02 May 2024 16:29
266
CƏMİYYƏT
A- A+

Bakıda Şri-Lanka vətəndaşlarından hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb  

 

Paytaxtda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində, təhsil almaq məqsədilə ölkəmizə gəlmiş 5 Şri-Lanka vətəndaşına qarşı dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Hindistan vətəndaşı 1973-cü il təvəllüdlü Mishra Prashant saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, M.Prashant guya zərərçəkənlərə Bakıdakı özəl ali təhsil müəssisələrindən birinə qəbul olunmaq üçün kömək göstərəcəyini vəd edərək onlardan müəyyən miqdarda pul alıb.

Şri-Lanka vətəndaşları Bakıya gələndən sonra saxlanılan şəxs onların sənədlərini ələ keçirərək hədə-qorxu ilə zərərçəkənlərdən yenidən pul tələb edib.

Xarici ölkə vətəndaşlarına qarşı həmin qanunazidd əməlləri törətməkdə şübhəli bilinən M.Prashant barədə araşdırmalar davam etdirilir. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video