26 May 2026 08:30
166
SİYASƏT
A- A+
Avropa Parlamenti reallıq hissini çoxdan itirib

Avropa Parlamenti reallıq hissini çoxdan itirib


Bununla belə gözlənilir ki, Azərbaycana qarşı qərəzli fəaliyyətinə görə peşmançılığını əvvəl-axır etiraf edəcək 


Azərbaycanın enerji təhlükəsizliyində strateji çəkisi və Şərqlə Qərbi birləşdirən logistik mərkəz rolunu oynaması ölkəmizin qlobal proseslərdə mövqelərini daha da artırıb, beynəlxalq tərəfdaşlarımızın sayını çoxaldıb. Azərbaycanın regional və qlobal məsələlərin müzakirəsində önəmli mövqeyə malik olması dünyanın aparıcı ölkələri, beynəlxalq dairələr tərəfindən qəbul edilir və yüksək qiymətləndirilir. Lakin ölkəmizin əldə etdiyi qlobal miqyaslı uğurlar, tarixi nailiyyətlər bəzi dairələri sevindirmir. Azərbaycanın yüksəlişindən və güc mərkəzinə çevrilməsindən narahatlıq duyan, bunu açıq şəkildə büruzə verən xarici təsisatlar var ki, onların da başında Avropa Parlamenti dayanır. Bu qurumun qeyri-konstruktiv addımları Bakı ilə münasibətlərdə ciddi böhranın yaranmasına səbəb olur.

Avropa Parlamentinin 2026-cı il aprelin 30-da Ermənistanla bağlı qəbul etdiyi qətnamə rəsmi Bakıya qarşı növbəti təzyiq aləti kimi ortaya atılmışdı. Bu, regiondakı reallıqlardan uzaq, lüzumsuz və ağılsız bir davranış idi. Birtərəfli qaydada qəbul edilmiş sənəddə bölgənin əsas gücü olan Azərbaycanın əsassız ittihamlarla hədəf alınması absurd olmaqla yanaşı, Cənubi Qafqazda formalaşan sabitlik mühitinə zərbə vurmaq məqsədi güdürdü.

Halbuki hazırda Ermənistan və Azərbaycan arasında sülh prosesi müsbət dinamika ilə irəliləyir, iqtisadi münasibətlərin bərpası və siyasi-ictimai təmasların qurulması istiqamətində real addımlar atılır. Onilliklər boyu müharibə şəraitində yaşamış tərəflərin yekun sülh müqaviləsinin imzalanması üçün səmimi səylər göstərdiyi bir fonda Avropa Parlamentinin kövrək etimad mühitini pozan hərəkətlərə rəvac verməsi qəbuledilməzdir. Bu addım ilk növbədə ölkəmizə qarşı açıq qərəzin nümayişidir, digər yandan isə regionun gələcəyinə yönəlmiş siyasi bəsirətsizlik və naşılıq nümunəsidir. 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Ermənistanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısına videobağlantı formatında bildirib ki, Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə sabotajla məşğul olur: "İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı il aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib". 

Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu cür qətnamələrin əsl səbəbi Qərbdəki müəyyən dairələrin Azərbaycanın öz gücü hesabına ərazi bütövlüyünü bərpa etməsini, separatçılığı bitirməsini və beynəlxalq hüququ təkbaşına təmin etməsini həzm edə bilməməsidir. Avropa Parlamenti tərəfdaş ölkələrlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq əvəzinə uzun illərdir ki, başqalarını mühakimə etmək və təkəbbürlü şəkildə onlara "doğrunu və yanlışı" öyrətməyə çalışmaq siyasətini yürüdür. Subyektiv maraqlara və ikili standartlara söykənən bu yanaşma tərəfdaşlar arasında dərin uçurumlara yol açır. Məhz bu cür səbatsız davranışlar müstəqil siyasət yürüdən digər dövlətlərin də tədricən bu qurumdan uzaqlaşmasına, təşkilatla aralarındakı məsafəni böyütməsinə gətirib çıxarır.

Əlbəttə, AP-nin yürütdüyü bu yanlış xətt birmənalı olaraq elə qurumun öz ziyanınadır. Azərbaycan bu gün Avropanın təkcə alternativ enerji təhlükəsizliyində deyil, həm də qlobal nəqliyyat-logistika dəhlizlərinin formalaşmasında əvəzedilməz rol oynayır. Reallıq hissini itirmiş Avropa Parlamentinin dünyaya dərs verməyə, digər dövlətlərə mühazirə oxumağa mənəvi haqqı yoxdur. Son illərdə bu qurumun daxilində baş verən irimiqyaslı rüşvət və korrupsiya olayları, habelə qanunsuzluqlar AP-nin kiməsə "tövsiyə" vermək statusunu tamamilə sıfırlayıb. Müxtəlif lobbi qruplarının təsiri altında qəbul edilən qətnamələr bir qayda olaraq, əldə edilən maddi və siyasi mənfəətin qarşılığı, yəni ödənişli xidmətlərin sənədləşmiş formasıdır. 

Təəssüf doğuran əsas məqam odur ki, Avropa Parlamenti artıq obyektiv qanunverici platforma olmaqdan çıxıb, islamofob və türkofob meyillərin aşkar şəkildə ifadə olunduğu rəsmi bir mərkəzə çevrilib. Azərbaycana qarşı yönələn qərəzli hücumlar Avropadakı antiislam tendensiyalarını idarə edən dairələrin özlərinə əlavə siyasi dividendlər qazanmaq niyyətindən xəbər verir. Şübhəsiz ki, aprel ayındakı məlum qətnamə də genişmiqyaslı və məkrli planın tərkib hissəsidir.

Tarixi təcrübə sübut edir ki, Avropa Parlamenti Azərbaycana qarşı hər zaman qərəzli münasibət sərgiləsə də, rəsmi Bakının prinsipial mövqeyi qarşısında geri addım atmağa məcbur olub. Vaxtilə oxşar təzyiq cəhdlərinə verilən layiqli cavablardan sonra həmin strukturlar Bakı ilə yenidən yaxınlaşmağa can atmışdılar. Görünən odur ki, keçmiş təcrübələr bu quruma dərs olmayıb. Lakin AP-nin lobbi maraqlarına söykənən qarayaxma kampaniyası regional reallıqları dəyişmək gücündə deyil. Güclü və müstəqil siyasət yürüdən Azərbaycanla təzyiq və diktə dili ilə danışmaq mümkünsüzdür. Bakının qətiyyəti bir daha sübut edir ki, bütün sabotaj cəhdlərinə baxmayaraq, Azərbaycan Cənubi Qafqazda sülhün, sabitliyin və qlobal layihələrin əsas təminatçısı olaraq qalır və öz strateji yoluna davam edəcək.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

09:24
26 May

Ermənistan qarışır

09:05
26 May

Qurban ətinin emalı və saxlanılması zamanı nələrə diqqət edilməlidir

09:00
26 May

Musiqinin canlı ruhu

08:55
26 May

Həkim, alim və dövlət xadimi

08:50
26 May

"Yaşıl dünya"nın xilaskarları

08:45
26 May

Möhtəşəm, lakin "səssiz" və təhlükəsiz kəmər

08:40
26 May

Bakı yenidən qlobal enerji və logistika mərkəzinə çevrilir

08:35
26 May

Avropa Parlamenti reallıq hissini çoxdan itirib

08:30
26 May

WUF13-ün tarixi zəfəri

08:27
26 May

WUF13 bir çox ilkə imza atdı

08:25
26 May

Daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

08:20
26 May

Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının 35 illiyi qeyd olunub

08:15
26 May

Ağdam şəhərinə növbəti köç yola salınıb

08:12
26 May

Regional liderlikdən qlobal aktorluğa 

08:10
26 May

Müstəqilliyimiz güclü və əbədidir

08:05
26 May

Prezident İlham Əliyevin liderliyinin daha bir nümunəsi 

08:00
26 May

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında

05:01
26 May

"Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

05:01
26 May

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

05:00
26 May

"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

05:00
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!