14 Fevral 2025 09:25
577
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Çin münasibətləri artıq beynəlxalq dəhlizlərlə məhdudlaşmır

Azərbaycan-Çin münasibətləri artıq beynəlxalq dəhlizlərlə məhdudlaşmır


İndi ölkələrimiz qarşılıqlı maraq doğuran bütün sahələr üzrə strateji tərəfdaşdırlar


Son dövrlər Çinin Azərbaycana xüsusi maraq göstərməsinin şahidi oluruq. Bu, təbii ki, səbəbsiz deyil. Əvvəla, Asiya nəhənginin "Bir kəmər, bir yol" layihəsində ən önəmli tərəfdaşı Azərbaycandır. Başqa sözlə, ÇXR tərəfindən irəli sürülən bu layihədə Azərbaycan açar ölkədir. 

İkincisi, Şərqdən Qərbə gedən önəmli ticarət marşrutu olan Orta dəhliz də Azərbaycandan keçir və bu marşrutla Çin ölkəmizin üzərindən şimal və cənub istiqamətlərinə də yük göndərə bilir. Yəni Çin bizim üçün önəmli olduğu qədər biz də onun üçün əhəmiyyətliyik.  

Çinin dövlət başçısı Si Cinpinlə Prezident İlham Əliyev arasında dəfələrlə görüşlər olub və bu görüşlərdə ikitərəfli mübasibətlərin perspektivləri müzakirə edilib. Təsadüfi deyil ki, Çində "Bir kəmər, bir yol" layihəsinə həsr olunmuş beynəlxalq konfransa dəvət olunan azsaylı ölkələrdən biri də Azərbaycan idi. Tədbir öncəsi və konfrans çərçivəsində dövlət başçıları iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərini müəyyənləşdirmişlər. Həmin görüşlərdən sonra ölkələrimiz arasındakı münasibətlər dəhlizlər çərçivəsindən kənara çıxaraq bir çox mühüm sahəni də əhatə etmişdir.  

Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində iki ölkə arasında olan əlaqələrin hüdudlarının geniş olduğunu bildirərək demişdir: "...Azərbaycanın Orta dəhlizlə bağlı mövqeyi sadəcə tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Əlbəttə ki, sizin istinad etdiyiniz paneldən bəri bu sahədə, o cümlədən Çin-Azərbaycan münasibətlərində bir çox hadisələr baş vermişdir. Artıq qeyd etdiyimiz kimi, biz strateji tərəfdaşıq, lakin eyni zamanda Orta dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək".

Orta dəhliz dünyanın yeni və ən əhəmiyyətli qlobal ticarət marşrutuna çevrilir. Artıq bu dəhlizə təkcə Çin deyil, Avropa ölkələri də maraq göstərir. Çünki bu marşrut həm təhlükəsizlik, həm də yüklərin mənzilbaşına tez çatması baxımından sərfəlidir. Odur ki, hazırda Orta dəhlizlə daşınan yüklərin həcmi sürətlə artmaqda davam edir.

Orta dəhlizlə yüklərin daşınmasında Bakı Beynəlxalq Ticarət Limanının xüsusi payı var. Ona görə ki, Çindən gələn yüklər Xəzər dənizi üzərindən aşırılmalıdır. Bunun üçün limanın texniki imkanları geniş olmalıdır. Hazırda  limanda yükaşırma qabiliyyətini artırmaq üçün yeni layihələr həyata keçirilir. Məqsəd daha çox tranzit yükün ölkəmiz üzərindən daşınmasına əlverişli imkan yaratmaqdır. Bizim ilk hədəfimiz limandan ildə 15 milyon ton yükaşırmaq idi. İndi məlum olur ki, Orta dəhlizə dünyada artan maraq sayəsində yaxın 5-6 ildə 25 milyon ton yükün daşınması gözlənilir. Bu barədə Prezident İlham Əliyev sözügedən müsahibəsində bildirmişdir: "…bizim hədəfimiz ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk".

Söz düşmüşkən qeyd edək ki, Orta dəhliz marşrutunun mühüm hissəsi olan Bakı limanında ötən il aşırılan yüklərin ümumi həcmi 7,6 milyon ton olub ki, bu da 2023-cü ilin müvafiq göstəricisindən 3,2 faiz çoxdur. Bakı limanından konteyner daşınmasında 73, ümumi yükaşırma həcmində 3, təkərli texnikanın daşınmasında 7 faizdən çox artım olub.

Hesabat dövründə ayrı-ayrı sahələr üzrə ən böyük artımlardan biri Bakı limanında aşırılan konteynerlərin sayında qeydə alınıb. Təkcə ötən il limanda 76,775 TEU ekvivalentində konteyner aşırılıb ki, bu da 2023-cü illə müqayisədə 73 faizlik artım deməkdir.

Qayıdaq ÇXR-lə münasibətlərimizə. Məlumdur ki, Çin dünyada yüksək texnologiyalardan istifadə edən azsaylı ölkələrdən biridir. Hazırda bu ölkə bir çox sahədə yüksəkkeyfiyyətli məhsul istehsal edir. Və belə bir ölkə ilə ikitərəfli əlaqələrin genişlənməsi təbii ki, müsbət haldır.  


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağın və Şərqi Zəngəzurun xilaskarı indi bu əraziləri cənnətə çevirir 

08:55
07 Fevral

İlham Əliyevə ümumxalq dəstəyi

08:50
07 Fevral

Vətən sevgisi

08:45
07 Fevral

Xalqın iradə manifesti

08:40
07 Fevral

Ata öyüdü, oğul örnəyi

08:35
07 Fevral

Zəfər seçkisi

08:30
07 Fevral

Azərbaycanın nüfuzu gündən-günə yüksəlir

08:25
07 Fevral

Prezident İlham Əliyevin fəaliyyəti Zəfərə hədəflənir

08:20
07 Fevral

Xalqın yüksək etimadının təcəssümü 

08:15
07 Fevral

Azərbaycanın mövqeyini möhkəmləndirən uğurlu siyasət

08:10
07 Fevral

Yeni tariximizin qürur səhifəsi

08:05
07 Fevral

İNAM

08:00
07 Fevral

V.Z.Nəsirlinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilməsi haqqında

03:15
07 Fevral

S.Ə.Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında

03:14
07 Fevral

Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələrin təsdiq edilməsi barədə

03:13
07 Fevral

Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “İnvestisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər, Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanının ləğv edilməsi barədə” 2022-ci il 20 dekabr tarixli 1913 nömrəli və “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqında” 2024-cü il 1 fevral tarixli 2462 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə  

03:11
07 Fevral

“Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında

03:09
07 Fevral

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

03:08
07 Fevral

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub

02:12
07 Fevral

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib  

01:30
07 Fevral

QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib  

21:13
06 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!