Almatı metrosu yanvarın 17-dən işini bərpa edəcək
Ötən həftənin əvvəlində iğtişaşlar səbəbindən fəaliyyəti dayandırılan Almatı metropoliteni yanvarın 17-dən işini bərpa edəcək.
AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə şənbə günü şəhərin hakimiyyət orqanları məlumat verib. “Metropoliten sərnişinlər üçün yanvarın 17-də saat 07:00-dan 21:00-dək açıq olacaq. Qatarlar arasında interval pik saatlarında 10 dəqiqə, qalan vaxtlarda isə 13 dəqiqə təşkil edəcək. Metronun sonrakı iş qrafiki haqqında əlavə məlumat veriləcək”, - məlumatda belə deyilir.
Həmçinin bildirilir ki, həmin gündən meqapolisdə trolleybuslar və şəhərətrafı marşrutlar da daxil olmaqla ictimai nəqliyyat saat 21:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, Almatı metrosu Qazaxıstanda yeganə yeraltı nəqliyyat vasitəsidir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan suverenliyini tam təmin edib
26 Aprel
Ermənistan İlham Əliyevin yaratdığı reallıqları qəbul edir
26 Aprel
Azərbaycan türk dünyasının daha bir ölkəsi ilə iqtisadi əlaqələrini genişləndirir
26 Aprel
İlham Əliyevdən ədalət dərsi
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdi...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsd...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ail...
26 Aprel
“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” pu...
26 Aprel
Fransızlar Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!