret layihələrdə özünü büruzə verir. Məsələn, Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində Azərbaycanın "qoca qitə"nin qaz təchizatındakı payı ilbəil artmaqdadır. "Yaşıl enerji" dəhlizi bu tərəfdaşlığı yeni müstəviyə daşıyır. Eyni zamanda rəsmi Bakı Pekinin strateji maraqları çərçivəsində Çin-Mərkəzi Asiya-Avropa marşrutunun gömrük və logistika prosedurlarını rəqəmsallaşdıran yeganə etibarlı tərəfdaş kimi çıxış edir. ABŞ isə regionda enerji marşrutlarının diversifikasiyası və terrorizmə qarşı mübarizədə Azərbaycanı Cənubi Qafqazın əvəzedilməz dayaq nöqtəsi olaraq qəbul edir. 

Ənənəvi şimal və cənub nəqliyyat dəhlizlərinin funksionallığını itirməsi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) önəmini artırıb. Azərbaycan Orta dəhlizin əsas hərəkətverici qüvvəsidir. Ölkəmizin uzun illər öncədən reallaşdırdığı infrastruktur layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, modernləşdirilmiş magistral yollar və hava limanları infrastrukturu bu gün qlobal ticarətin xilaskarına çevrilib. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan Çindən çıxan yüklərin Avropaya qısa, ucuz və ən əsası təhlükəsiz şəkildə çatdırılmasını təmin edir. Qlobal təchizat zəncirinin Azərbaycandan asılı vəziyyətə gəlməsi ölkəmizin beynəlxalq təhlükəsizlik statusunu daha da gücləndirir. 

Azərbaycan bütövlükdə Avrasiya məkanının mühüm siyasi-iqtisadi aktorlarından biridir. Cənubi Qafqazda yaranan yeni regional reallıqlar fonunda Azərbaycanın mövqeyi daha güclüdür. Ölkəmiz regional əməkdaşlıq gündəliyini müəyyənləşdirən aparıcı dövlətdir. Azərbaycanın irəli sürdüyü və tərəfdaş ölkələrlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli regional sabitliyə fundamental töhfə verir, eyni zamanda beynəlxalq iqtisadi inteqrasiyanın sərhədlərini genişləndirir. Prezident İlham Əliyevin yürütdüyü siyasət həm də regionda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.

Yekun olaraq qeyd edə bilərik ki, dünyanı bürüyən qlobal böhranlar və gərginliklər fonunda daxildəki sabitlik, xarici siyasətdəki praqmatizm və təhlükəsiz bağlantı imkanları ölkəmizin gələcək inkişafının və yüksək statusunun təminatıdır. Ölkəmizin təklif etdiyi beynəlxalq əməkdaşlıq formatları və layihələr göstərir ki, güclü dövlət konsepsiyası təkcə hərbi və iqtisadi potensialla deyil, həm də yüksək etimad qazanmaq və dünyaya sabitlik ixrac etmək bacarığı ilə ölçülür. 


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yayda orqanizmimizi susuzluqdan necə qoruyaq?

10:35
10 İyul

Bakının yeni nəqliyyat şəbəkəsi

10:25
10 İyul

Milli intellektual elita formalaşır

10:15
10 İyul

Gənclərimiz Daşkənd səfərindən zəngin təəssüratla dönüblər

10:05
10 İyul

Şəmkir: orta məhsuldarlıq hələlik 40 sentnerdir

09:55
10 İyul

Goranboydakı "Süd Bulağı" MMC xarici bazarlara çıxmaq istəyir

09:45
10 İyul

Aqrar sektorun inkişafinda yeni dövr başlayır

09:35
10 İyul

Proqram mühəndisliyi kibertəhlükəsizliyin və rəqəmsal inkişafın əsas dayaqlarındandır

09:25
10 İyul

Azərbaycan Dövlət Aqrar Universitetinin görkəmli məzunları

09:15
10 İyul

"Ağıllı yol"lar, rəqəmsal körpülər - müasir nəqliyyat sisteminin Azərbaycan modeli

09:05
10 İyul

NATO Ankara sammitində hansı mesajları verdi?

08:53
10 İyul

Sənaye zonaları: sərmayə, istehsal və ixrac artır

08:45
10 İyul

"Əsas məqsəd rəqəmsal mühitdə uşaqların maraqlarını təhlükəli təsirlərdən qorumaqdır"

08:37
10 İyul

Bakıdan başlayan 100 illik yol: Türkoloji Qurultayın irsi 

08:32
10 İyul

Azərbaycan-İordaniya əlaqələri yüksək hüquqi müstəviyə keçir 

08:24
10 İyul

Rəqəmsal inkişaf və innovativ iqtisadiyyat seçim deyil, zərurətdir

08:16
10 İyul

Rəqəmsal hədəflər ayrıca hüquqi mexanizmlərin yaradılmasını zəruri edir

08:08
10 İyul

Azərbaycan - regionun sabitlik və əməkdaşlıq ünvanı

08:00
10 İyul

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş"in təsdiq edilməsi haqqında

01:02
10 İyul

“Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:01
10 İyul

“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi və “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının ləğv edilməsi barədə

00:51
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!