Azərbaycan Avstriya ilə mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır
Sentyabrın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Vyana şəhərinin vitse-meri Renata Braunerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq, mədəniyyət və turizm sahələrində təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili və digər məsələlər geniş müzakirə olunmuşdur.
Ə.Qarayev belə görüşlərin Azərbaycan-Avstriya ikitərəfli əməkdaşlığının genişlənməsinə xidmət etdiyini vurğulamışdır. Bildirilmişdir ki, qarşılıqlı səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıyır.
Son illər Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan nazir bildirmişdir ki, teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələr yenidən bərpa edilir və ölkəmizin turizm potensialı daha da möhkəmləndirilir. Görülən işlərin nəticəsində cari ildə Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.
Nazir qeyd etmişdir ki, hazırda Bakıda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyan III Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalda dünyanın 10-dan çox ölkəsindən musiqiçilər iştirak edir. Bu, bizi çox sevindirir, ona görə ki, Vyanada da dahi bəstəkarımızın əsərləri səhnəyə qoyulmuş və müəllifinə çox böyük uğur qazandırmışdır.
Azərbaycanın turizm, muzey, kitabxana və digər mədəni sahələrdə əməkdaşlığa hər zaman hazır olduğunu söyləyən nazir bu istiqamətdə iki ölkə arasında mövcud potensialdan yetərincə istifadə edilməməsindən təəssüfləndiyini bildirmişdir.
Dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edən bütün təşəbbüsləri dəstəklədiklərini bildirən Vyana şəhərinin vitse-meri Renata Brauner vurğulamışdır ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələr bundan sonra daha da genişlənəcəkdir.
Qonaq Azərbaycanda olmalarından və günbəgün yeniləşən Bakını gəzmək imkanı qazanmalarından məmnunluğunu ifadə etmişdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!