14 Fevral 2025 09:35
491
CƏMİYYƏT
A- A+
Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib


Fevralın 13-də Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib. 

Yeni Azərbaycan Partiyasının (YAP) gənc üzvlərinin iştirakı ilə "Çin və Azərbaycan arasında Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində dövlətlərarası və partiyalararası əlaqələr" mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bildirib ki, Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən biridir. Onun sözlərinə görə, Azərbaycanla Çin arasında çoxşaxəli əməkdaşlıq əlaqələri uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

R.Abbasov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verirlər. "Azərbaycan "Vahid Çin" prinsipini birmənalı olaraq dəstəkləyir. Eyni zamanda Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edib", - deyən R.Abbasov Çinin ölkəmizin BRICS platformasında təmsilçiliyinə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə  əlaqələrinin inkişafına dəstəyinin dostluq və etibarlı strateji tərəfdaşlıq nümunəsi olduğunu söyləyib.

Tədbirdə  Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Ding Tao "Şanxay Əməkdaşlıq Təşkilatı və Çin-Azərbaycan əlaqələri" mövzusunda çıxış edib. O bildirib ki, Çin-Azərbaycan əlaqələri davamlı olaraq inkişaf edir. Ding Tao 2024-cü ilin iyul ayında iki dövlət arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanmasının işbirliyinin dərinləşdirilməsi baxımından önəmini qeyd edib. Diplomat ötən ilin noyabr ayında Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında Əməkdaşlıq Memorandumunun imzalandığını xatırladaraq qarşılıqlı fikir və təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib: "Çin Kommunist Partiyası Yeni Azərbaycan Partiyası ilə dostluq münasibətlərinə böyük dəyər verir və partiyalar arasında siyasi dialoqu gücləndirmək, müxtəlif səviyyələrdə əlaqələri sıxlaşdırmaq, xalqlarımız arasında dostluğu nəsillər boyu davam etdirmək üçün səy göstərməyə hazırdır".

Ding Tao qeyd edib ki, 2001-ci ildə yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatı ötən dövr ərzində böyük inkişaf yolu keçərək geniş təsir imkanlarına malik təşkilata çevrilib: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşıdır. Çin Azərbaycana bu təşkilat ilə əməkdaşlığı gücləndirməsi üçün dəstək göstərir".

YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, Çin ilə Azərbaycan coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Onun sözlərinə görə, Çin tərəfindən irəli sürülən "Bir kəmər, bir yol" layihəsi ölkələr arasında ikitərəfli münasibətlərin dərinləşməsinə yeni imkanlar yaradır: "Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən olmuş və həyata keçirdiyi irimiqyaslı nəqliyyat-infrastruktur layihələri ilə genişmiqyaslı əməkdaşlıq üçün önəmli imkanlar yaratmışdır".

S.Xasayeva qeyd edib ki, iki ölkə arasında qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər siyasi, iqtisadi, mədəni və digər sahələrdə hərtərəfli əməkdaşlığın əsasını təşkil edir: "Fəal siyasi dialoq nəticəsində bir çox mühüm nailiyyətlər əldə edilib. Bu gün YAP və Çin Kommunist Partiyası arasında münasibətlər də yüksələn xətt üzrə inkişaf edir".

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə çıxışında deyib ki, Azərbaycan və Çin arasında siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə əlaqələr genişlənməyə davam edir: "Bu münasibətlərin vacib aspektlərindən biri də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı sıx əməkdaşlıqdır. Ötən illərdə partiyamızın nümayəndələri Çin Kommunist Partiyasının dəvəti ilə bu ölkəyə səfərlər edib. Bu səfərlər siyasi dialoqun dərinləşməsinə, təcrübə mübadiləsinə və yeni əməkdaşlıq sahələrinin müəyyən olunmasına şərait yaradıb. Ötən ilin noyabr ayında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılığı ilə partiyamızın nümayəndə heyətinin Çinə səfəri isə xüsusi qeyd edilməlidir. Səfər zamanı imzalanmış Əməkdaşlıq Memorandumunda əksini tapan əsas istiqamətlərdən biri də gənclər arasında əməkdaşlıqdır. Gənclər arasında əməkdaşlığa investisiya qoymaq ölkələrarası uzunmüddətli tərəfdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır".

B.İslamov Azərbaycan və Çin arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün etibarlı zəminin mövcud olduğunu vurğulayıb: "Eyni zamanda Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın daha da güclənəcəyinə və qarşıdakı illərdə daha böyük uğurlara imza atılacağına inanırıq. Bundan əlavə, hər iki partiyanın gənc üzvlərinin gələcək layihə və təşəbbüslərdə fəal iştirak edərək əməkdaşlığımızın daha da dərinləşməsinə mühüm töhfələr verəcəyinə ümid edirik".

Tədbirdə, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi Se İlin, YAP Gənclər Birliyi sədrinin müavini Fəsli Nəbiyev, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi Yan Şısue və YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina çıxış edərək ölkələrimiz və partiyalarımız arasında əlaqələr haqqında fikirlərini bildiriblər.

Sonda bədii hissə və Çin mədəniyyətinin nümunələri təqdim olunub.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!