Azərbaycan ilə Ekvador arasında əməkdaşlıq əlaqələri müzakirə olunmuşdur
Oktyabrın 19-da Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Ekvador Respublikasının xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan Baş nazir A.Rasizadə Ekvadorun xarici işlər, ticarət və inteqrasiya nazirinin Bakıya ilk səfərinin Azərbaycanı tanımaq, əməkdaşlıq imkanlarını araşdırmaq baxımından önəmli olduğunu bildirmişdir. Bu səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləyən A.Rasizadə Azərbaycanın son illərdəki uğurları, həyata keçirilən islahatlar, dövlətimizin xarici siyasətinin əsas istiqamətləri barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Avropa ilə Asiya arasında körpü olan Azərbaycan inkişaf sürətinə görə dünya ölkələri arasında birincilər sırasına çıxmışdır. Respublikada enerji daşıyıcılarının nəqli ilə bağlı iri layihələr həyata keçirilmiş, ölkə daxilində infrastruktur inkişaf etdirilmişdir.
A.Rasizadə qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat vermişdir.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Rikardo Armando Patinyo Arokan Bakıda aparılan tikinti-quruculuq işlərini yüksək qiymətləndirərək, bunu Azərbaycanın inkişafının bariz nümunəsi kimi dəyərləndirmişdir. Bakıya səfərinin məqsədinin Azərbaycan ilə Ekvador arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə etmək, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirmək olduğunu vurğulayan qonaq bildirmişdir ki, ölkəsi bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
Füzuli sakini: Doğma yurdumuzun daha da inkişafı üçün çalışmalıyıq
29 Aprel
Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm...
29 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb
29 Aprel
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!