08 Noyabr 2025 08:35
701
SİYASƏT
A- A+
Azərbaycan böyük Zəfəri öz gücü ilə qazandı

Azərbaycan böyük Zəfəri öz gücü ilə qazandı


Azərbaycan 5 il əvvəl tarixi zəfər qazandı. 44 gün davam edən haqq mübarizəmizdə digər ərazilərimiz kimi, Qarabağın baş tacı olan Şuşanın da azad olunması əsas missiya idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibənin gedişində nüfuzlu KİV-in birinə verdiyi müsahibələrdə bəyan etmişdi: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Ancaq Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Şuşasız bizim işimiz yarımçıq olar".

Sentyabrın 27-də Qarabağda başlayan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Prezident İlham Əliyev müharibə dövründə dünyanın nüfuzlu KİV-inə verdiyi 30-dan çox müsahibəsində münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı. Bu, döyüş meydanında hər gün uğur qazanan Azərbaycanın həm də informasiya cəbhəsindəki qələbəsi idi. Dövlət başçımız bütün çıxışlarında Azərbaycanın ədalətli sülh istədiyini bəyan edirdi. 

44 günlük müharibə eyni zamanda xalqımızın milli birliyini və siyasi həmrəyliyini nümayiş etdirdi. Belə ki, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı bir fikir ayrılığının olmadığının təsdiqi idi. 

2020-ci il noyabrın 8-də, alınmaz qala sayılan Şuşanın işğaldan azad olunmasından sonra müharibənin taleyi həll olundu. Dövlət başçımızın da bəyan etdiyi kimi, Şuşanın şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir: "Şuşa mədəniyyət ocağı kimi tanınsa da, eyni zamanda qəhrəmanlıq, zəfər və sülh rəmzidir". 

Şuşa qəhrəmanlıq, peşəkarlıq, fiziki güc və yüksək milli ruh nəticəsində azad olundu. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdamı, noyabrın 25-də Kəlbəcəri, dekabrın 1-də isə Laçın rayonunu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. 

Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yarandı. Azərbaycan öz sərhədlərində möhkəmlənməyə başladı. 23 aprel 2023-cü il tarixində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması isə Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi tarixə düşdü. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 

2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə isə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə Azərbaycan lokal xarakterli antiterror əməliyyatına başladı. Cəmi 23 saat davam edən əməliyyatlar nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Bu, 44 günlük Vətən müharibəsinin məntiqi sonluğu idi. 

Beş il əvvəl Azərbaycanın qazandığı zəfər regionun təhlükəsizliyini təmin etdi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, noyabrın 8-i Zəfər Günü elan edilib. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Bütün azad olunmuş ərazilərimizdə olduğu kimi, Şuşada da bərpa-quruculuq işləri planlı şəkildə aparılır. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın tarixi siması qorunur. 

Cənab Prezidentin bəyan etdiyi kimi: "Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq". Ötən 5 il ərzində işğaldan azad olunmuş ərazilərin kompleks bərpası uğurla reallaşmaqdadır. "Böyük Qayıdışa dair 

I Dövlət Proqramı"nın ümumi icra faizi təqribən 79 faizdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri üçün 2025-ci il də daxil olmaqla 21,6 milyard manat vəsait ayrılıb. Növbəti ilin büdcəsində də azad olunmuş ərazilərin bərpası əsas prioritetlər sırasındadır. 

Qeyd edək ki, azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı və iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 2152 nəfər tələbə də nəzərə alınmaqla, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 59 min 565 nəfərdir. Prezident İlham Əliyevin sərəncamına əsasən, "Böyük Qayıdışa dair II Dövlət Proqramı" da hazırlanır. 

8 Noyabr həm də Şuşa Şəhəri Günü kimi qeyd olunur. Ümumiyyətlə, işğaldan azad edilmiş şəhərlərin günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Növbəti hərbi paradını keçirən Azərbaycan xalqının 5 il əvvəl qazandığı böyük Qələbə bütün gələcək nəsillər üçün qürur mənbəyidir.


Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!