05 Dekabr 2025 19:32
547
İQTİSADİYYAT
A- A+
Avropada təbii qaz qiymətinin ucuzlaşmasına təsir edən faktorlar açıqlanıb

Avropada təbii qaz qiymətinin ucuzlaşmasına təsir edən faktorlar açıqlanıb


Son günlər Avropada təbii qaz bazarında nəzərə çarpan ucuzlaşma müşahidə olunur. Belə ki, Dünya Bankının hesabatına görə, 2025-ci ilin noyabr ayında Avropada təbii qazın orta qiyməti 1 milyon BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 10,42 dollar təşkil edib ki, bu da ötən ayın göstəricisi (10,89 dollar) ilə müqayisədə 4,3 faiz azdır. Eyni zamanda, Avropanın əsas ticarət platforması olan “Title Transfer Facility” (TTF) üzrə qaz fyuçerslərinin qiyməti 4 dekabr 2025-ci il tarixli hərraclarda 1 000 kubmetr üçün 335,8 dollar səviyyəsinə enib.

AZƏRTAC xəbər verir ki, bu azalmanın arxasında bir neçə mühüm amil dayanır — ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün artması, Asiyada LNG-yə tələbatın azalması və Avropada yaxın günlərdə havanın nisbətən mülayim olması səbəbindən istilik və enerjiyə olan ehtiyacın azalması.

Mövzu ilə əlaqədar açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Avropada təbii qaz qiymətlərinin ucuzlaşmasının bir neçə ciddi səbəbi var.

“Bunlardan birincisi və ən önəmlisi ABŞ faktorudur. ABŞ-ın mayeləşdirilmiş təbii qazının (LNG) Avropaya tədarükü böyük həcmdə artıb. Bu isə təbii ki, bazarda tələb və təklif tarazlığına öz təsirini göstərir. ABŞ Prezidenti Donald Tramp Avropaya tariflər tətbiq edərkən, tariflərin yumşaldılması ilə bağlı müzakirələr zamanı məhz qarşısına qoyduğu öhdəliklərdən biri də Avropanın böyük ölçüdə ABŞ-dan LNG alması idi. Bu həcmin artması bazarda qazın qiymətinə təsir göstərir.

Digər bir səbəb isə məhz Avropa bazarında referans indeksi sayılan indeks TTF Henry Hub var ki, bu da qiymət indeksinin azalmasıdır. Çünki ABŞ-dan Avropaya gələn LNG qaz qiymətlərinin kifayət qədər az olması nəticədə bu fərqi azaldır ki, bu da mavi yanacağın qiymətinə mənfi təsir göstərir.

Digər məsələni isə xüsusi qeyd etmək istərdim ki, psixologiya məhsulun qiymətinin formalaşmasında çox böyük önəm daşıyır. Təsəvvür edin ki, pandemiya dövründə birinci insan öldükdə birjalar çökmüş və neft-qaz qiymətlər yüksəlmişdi. Rusiya-Ukrayna müharibəsi başlayarkən - 2022-ci il fevralın 24-də artıq qaz qiymətləri artdı və rekord həddə çatdı. Ancaq həmin vaxt ciddi hadisələr - boru xəttinin partlaması və s. baş verməmişdi. Buna baxmayaraq, qaz qiymətlərində artım müşahidə edildi. Bu gün isə boru kəmərləri dağılıb, Rusiyadan ixrac dayanıb, ancaq təbii qaz ucuzlaşıb. Bunun səbəbi isə ondadır ki, psixoloji olaraq insan təhlükənin içində olarkən buna öyrəşir. Təhlükə eşidilən zaman isə bazarda rezonans yaranır”, - deyə o bildirib.

E.Əmirovun sözlərinə görə, Avropanın Rusiya qazından asılılığının azalması, LNG bazarına yönəlməsi yenə də qazın ucuzlaşmasına səbəb olur. Həmçinin LNG Avropaya diversifikasiya imkanı verir ki, bu da qiymətin azalmasına səbəb olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!