19 Aprel 2024 16:59
236
DÜNYA
A- A+

“Apple” Çində bəzi proqramlarını “App Store”dan çıxarıb

 

Çin hökumətinin milli təhlükəsizlik mülahizələrini əsas götürərək əmr etməsindən sonra “Apple” bu ölkənin “App Store”sindən “WhatsApp” və “Threads” proqramlarını çıxarıb.
“Apple”ın bəyanatında bildirilir ki, Çinin Kiberməkan İdarəsi milli təhlükəsizlik baxımından bu proqramların Çin onlayn mağazasından silinməsi göstərişini verib. Şirkət bununla razılaşmasa belə, onlara əməl etməyə borclu olduğunu bildirib.
Proqramın silinməsi Çində 2023-cü ildə qəbul edilmiş və bu ölkədə fəaliyyət göstərən tətbiqlərin tənzimləyici orqanında qeydiyyatdan keçməsini tələb edən qanunla bağlı ola bilər. Keçən ilin avqustunda Çin hakimiyyəti tərtibatçıları 2024-cü ilin mart ayının sonuna qədər bu qaydaya əməl etməyə çağırıb, əks halda proqramların ölkədə fəaliyyətini dayandıracağını bildirib.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video