07 Aprel 2026 12:46
191
SİYASƏT
A- A+
Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında yeni mərhələ başlayıb

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında yeni mərhələ başlayıb

“Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərimizin inkişafı üçün yeni səhifə açır. Səfər zamanı müzakirə olunan məsələlərə, eləcə də Azərbaycan Prezidenti və Gürcüstan Baş nazirinin bəyanatlarına diqqət yetirsək deyə bilərik ki, iki qonşu dövlət olaraq münasibətlərimizin inkişafında yeni mərhələ başlayıb”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, bu gün Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri yeni səviyyəyə yüksəlib. Eyni zamanda, əlaqələrin siyasi əhəmiyyəti artıq iki ölkə hüdudları ilə kifayətlənmir, Tbilisi-Bakı əməkdaşlığı həm region, həm də bütövlükdə Avropa üçün önəm qazandırır. Xüsusən, dünyada enerjiyə tələbat artdığı bir zamanda əlaqələr hər iki ölkənin birlikdə əməkdaşlığını daha da gücləndirib. Rəsmi Tbilisi bu məsələdə Bakının hər iki ölkənin maraqlarına uyğun rolunu həm dərk edir, həm də əməkdaşlığın dərinləşməsinin faydalı olduğunu anlayır. Eyni zamanda, Gürcüstan Azərbaycanın sülh təşəbbüsləri fonunda daha sabit bir bölgənin daha faydalı bir mühitə gətirib çıxaracağına da inanaraq Bakının mövqeyini bölüşür.

Təbii ki, dialoq mühitinin genişlənməsi, Cənubi Qafqazda daimi sülhün bərqərar olunmasından bütün region faydalanacaq. Bu məsələdə xüsusi diqqət çəkən isə odur ki, proseslər məhz Bakının müəyyənləşdirdiyi istiqamətdə inkişaf edir. Əlbəttə ki, bu, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqarar olunması istiqamətində önəmli bir platforma ola bilər. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. “Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Gürcüstanın Baş naziri İrakli Kabaxidze də iki ölkə arasında əlaqələrin səviyyəsini yüksək qiymətləndirib və Prezident İlham Əliyevi Gürcüstanın dəyərli dostu adlandırıb.  O deyib ki, Gürcüstan Azərbaycan ilə Ermənistan arasında sülh prosesini alqışlayır: “Gürcüstan dinc yanaşı yaşamağı, konstruktiv əməkdaşlığı və regionda yeni təşəbbüsləri qəti şəkildə dəstəkləyir. Lazım olan təqdirdə biz hər zaman dialoqa və sülh proseslərinə şərait yaratmağa hazırıq. Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq bütöv region üçün yeni perspektivlər açır”.

Bütövlükdə, qlobal geosiyasi dəyişikliklər, Orta Dəhlizin vacibliyini, o cümlədən Qara dənizin və Cənubi Qafqazın strateji məkan kimi əhəmiyyətini daha da artırır. Asiya ilə Avropanı birləşdirən körpü kimi ölkələrimiz daşımalarda mühüm rol oynayır. Bu baxımdan, ölkələrimiz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm verir. Azərbaycanın təşəbbüsləri Avropa üçün bu baxımdan yeni imkanlar açır. Gürcüstan isə tranzit ölkə kimi burada iqtisadi dividentlərini artırmaqdadır.

Proseslər göstərir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr “yaşıl enerji” sahəsində əməkdaşlıq üçün örnək olacaq və bu sferadakı layihələr eyni müvəffəqiyyətlə icra ediləcək. Çünki həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var.

Deputat  qeyd edib ki, iki ölkə arasındakı siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bu gün qonşu ölkənin xarici ticarət dövriyyəsində Azərbaycan xüsusi yer tutur.  “Bütövlükdə, qarşılıqlı faydalı münasibətlər Azərbaycan-Gürcüstan əlaqələrinin davamlı inkişafından xəbər verir”, - deyə Samir Vəliyev vurğulayıb.

 

Rəşad CƏFƏRLİ,

«Azərbaycan»

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyənin C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat açıqlanacaq

14:16
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı etimada, dostluğa və strateji tərəfdaşlığa əsaslanır  

14:00
07 Aprel

Xocavənd şəhərində daha 33 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2  

13:36
07 Aprel

Sabah hava əsasən yağmursuz olacaq

13:26
07 Aprel

Ötən gün ölkədə elektrik enerjisinin 29 faizdən çoxu bərpaolunan mənbələrdən əldə olunub  

12:53
07 Aprel

Mətbuat Şurası: Media orqanları bəzən hansısa yanlış təqdimatı araşdırma aparmadan, olduğu kimi yayımlayır  

12:48
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında yeni mərhələ başlayıb

12:46
07 Aprel

Çində dünya rekordu: 113 metr dərinlikdə sualtı dəmir yolu tuneli  

12:39
07 Aprel

Donald Trampın bəyanatları və neftin qiyməti  

12:32
07 Aprel

İsrail Müdafiə Qüvvələri: İranın 130-dan çox hava hücumundan müdafiə sistemi məhv edilib  

12:21
07 Aprel

Yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib  

12:18
07 Aprel

Parlamentin növbəti iclasının vaxtı və gündəliyi bəlli olub

12:14
07 Aprel

Kaxa Kaladze: Belə səfərlər dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir  

12:11
07 Aprel

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib  

11:58
07 Aprel

Xocavənd şəhərinə növbəti köç yola salınıb

11:52
07 Aprel

XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib  

11:50
07 Aprel

Astronomlar nəhəng ulduz partlayışları nəzəriyyəsini dəstəkləyən dəlillər tapıblar  

11:42
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətləri iqtisadi, siyasi və strateji maraqlar əsasında inkişaf edir  

11:40
07 Aprel

Qaradağda 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

11:32
07 Aprel

Səyyar ASAN xidmət Qusarda

11:27
07 Aprel

DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb 

11:21
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!