02 May 2024 16:47
239
Mədəniyyət
A- A+

Qarabağda və Şərqi Zəngəzurda xüsusi əhəmiyyət daşıyan təxminən 35 mədəni irs nümunəsi mənfi təsirə məruz qalıb  

 

Əfsuslar olsun ki, iqlim dəyişiklikləri ilə yanaşı, müharibələr də təbiətə və mədəni irsə mənfi təsir göstərir. Təxminən 30 il ərzində Ermənistan işğalı altında qalmış abidələrimiz məhv olub və orada mədəni soyqırımı törədilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də keçirilən “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiyada Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

“Qarabağ və Şərqi Zəngəzurda yerləşən təxminən 35 xüsusi əhəmiyyət kəsb edən mədəni irsin obyekti xeyli mənfi təsirə məruz qalıb. Onların sırasında biz vandalizm aktlarını da xüsusilə qeyd etmək istəyirik. On minlərlə tarixi abidə məhv edilib, yüzdən çox abidəyə çıxış əngəllənib. Bu, həmin ərazilərə aparan yolların minalanması ilə izah olunur. Həmin abidələrin qorunması Böyük Qayıdış Prosesinin ayrılmaz hissəsidir”, - deyə nazir müavini əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video