19 Mart 2024 08:30
335
SİYASƏT
A- A+

Azərbaycan-Gürcüstan münasibətləri yeni inkişaf mərhələsindədir

 

"Azərbaycan və Gürcüstan həmişə bir-birinə dəstək olublar. İki ölkə qonşu dövlətlər kimi Qafqaz evinin yaradılması üçün əllərindən gələni ediblər". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. O qeyd edib ki, tarixdə ən nadir hadisələrdən biri 1918-ci ilin mayın 28-də Azərbaycan Milli Şurasının Azərbaycan Xalq Cümhuriyyətini Tbilisidə - yəni başqa dövlətdə, özgə paytaxtda elan etməsidir. Bu, onu göstərir ki, Azərbaycan və Gürcüstan həmişə qonşu dövlətlər kimi birgə fəaliyyət göstəriblər. 1919-1920-ci illərdə Paris Sülh Konfransında Azərbaycan və Gürcüstan de-fakto tanınmaları üçün birgə mübarizə apardılar. Nəticədə 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanı de-fakto tanıdı. 
A.İsgəndərov vurğulayıb ki, tarixin sonrakı dönəmlərində də iki ölkə həmişə bir-birinin yanında olub: "Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Gürcüstanla bütün sahələrdə münasibətlərin bünövrəsi qoyuldu, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanarkən və ona qədər neft kəmərləri haradan keçməlidir sualının cavabını Ulu Öndər verdi. Bu borular Qərbin müqavimətinə baxmayaraq, Gürcüstandan keçdi. Bu gün ölkəmizdən Avropaya, o cümlədən Türkiyəyə nəql edilən neftdən Gürcüstan da yararlanır. Buna görə gürcü xalqının da maddi rifahı yaxşılaşıb". 
Gürcüstanın Baş nazirinin Azərbaycana səfərindən danışan A.İsgəndərov bildirib ki, Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze görüş zamanı iki ölkə arasında bü günə qədərki münasibətlər, bundan sonra hansı addımların atılmasının vacibliyi, eyni zamanda Cənubi Qafqazda sülh və əmin-amanlığın təmin olunması istiqamətində Gürcüstanın hansı töhfələr verə biləcəyi istiqamətində müzakirələr aparıblar. Bu, o deməkdir ki, Azərbaycan dünyanın humanist, demokratik dövləti, ən ədalətli ölkələrindən biridir. Əgər bu gün Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzkar siyasət, ədalətsiz təbliğat varsa, bu, ermənilərin faşist təxəyyülünün nəticəsidir. Əgər Azərbaycan başqa cür olsaydı, Gürcüstan və digər dövlətlər bizimlə əlaqələrə, münasibətlərə bu qədər önəm verməzdilər.
Deputat qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında perspektivdə iqtisadiyyatın tərəqqisi, siyasi münasibətlərdəki yaxınlığı ən yüksək səviyyəyə qaldırmaq üçün əlaqələr inkişaf etdiriləcək. Dövlət başçısı da yenidən prezident seçilərkən qonşu ölkələrlə, o cümlədən Gürcüstanla münasibətlərlə bağlı tarixi fikirlərini söyləmişdi.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video