05 İyun 2026 12:04
228
SİYASƏT
A- A+
Azərbaycan qlobal enerji arxitekturasını formalaşdıran aparıcı aktorlardan biridir

Azərbaycan qlobal enerji arxitekturasını formalaşdıran aparıcı aktorlardan biridir


Bakı Enerji Həftəsi qlobal enerji təhlükəsizliyi məsələlərini müzakirə etmək, yeni tərəfdaşlıqlar qurmaq və bütün regionların iqtisadiyyatına təsir göstərə biləcək müqavilələr imzalamaq üçün ən vacib beynəlxalq platformalardan biridir. Məhz buna görə də bu ilki Bakı Enerji Həftəsinin və onun çərçivəsində keçirilən 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun nəticələri xüsusi diqqətə layiqdir. 

Azərbaycan İqtisadiyyat Nazirliyi və SOCAR ABŞ, Türkiyə, Serbiya, San Marino və Fransanın aparıcı qurumları ilə ümumi dəyəri 7,5 milyard dollar olan bir sıra müqavilələr imzalayıblar. Bütün bunlar bir daha  Azərbaycanın qlobal iqtisadiyyatda və beynəlxalq enerji arxitekturasında rolunun keyfiyyətcə dəyişməsinin sübutudur. 

Və əlbəttə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı xüsusi qeyd olunmalıdır. Ölkə başçımızın  nitqi bir daha göstərdi ki, ölkəmizin enerji siyasəti milli maraqlara əsaslanan uzaqgörən strateji xətt üzərində qurulmuşdur və bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı kimi çıxış edir. Çıxışın siyasi leytmotivi çox aydın və sadədir: təbii sərvətlərə malik olmaq – bu, ölkə başçımızın dediyi kimi,  Tanrının bəxş etdiyi hədiyyədir. Lakin, burada vacib olan əsas məsələ dövlətin onları suverenlik, təhlükəsizlik və strateji sabitlik alətinə çevirmək qabiliyyətidir. Prezident İlham Əliyev müasir dövlətçilik üçün öz formulunu effektiv şəkildə təklif etdi. Onun təfsirində neft və qaz sadəcə ixrac malları və sadəcə gəlir mənbəyi deyil. Onlar siyasi müstəqilliyin, hərbi sabitliyin, diplomatik təsirin və beynəlxalq əməkdaşlığın  təməlidir.

Azərbaycan Prezidenti əsas tarixi bir epizodu xatırlatdı: “Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi”. 

Və əlbəttə ki, biz burada Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd etməliyik. Onun müəllifi olduğu yeni neft strategiyası iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının, ölkənin iqtisadi və sosial böhranlardan çıxmasının rəmzidir. Hələ, o zaman dahi şəxsiyyət Heydər Əliyev “Əsrin müqaviləsi”nin ölkəmiz üçün əhəmiyyətini belə qiymətləndirmişdir: “Bu müqavilə hazırlanarkən və imzalanarkən və Mən bir prezident kimi bu müqavilənin hüquqi statusu haqqında fərmanı imzalayarkən Azərbaycanın bu günü və gələcəyi haqqında düşündüm. Hər kəs bilməlidir ki, biz bu arzu və niyyətlərlə bu müqavilənin işə başlamasını istəyirik. Qarşıdakı illərdə respublikamızın böhranlı iqtisadiyyatında mühüm dəyişikliklərin edilməsi üçün sazişin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Sazişin həyata keçirilməsi Azərbaycanın gələcək inkişaf perspektivləri üçün də çox vacibdir. Biz bu müqaviləni imzalayanda Azərbaycanın gələcək nəsillərinin həyatı haqqında düşündük”. 

Neft sənayesinin müasir, yüksək texnologiyalar əsasında yenidən qurulması Azərbaycan iqtisadiyyatının böhrandan çıxmasında və inkişafında mühüm rol oynadı.

Yeni neft strategiyasının hazırlanmasında və uğurla həyata keçirilməsində ən fəal iştirakçılardan biri o zaman  SOCAR-ın birinci vitse-prezidenti vəzifəsində çalışan cənab  İlham Əliyev olmuşdur. 

Ölkə başçısının Azərbaycanın ərazi bütövlüyünün bərpasını onun sərvətlərinin səriştəli idarə olunması ilə əlaqələndirməsi xüsusilə diqqətəlayiqdir. Prezident İlham Əliyev bu barədə deyib: “Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər”. 

Bu, çıxışın əsas siyasi mesajlarından biridir. Azərbaycan üçün təbii sərvətlər asılılığın yox, dövlətin gücləndirilməsinin mənbəyidir.

Qeyd etmək vacibdir ki, bu gün Azərbaycan enerji siyasətini həm də “yaşıl enerji” çağırışları üzərində qurur. Bərpa olunan enerji mənbələrinə investisiyalar, günəş və külək layihələrinin inkişafı, transregional enerji kabellərinin çəkilişi və yaşıl elektrik enerjisinin ixracı bu siyasətin əsas məqamlarıdır. Lakin hətta burada da xarakterik bir praqmatizm özünü göstərir. “Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!” –deyə Prezident İlham Əliyev bildirir.

Azərbaycan Prezidentinin çıxışının geosiyasi ölçüsü xüsusi diqqətə layiqdir. Cənab İlham Əliyev ardıcıl olaraq Azərbaycanı geniş Avrasiya məkanının mərkəzi kimi təqdim edir: “Biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir”. 

Beləliklə, Cənub Qaz Dəhlizi, o cümlədən TANAP və TAP kimi qolları, Avropaya karbohidrogen təchizatı, Qara dəniz enerji kabeli layihəsi, Şərq-Qərb nəqliyyat marşrutları və Zəngəzur Dəhlizi - bütün bunlar, Azərbaycanı regionları, bazarları və siyasi məkanları birləşdirən bir dövlət kimi ortaya çıxdığı vahid bir mənzərəni formalaşdırır.

Bu, yeni bir  təqdimatdır. Əvvəllər bir ölkənin geosiyasi rolu yalnız hərbi güc və ya iqtisadiyyatının həcmi ilə müəyyən edilirdisə, Bakı indi onun infrastruktur gücü kimi əvəzolunmazlığını vurğulayır. Azərbaycan faktiki olaraq elə bir dövlətə çevrilir ki, onsuz nə Avropanın enerji təhlükəsizliyini, nə də Asiya ilə Qərb arasında tranziti tam təmin etmək mümkün deyil. Digər diqqətəlayiq məqam diplomatik əməkdaşlıqlardır. Dövlət başçısı vurğuladı ki, dənizə çıxışı olmayan bir dövlət bütün qonşuları ilə, hətta "qonşularının qonşuları ilə" münasibətlər qurmağı bacarıb. 

Ümumiyyətlə, İlham Əliyevin çıxışını böhran dövrünü yaşayan  dünya üçün Azərbaycan inkişaf modelinin təqdimatı kimi qəbul etmək olar. Onun əsas elementləri aydındır: milli maraqlar xarici təzyiqdən üstündür, resurslar dövləti gücləndirmək üçün işləməlidir, enerji birbaşa təhlükəsizliklə bağlıdır və beynəlxalq əməkdaşlıq qarşılıqlı fayda və infrastruktur qarşılıqlı asılılığı ətrafında qurulur. 

Bakı Enerji Həftəsinin əsas nəticəsi  ondan ibarətdir ki, Azərbaycan dünyaya sadəcə enerji təchizatçısı deyil, həm də yeni iqtisadi və enerji ittifaqları qurmağa, böyük beynəlxalq investorları cəlb etməyə və qlobal enerjinin gələcəyinin formalaşmasında iştirak etməyə qadir bir ölkə olduğunu nümayiş etdirir.

 

Hicran HÜSEYNOVA,

Milli Məclisin komitə sədri, 

professor





Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

Türkiyə və Niger arasında yeni əməkdaşlıq anlaşmaları imzalanıb

19:46
05 İyun

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb 

19:44
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!