21 İyun 2025 08:15
1512
Təhsil
A- A+
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Məzun günü" keçirilib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Məzun günü" keçirilib


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial MünasibətlərAkademiyasında "Məzun günü" keçirilib.

Tədbirdə 2024/2025-ci tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran məzunlar, konfederasiyanın və üzv təşkilatların rəhbərliyi, dövlət rəsmiləri, Milli Məclisin deputatları, akademiyanın müəllim heyəti və valideynlər iştirak ediblər.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Sonra "Təşəkkür edirəm, Akademiya" videoçarxı nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov məzunları təbrik edərək dövlətimizin gənclərə və təhsil sahəsinə diqqət və qayğısından danışıb. Qeyd olunub ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin formalaşdırdığı məqsədyönlü gənclər və təhsil siyasəti hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclərin yüksəkixtisaslı kadr kimi yetişməsi, potensialının reallaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm və təhsil sahəsində reallaşdırılan müxtəlif sosial və innovativ layihələr gənclərin fərdi və peşəkar inkişafında mühüm rol oynayır.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığını prioritet istiqamət kimi müəyyən etdiyini diqqətə çatdıran konfederasiya sədri hazırda ali təhsil ocağında tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işləri qeyd edib.

Sahib Məmmədov məzunları əldə etdikləri bilik və bacarıqlarla dövlətimizin inkişafına töhfə verməyə, daim öyrənməyə və çalışqanlığı həyat tərzinə çevirməyə çağırıb.

Akademiyanın rektor vəzifəsini icra edən Yusif Ağayev tələbə və məzunların uğurlarından söz açıb, ali təhsil ocağının son illər əldə etdiyi nailiyyətlər, genişlənən beynəlxalq əlaqələr və təhsil proqramları haqqında məlumat verib. Bildirilib ki, əsas məqsəd yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən yüksəkixtisaslı kadrlar hazırlamaqdır.

Məzunları təbrik edən Yusif Ağayev onlara ölkəmiz üçün faydalı olmağı, öz üzərlərində davamlı işləməyi və peşəkarlıq səviyyələrini artırmağı tövsiyə edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Milli Məclisin deputatı Samir Vəliyev məzunları təbrik edib, qazandıqları nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirərək gələcəkdə həm şəxsi karyeralarında uğurlar qazanacaqlarına, həm də ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verəcəklərinə inandıqlarını bildiriblər.

Akademiyanın məzunları - Vəfa Hacıyeva və Orxan Rəhmanov çıxış edərək tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüblər. Onlar burada qazandıqları bilik və bacarıqların gələcək peşəkar fəaliyyətlərinə etibarlı zəmin yaratdığını və bu biliklər sayəsində qarşılarına qoyduqları məqsədlərə doğru daha inamla irəliləyəcəklərini deyiblər.

Çıxışlardan sonra məzunların təltifetmə mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi, tədbirdə iştirak edən dövlət rəsmiləri və deputatlar tərəfindən akademiyanı bitirən 189 məzuna fəxri fərman və tərifnamələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib. Məzunlar klassik və müasir musiqi sədaları altında bir-birini təbrik edib, xatirə şəkilləri çəkdiriblər.


N.ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni mərhələyə keçir

15:16
25 May

Şükürbəyli kəndində daha 119 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:50
25 May

Azərbaycan-Afrika münasibətləri: Bakıda “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfrans - YENİLƏNİB

14:47
25 May

QMİ sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib, bayram namazının vaxtını açıqlayıb

14:45
25 May

Ermənistan XİN: Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur  

14:32
25 May

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

14:26
25 May

Gürcüstanın Baş naziri: Azərbaycanla danışıqlara ortaq maraqlar baxımından dostcasına söhbət kimi yanaşırıq

14:21
25 May

Yağıntılar sabah axşam tədricən kəsiləcək

14:15
25 May

ABŞ dövlət katibi: İranla sülh razılaşması ilə bağlı nəticə bu gün elan edilə bilər

14:06
25 May

Hərbi-idman oyununun paytaxt üzrə finalçıları bəlli olub

14:01
25 May

Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya

13:56
25 May

Baş dövlət baytarlıq müfəttişi qurban kəsimi ilə bağlı vətəndaşlara müraciət edib

13:42
25 May

İsmayıllı sakini: Dövlətin dəstəyi sayəsində həyatımda yeni səhifə açıldı

13:27
25 May

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

13:13
25 May

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

13:07
25 May

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq

12:56
25 May

Otuz səkkiz kiloqramdan artıq narkotik vasitənin və üç minə yaxın həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT  

12:41
25 May

ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər

12:38
25 May

Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb

12:31
25 May

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

12:23
25 May

Ədliyyə Nazirliyində sahibkarlarla görüşdə biznesin inkişaf yollarından danışılıb

12:13
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!