Azərbaycan-Meksika münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Azərbaycanda səfərdə olan Meksika Konqresinin Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledo oktyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan parlamentinin yaranma tarixi, strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri barədə qonağa ətraflı məlumat verib. S.Seyidov bildirib ki, Milli Məclis nüfuzlu beynəlxalq təşkilatlar, eləcə də dünyanın bir çox ölkəsinin parlamentləri ilə sıx əməkdaşlıq edir. Meksika dövləti və parlamenti ilə əlaqələrin inkişaf etdirilməsi də Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Artıq Azərbaycan-Meksika münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycanın iqtisadi potensialından, sülhün və təhlükəsizliyin təmin olunmasında dünyadakı rolundan danışan S.Seyidov ağrılı problemimiz Dağlıq Qarabağ münaqişəsi barədə də qonağa ətraflı məlumat verib, Azərbaycanın öz gücü hesabına və dünyadakı dostlarının dəstəyi ilə torpaqlarını erməni işğalından azad edəcəyini diqqətə çatdırıb.
S.Seyidov Meksikanın mərkəzi meydanlarından birinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının, digər bir meydana isə Xocalı adının verilməsinə görə minnətdarlığını bildirib.
Porfirio Munyoz Ledo Azərbaycanda olmaqdan şərəf duyduğunu və məmnun qaldığını bildirib. Qonaq deyib ki, Meksika parlamentinin hər iki palatası - Senat və Deputatlar Palatası Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Qonaq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ədalətli həll olunacağına və Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyinə əminliyini ifadə edib. O, Meksikanın mərkəzi meydanlarından birinə ümummilli lider Heydər Əliyevin adının, birinə də Xocalı adının verilməsini iki ölkə arasında olan dostluq münasibətinin bariz nümunəsi kimi qiymətləndirib. Porfiriyo Munyoz Ledo eyni zamanda vurğulayıb ki, Meksika müxtəlif sahələr üzrə Azərbaycanla sıx əməkdaşlıq etməyi düşünür.
Sonra görüşdə dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu, Azərbaycan ilə Meksika arasında iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
Füzuli sakini: Doğma yurdumuzun daha da inkişafı üçün çalışmalıyıq
29 Aprel
Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm...
29 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb
29 Aprel
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!