07 Aprel 2026 11:40
172
SİYASƏT
A- A+
Azərbaycan-Gürcüstan münasibətləri iqtisadi, siyasi və strateji maraqlar əsasında inkişaf edir  

Azərbaycan-Gürcüstan münasibətləri iqtisadi, siyasi və strateji maraqlar əsasında inkişaf edir  


Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin suverenliyi və ərazi bütövlüyünü daim dəstəkləməsi münasibətlərin strateji səviyyəsini təsdiqləyən əsas amillərdəndir. Bu qarşılıqlı dəstək regional sabitliyin qorunmasına və beynəlxalq arenada mövqelərin gücləndirilməsinə xidmət edir. 

İkitərəfli münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanaraq region üçün nümunəvi model kimi təqdim edilir. Prezident İlham Əliyevin qonşu ölkəyə dövlət səfəri, liderlərin mətbuata birgə bəyanatında xüsusi yer tutan məsələlərdən biri iqtisadi əməkdaşlıq idi. Gürcüstanda mövcud olan əlverişli investisiya mühiti Azərbaycan kapitalının bu ölkəyə yönəlməsini stimullaşdırır. Gələcəkdə üçüncü ölkələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi perspektivi Bakı-Tbilisi tandeminin regional iqtisadi aktor kimi rolunu daha da gücləndirə bilər.

Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlardan biri Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlarla bağlıdır. Dövlət başçısı artıq münaqişə məkanından əməkdaşlıq və sabitlik zonasına çevrildiyini qeyd edərək, bu imkanların dəyərləndirilməsinin vacibliyini vurğuladı. Burada region ölkəsi kimi Gürcüstanın rolu xüsusi qeyd olunur. Xüsusilə Azərbaycanla Ermənistan arasında ticarətin Gürcüstan üzərindən həyata keçirilməsi bu ölkənin regional sabitlik və iqtisadi inteqrasiyada effektiv vasitəçi rolunu göstərir.

Görünən budur ki, Azərbaycanın enerji siyasəti və Gürcüstanın tranzit imkanları regionun qlobal əhəmiyyətini artıran əsas faktorlardandır. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan kimi layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Orta Dəhliz layihəsi iki ölkəni Avropa ilə Asiya arasında əsas nəqliyyat körpüsünə çevirir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu dəhliz artıq “əsas nəqliyyat damarı” funksiyasını daşıyır və onun genişləndirilməsi prioritet istiqamətlərdəndir. Orta Dəhliz layihəsi çərçivəsində həyata keçirilən infrastruktur layihələri – dəmir yolları, limanlar və logistika mərkəzləri Azərbaycan və Gürcüstan iqtisadiyyatına ciddi töhfələr verir. Bu layihələr yeni iş yerlərinin yaradılmasına, biznes mühitinin yaxşılaşmasına və xarici investisiyaların artmasına səbəb olur. Bir sözlə, Orta Dəhliz layihəsi Azərbaycan və Gürcüstanın beynəlxalq arenadakı rolunu əhəmiyyətli dərəcədə gücləndirir. Bu ölkələr yalnız region daxilində deyil, həm də Avrasiya məkanında mühüm tərəfdaş kimi qəbul olunur. Layihə çərçivəsində qurulan əməkdaşlıq platformaları siyasi dialoqu genişləndirir və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.

Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu kimi təşəbbüslər regionun logistika potensialını artıraraq, onu beynəlxalq investorlar üçün daha cəlbedici edir.

Prezident İlham Əliyevin Tbilisidə səsləndirdiyi fikirlər Azərbaycan-Gürcüstan münasibətlərinin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək prioritetlərini ortaya qoyur. Dostluq prinsiplərinə əsaslanan bu münasibətlər qtisadi, siyasi və strateji maraqlar əsasında möhkəmləndirilir.

Beləliklə, Azərbaycan və Gürcüstan arasında formalaşmış əməkdaşlıq modeli regionda sabitliyin, inkişafın və qarşılıqlı faydalı tərəfdaşlığın ən uğurlu nümunələrindən biri kimi çıxış edir.

Keçirilən görüşlər və verilən bəyanatlar göstərir ki, tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdırlar. Bu isə yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün mühüm strateji əhəmiyyət daşıyır.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı etimada, dostluğa və strateji tərəfdaşlığa əsaslanır  

14:00
07 Aprel

Sabah hava əsasən yağmursuz olacaq

13:26
07 Aprel

Ötən gün ölkədə elektrik enerjisinin 29 faizdən çoxu bərpaolunan mənbələrdən əldə olunub  

12:53
07 Aprel

Mətbuat Şurası: Media orqanları bəzən hansısa yanlış təqdimatı araşdırma aparmadan, olduğu kimi yayımlayır  

12:48
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında yeni mərhələ başlayıb

12:46
07 Aprel

Çində dünya rekordu: 113 metr dərinlikdə sualtı dəmir yolu tuneli  

12:39
07 Aprel

Donald Trampın bəyanatları və neftin qiyməti  

12:32
07 Aprel

İsrail Müdafiə Qüvvələri: İranın 130-dan çox hava hücumundan müdafiə sistemi məhv edilib  

12:21
07 Aprel

Yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib  

12:18
07 Aprel

Parlamentin növbəti iclasının vaxtı və gündəliyi bəlli olub

12:14
07 Aprel

Kaxa Kaladze: Belə səfərlər dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir  

12:11
07 Aprel

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib  

11:58
07 Aprel

Xocavənd şəhərinə növbəti köç yola salınıb

11:52
07 Aprel

XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib  

11:50
07 Aprel

Astronomlar nəhəng ulduz partlayışları nəzəriyyəsini dəstəkləyən dəlillər tapıblar  

11:42
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətləri iqtisadi, siyasi və strateji maraqlar əsasında inkişaf edir  

11:40
07 Aprel

Qaradağda 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

11:32
07 Aprel

Səyyar ASAN xidmət Qusarda

11:27
07 Aprel

DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb 

11:21
07 Aprel

Türkiyə mediası: C-130 təyyarəsinin qəzaya uğramasının səbəbi azot balonu ilə bağlı ola bilər  

11:13
07 Aprel

“Azəralüminium”un ixrac gəlirləri 19 faizədək artıb

11:02
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!