AMEA-nın Fizika İnstitutu açıq (elektron) tender elan edir
Tenderin predmeti:
AMEA-nın Fizika İnstitutu üçün elektrotexniki avadanlıqların kompüter, printer, kondisioner, tozsoran və cihazların(inteqral, mikrosxem və yarımkeçirici cihazların hazırlanmasının fotolitoqrafiq prosessləri zamanı təsvirlərin fotoşablona və yarımkeçirici plostinə yerləşdirilməsi və fotoşablondan təsvirlərin plostinlərin fotozestiv qatından köçürülməsi üçün) satın alınması
(Malların siyahısı və parametrləri etender .gov.az portalında bu tender üzrə səhifənin müvafiq xanasında yerləşdirilmişdir.)
Tender iştirakşıları etender.gov.az dövlət satınalmalarının vahid elektron portalına daxil olaraq (Bundan sonra Portal) tenderlə bağlı ətraflı məlumat ala bilərlər.
Tender Portal vasitəsilə aparılır, tenderlə bağlı bütün sual, cavab və izahlar Portal vasitəsilə aparılır.
Tenderdə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (notarial qaydada təsdiq edilmiş);
- qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə, son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surətləri;
- iddiaçının mikro, kiçik və ya orta sahibkar olması barədə sənəd (müvafiq orqan tərəfindən verilən arayış).
İddiaçı haqqında AMEA-nın Fizika İnstitutu tərəfindən tələb olunan digər ixtisas uyğunluğu sənədlərində aşağıdakı məlumatlar əks etdirilməlidir:
- maliyyə informasiyası (şərtlər toplusunda təqdim edilən Əlavə 4 formada);
- ixtisaslaşma məlumatları (şərtlər toplusunda təqdim edilən Əlavə 3 formada);
- şərtlər toplusunda göstərilən digər sənədlər;
- iddiaçının analoji cihaz və avadanlıqların təmirinin aparılması üçün servis mərkəzi olmalıdır.
Tenderdə iştirak etmək üçün iştirak haqqı 70 manat “Asan ödəniş” sistemi ilə Portalda qeyd edilmiş hesaba ödədikdən sonra Portaldan şərtlər toplusunu əldə edə bilərlər.
Tenderdə təklifin qüvvədə olma müddəti zərflər açılan gündən sonra ən azı 40 bank günü təyin edilir.
Tender təklifi üzrə tələb olunan malların çatdırılması müqavilə imzalandıqdan sonra ən çoxu 30 bank günü təyin edilmişdir.
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (bank təminatı və tender təklifi istisna edilməklə) 17 noyabr 2021-ci il saat 10:00-dək qədər Portalda təqdim etməlidirlər.
Bank təminatı və tender təklifi və qiymətləndirmə üçün lazım olan digər sənədlər isə 25 noyabr 2021-ci il saat 09:30-dək Portalda təqdim edilməlidir.
Tender təklifləri 26 noyabr 2021-ci il saat 10:00-da Portalda açılacaqdır.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün Fizika institutunun baş iqtisadçısı, satınalma mütəxəssisi Xanlar Xanlarovla Portalın sual - cavab bölümündə əlaqə saxlamaq olar. Əlaqə telefonu: (012) 539-69-53.
Tenderin şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir və bütün sənədlər Azərbaycan dilində təqdim edilməlidir.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!