23 Yanvar 2026 08:40
2049
SİYASƏT
A- A+
Azərbaycan Avrasiyada dəyər yaradır

Azərbaycan Avrasiyada dəyər yaradır


Dünya iqtisadiyyatının taleyinin müzakirə olunduğu Davos platformasında bu dəfə diqqətlər Avrasiyaya yönəldi. "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda keçirilən panel iclası qlobal güc balansının dəyişdiyi bir dövrdə yeni iqtisadi mərkəzlərin formalaşdığını göstərdi. Uzun illər kənar müşahidəçi kimi qəbul olunan Avrasiya artıq qlobal iqtisadi dialoqun əsas iştirakçılarından biridir.

"İqtisadi özünəməxsusluq" nə deməkdir? Bu mövzu Davosda keçirilən panelin əsas fəlsəfəsini təşkil edirdi və əslində, daha geniş bir  sualı gündəmə gətirirdi: Avrasiya qlobal iqtisadi sistemdə hansı rolu oynayır və onu digərlərindən fərqləndirən cəhətlər nələrdir? İqtisadi özünəməxsusluq yalnız ümumi daxili məhsulun  (ÜDM) göstəriciləri və ya ticarət dövriyyəsi ilə ölçülmür. Bu anlayış hər şeydən əvvəl coğrafi mövqe, tarixi inkişaf yolu, resurs potensialı və regional əməkdaşlıq modelinin sintezidir. Avrasiya məkanı Şərqin istehsal gücünü, Qərbin texnologiya və bazar təcrübəsini, Cənubun  isə resurs imkanlarını özündə birləşdirən iqtisadi  zonadır.

Panel müzakirələrində vurğulanan əsas məqamlardan biri Avrasiyanın nəqliyyat və logistika baxımından unikal mövqeyi idi. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas dəhlizlər bu məkandan keçir. Bu da Avrasiyanın sadəcə keçid zonası deyil, həm də dəyər yaradan iqtisadi mərkəz olduğunu ortaya qoyur. Enerji resursları, sənaye potensialı və artan daxili bazar isə bu özünəməxsusluğun iqtisadi əsaslarını daha da gücləndirir.  Amma bütün bu potensiala baxmayaraq, qlobal proseslər göstərir ki, mövcud imkanlardan səmərəli istifadə hər zaman düzgün idarəetmə və ortaq yanaşma ilə müşayiət olunmur. Bu da beynəlxalq münasibətlər sistemində etimadın zəifləməsinə və əməkdaşlıq mexanizmlərinin səmərəsinin azalmasına gətirib çıxarır. Bir çox hallarda dar milli maraqlar ümumi faydanı üstələyir və uzunmüddətli sabitliyə xidmət edən qərarların qəbulunu çətinləşdirir. 

Panel iclasda müzakirə olunan digər mühüm məqamlardan biri də  Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin səsləndirdiyi bu fikir idi: "Müasir dünyada müəyyən prinsiplərə riayət edilmir. Heç kəs çoxtərəflilik prinsiplərinə hörmət etmir, bu isə böyük bir xətadır, keçmişdə yol verilən səhvdir". Bu fikirlər fonunda  Prezident İlham Əliyevin mövqeyi mövcud beynəlxalq münasibətlərə daha realist və praqmatik yanaşmanı əks etdirdi. Dövlət başçısı vurğuladı ki, qlobal qeyri-müəyyənliklərin artdığı bir şəraitdə ölkələrin uğuru beynəlxalq təsisatlara kor-koranə arxalanmağa deyil, milli maraqlara əsaslanan siyasət, güclü liderlik və cəmiyyətin vahid mövqeyi ilə təmin olunur: "Biz beynəlxalq təsisatlara arxalanmamalıyıq. Mən Aleksandar ilə razılaşıram ki, bu gün vəziyyət heç vaxt olmadığı qədər mürəkkəbdir. Ancaq mən onun bədbinliyini bölüşmürəm, çünki vəziyyət nəzarətə götürülürsə, milli maraqlara və rəhbərlik etdiyin xalqa bağlılıq varsa, o zaman uğura nail olmaq mümkündür. O ki qaldı, çoxtərəflilik, birtərəflilik və proteksionizmə, biz bütün bunların iflasa uğradığını görürük. Ümumdünya Ticarət Təşkilatı iflic olub. Yeri gəlmişkən, 30 il ərzində edilmiş dəvətlərə rəğmən biz Ümumdünya Ticarət Təşkilatına qoşulmadıq, çünki öz iqtisadi suverenliyimizi qorumaq istəyirdik. Biz siyasi suverenliyə malik olmaqla yanaşı, müxtəlif tərəflərlə yaxşı münasibət saxlamaq istəyirik. Biz Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq. Eyni zamanda Çin ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinə malikik və ABŞ ilə Strateji tərəfdaşlıq nizamnaməsini müzakirə edirik. Bütün bunlar mümkündür və bir-biri ilə ziddiyyət təşkil etmir. Ölkə və onun gələcəyi ilə bağlı aydın baxışa malik olduqda, gücə sahib olduqda və vahid mövqedən çıxış edən cəmiyyətin olduğu təqdirdə haqqınızda və gördüyünüz işlər barəsində kimin nə dediyinin və nə məqalə dərc etdirməsinin heç bir əhəmiyyəti yoxdur".

Avrasiya çox böyük bir coğrafi məkandır.  Müxtəlif güc mərkəzləri ilə paralel ziddiyyətsiz əməkdaşlıq imkanları bu məkanı qapalı bloklardan fərqli olaraq açıq, çoxtərəfli və rəqabətədavamlı iqtisadi platformaya çevirir. Ona görə də Azərbaycan öncə öz regionunu,  daha doğrusu, qonşularını düşünməlidir. Ötən 30 ildə ölkəmiz Ermənistan istisna olmaqla, bütün qonşularla münasibət qura bilib. Amma hazırda sülh bərqərar olduğu üçün Ermənistanla da iqtisadi əməkdaşlığa və ixrac əməliyyatlarına başlanılıb. Azərbaycan Qazaxıstan və Rusiya vasitəsilə Ermənistana yük daşımalarındakı bütün məhdudiyyətləri aradan qaldırıb. Həmin  addım nəticəsində artıq Ermənistandan Rusiyaya yüklərin daşınması üçün müraciətlər daxil olub. Hazırda bu daşımalar Gürcüstan ərazisindən həyata keçirilir, lakin gələcəkdə Ermənistan ərazisindən birbaşa yük daşımalarının mümkün olacağı gözlənilir. 

"Bizim üçün qardaş ölkə olan Türkiyə ilə çox sıx müttəfiqlik münasibətləri qurmuşuq, Türkiyəyə nəhəng sərmayələr yatırmışıq. Bizim Türkiyəyə sərmayələrimizin həcmi 20 milyard dollardan çoxdur. Hazırda biz Gürcüstana ən böyük sərmayə qoymuş ölkələr sırasındayıq. Gürcüstan ərazisindən keçən dəhlizlərlə yanaşı, Amerika Birləşmiş Ştatlarının himayəsi altında həyata keçirilən və TRIPP adlanan bağlantı layihəsi Xəzər dənizindən keçərək Asiyadan Azərbaycana, Ermənistana, Azərbaycanın bir parçası olan Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya qədər uzanan yeni bir nəqliyyat dəhlizi olacaqdır. Marşrutların çoxluğu istehlakçıların, təchizatçıların və tranzit ölkələrin xeyrinədir", - Prezident İlham Əliyevin Davosdakı  panel müzakirələrdə ortaya qoyduğu bu mövqe Avrasiyanın iqtisadi özünəməxsusluğunu formalaşdıran əsas amillərdən birini - strateji mövqe və çevik tərəfdaşlıq imkanlarını açıq şəkildə göstərir. 

Marşrutların çoxluğu, investisiya həcmləri və beynəlxalq layihələr Avrasiyanın iqtisadi əlaqələr şəbəkəsini genişləndirir, tranzit imkanlarını artırır və regional inteqrasiyanı gücləndirir. 

Davosda səsləndirilən fikirlər bir daha təsdiqlədi ki, Avrasiyanın iqtisadi özünəməxsusluğu onun fərqli inkişaf modelində, çoxşaxəli əməkdaşlıq imkanlarında və dəyişən dünya düzənində tutduğu strateji mövqedə öz əksini tapır. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir

12:20
28 Yanvar

Bakıətrafı ərazilərdə yeni tikiləcək və bərpa olunacaq dəmiryol stansiyalarının adları açıqlanıb

12:02
28 Yanvar

Komitə sədri: Azərbaycanda uşaq hüquqlarının təmini sahəsində keyfiyyətcə yeni mərhələnin əsası qoyulur

12:01
28 Yanvar

ABŞ İranın güc strukturlarının üç sabiq əməkdaşını deportasiya edib

11:57
28 Yanvar

Nərimanov stansiyasında qatarlara dayanacaq verilməsi planlaşdırılır

11:54
28 Yanvar

Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir – qanun sərtləşdirilir

11:47
28 Yanvar

Uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə bir sıra qanunlara dəyişikliklər edilir

11:35
28 Yanvar

Bakıda ciu-citsu zalının açılışı olub

11:34
28 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

11:15
28 Yanvar

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

Aİ və Hindistan 19 ildən sonra azad ticarət müqaviləsini imzaladılar

09:55
28 Yanvar

Cəbrayıl sakini: Müəllim kimi Horovluda işləmək istəyirəm

09:54
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!