10 Fevral 2026 13:33
367
SİYASƏT
A- A+
Azərbaycan-Meksika dostluq əlaqələri müzakirə olunub

Azərbaycan-Meksika dostluq əlaqələri müzakirə olunub


Milli Məclisin deputatlarından - Səməd Seyidov, Jalə Əliyeva və Sevinc Fətəliyevadan ibarət nümayəndə heyəti Meksikaya işgüzar səfər çərçivəsində bu ölkənin Deputatlar Palatasının sədri Kenia Lopes Rabadan ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə Meksika-Azərbaycan Dostluq Qrupunun yaradılmasının və onun fəaliyyətinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi bildirilib. Parlament diplomatiyasının xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində, siyasi dialoqun tamamlanmasında və yeni əməkdaşlıq imkanlarının açılmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Bu xüsusda, hər iki ölkənin səfirlərinin Azərbaycan-Meksika əlaqələrinin hərtərəfli inkişafına verdikləri töhfələr, eləcə də parlamentlərimizdə fəaliyyət göstərən dostluq qruplarının sədrlərinin münasibətlərimizin inkişafı, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və qanunverici orqanlarımız arasında daha sıx əməkdaşlığın təşviqi istiqamətində göstərdikləri səylər yüksək qiymətləndirilib.

Meksika Deputatlar Palatasının sədri və deputatları postmünaqişə dövründə ölkəmizin sülhün təmin olunması istiqamətində atdığı real addımlar, regionda formalaşmış sülh mühiti, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş görüşün əhəmiyyəti, dayanıqlı sülhün real məzmun kəsb etməsi, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də Cənubi Qafqazda yaranmış yeni reallıqlar və sülh gündəliyi barədə ətraflı məlumatlandırılıb. Deputatlar sülhün, qarşılıqlı etimadın və dialoqun təşviqində parlament diplomatiyasının rolunu xüsusi vurğulayaraq əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd ediblər.

Azərbaycanın Meksikanı Latın Amerikasında mühüm tərəfdaşlarından biri hesab etdiyi, coğrafi uzaqlığa baxmayaraq suverenliyə hörmət, beynəlxalq hüququn aliliyi və xalqların öz gələcəyini sərbəst müəyyən etmək hüququ kimi ümumi prinsipləri bölüşdüyü vurğulanıb. Siyasi əlaqələrlə yanaşı, ticarət-iqtisadi, mədəniyyət, təhsil və enerji sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib. Meksikanın beynəlxalq məsələlərdə balanslı və konstruktiv mövqeyinin, eləcə də çoxtərəfliliyə sadiqliyinin yüksək qiymətləndirildiyi, bu yanaşmanın Azərbaycanın xarici siyasət prioritetləri ilə üst-üstə düşdüyü qeyd olunub.

Meksika Deputatlar Palatasının sədri səfərin iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı baxımından əhəmiyyət daşıdığını vurğulayaraq, yenicə təsis edilən Meksika-Azərbaycan Dostluq Qrupunun fəaliyyətinə uğurlar arzulayıb. O, Dostluq Qrupunun ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və parlamentlər arasında dialoqun genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Həmçinin sülhün əldə olunasının vacibliyindən söz açan sədr Azərbaycan və Ermənistan arasında münasibətlərin yeni mərhələsinin daha dayanıqlı və davamlı olacağına ümid etdiyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

"Şəhid ismi yazılaydı soyadım..."

08:50
05 Mart

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

08:45
05 Mart

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub

08:40
05 Mart

Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli

08:35
05 Mart

Gücümüz birliyimizdədir

08:30
05 Mart

Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır

08:25
05 Mart

Regional sabitlikdən beynəlxalq həmrəyliyə 

08:20
05 Mart

Ölkəmizin enerji sahəsində hədəfləri böyükdür

08:15
05 Mart

Azərbaycanın dayanıqlı gələcəyə aparan enerji strategiyası

08:10
05 Mart

Heydər Əliyev ideologiyası: dövlətçiliyin mükəmməl fəaliyyət əsası

08:05
05 Mart

Azərbaycanın sərhəd tanımayan enerji siyasəti

08:00
05 Mart

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında

01:55
05 Mart

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında

01:55
05 Mart

"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında

01:54
05 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:52
05 Mart

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 295 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:52
05 Mart

Azercell abunəçilərinin nəzərinə

01:50
05 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan taxta materiallarının satın alınması məqsədilə açıq tender elan edir

01:49
05 Mart

“BANK OF BAKU” ASC-nin səhmdarlarının nəzərinə

01:47
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!