27 Sentyabr 2026 14:49
816
CƏMİYYƏT
A- A+
Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2

2020-ci il sentyabrın 27-si Azərbaycan üçün adi bir payız səhəri kimi açılmadı. Altı il əvvəl bu tarixdən başlayan 44 günlük yol şanlı Zəfərlə tamamlandı. Torpaqlarımız əsarətdən xilas edildi, Üçrəngli Bayrağımız doğma şəhər, kənd və qəsəbələrimizdə ucaldıldı.

Lakin müharibənin ağrı-acılı üzü də var... Azad edilmiş ərazilərdə dalğalanan Üçrəngli Bayrağın kölgəsində minlərlə şəhidimizin xatirəsi yaşayır. 27 sentyabr həm Zəfərə gedən yolun başlanğıcı, həm də müqəddəs amal uğrunda canlarından keçən qəhrəmanların anıldığı gündür.

AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqı Vətən fədailərinin uyuduğu müqəddəs məkanlara axışaraq, onların əziz xatirəsini dərin ehtiram, minnətdarlıq və hüznlə yad edib.

Şəhid baş leytenant İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “İlqar ehtiyatda olan zabit idi, Azərbaycan Dəmir Yollarında sahə rəisi vəzifəsində çalışırdı. Vətən müharibəsi başladığı gündən könüllü olaraq dəfələrlə müraciət etdi. Oktyabrın 7-də cəbhəyə yollandı. Vətənini öz işindən, övladlarından, ailəsindən üstün tutaraq döyüşlərə qatıldı. Füzuli, Xocavənd və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə rabitə bölüyünün komandiri kimi iştirak etdi. Oktyabrın 20-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid oldu.

Xaraktercə çox gözəl, mülayim və vətənpərvər insan idi. O, minlərlə şəhidimiz kimi torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canını fəda etdi. Bu gün onların yoxluğu bizim üçün, eləcə də minlərlə şəhid ailəsi üçün çox çətin və ağırdır. Lakin biz onlarla fəxr edirik, çünki onlar tarixdə öz izlərini salan qəhrəmanlardır”.

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Hava Qüvvələrinin şəhid zabiti Ramiz Qasımovun oğlu Vaqif Qasımov bildirib ki, bu gün onun üçün həm hüzn, həm də qürur günüdür. Çünki bu gün torpaqlarımızın azadlığı uğrunda döyüşlərin və Zəfərin başlanğıc günüdür.

Vaqif atasını savadlı və vətənpərvər insan kimi xatırladığını qeyd edib. O, gələcəkdə atasının yolunu davam etdirərək hərbçi olmaq istədiyini söyləyib: “Atam şəhid olanda 5 yaşım var idi. Atamla bağlı xatirələrimdə ən çox yadımda qalan odur ki, o, mənim özü kimi pilot olmağımı istəyirdi. Pilotlar, təyyarələr haqqında danışırdı. Böyüyəndə, inşallah, atamın yolunu davam etdirəcəyəm və onun kimi pilot olacağam”.

Ehtiyatda olan polkovnik, İkinci Qarabağ müharibəsinin iştirakçısı Aydın Şıxəliyev bildirib ki, onun döyüş yolu Füzulidən başlayaraq Xocavənd, Cəbrayıl, Qubadlı istiqamətlərindən keçib.

O, 44 günlük savaşın hər bir gününün unudulmaz olduğunu diqqətə çatdırıb: "30 il işğalda olan torpaqlarımızı azad etdik. Azərbaycan Ordusu öz sözünü dedi, ərazi bütövlüyümüz təmin olundu”.

A.Şıxəliyev Vətən müharibəsində qazanılan Zəfərin qürurverici olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, müharibə itkisiz olmur və bu yolda canını qurban verənlərin fədakarlığı heç vaxt unudulmamalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

Fransada silahlı hücum baş verib, ölən və yaralananlar var  

16:31
23 Oktyabr

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti növbəti iki gün də davam edəcək – XƏBƏRDARLIQ  

16:09
23 Oktyabr

Fövqəladə hallar naziri Qaxda vətəndaş müraciətlərini dinləyib  

16:01
23 Oktyabr

“Azəriqaz”ın baş direktoru Ağcabədi rayonunda vətəndaşlarla görüşüb  

15:57
23 Oktyabr

Rusiyadan ABŞ-yə ilk dizel yanacağı tankeri yola salınıb

15:48
23 Oktyabr

YAP-ın İnformasiya Texnologiyaları İnstitutu üzrə ərazi partiya təşkilatının iclası olub  

15:37
23 Oktyabr

Kreml: Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları Əbu-Dabidə keçiriləcək  

15:25
23 Oktyabr

Ukrayna qoşunları Rusiya ordusunun bir neçə obyektinə zərbələr endirib  

15:17
23 Oktyabr

MSK-nın nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək  

15:15
23 Oktyabr

“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur

15:10
23 Oktyabr

Energetika naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

15:07
23 Oktyabr

“SOCGOV 2026” beynəlxalq forumu çərçivəsində ikitərəfli görüşlər olub

15:04
23 Oktyabr

D.Tramp ABŞ-də neft hasilatını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə saldı

14:42
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!