Layihənin
Adı:
Yaşanılabilən Bakı (hazırlıq mərhələsi)
Qrant Nömrəsi: TF-C8884
Tapşırığın Adı: Abşeron göllərinin (Zığ, Xocasən və Böyükşor) dayanıqlı təmizlənməsi
və ərazi bərpası üçün Ətraf mühit və Sosial çərçivə (ƏMSÇ) alətlərinin hazırlanmasına
dəstək üzrə məsləhət xidmətləri
Satınalma Planının İstinad Nömrəsi: AZ-MOEC-CS-CQS-03
Ölkə: Azərbaycan
1.
Azərbaycan
Respublikası Dünya Bankından “Yaşanılabilən Bakı” layihəsinin hazırlıq mərhələsi
üçün qrant (TF-C8884) əldə etmişdir və qrant vəsaitinin bir hissəsini aşağıdakı
məsləhət xidmətləri üçün yönəltməyi planlaşdırır.
2.
Məsləhət
xidmətləri (“Xidmətlər”) Abşeron göllərinin (Zığ, Xocasən və Böyükşor) dayanıqlı
təmizlənməsi və ərazi bərpası üçün Ətraf mühit və Sosial çərçivə (ƏMSÇ) alətlərinin
hazırlanmasına dəstək üzrə xidmətlərini əhatə edir.
Məsləhətçi Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə (İcraçı Qurum) Texniki-İqtisadi Əsaslandırma
(TİƏ) sənədinə əsaslanaraq Abşeron göllərinin təmizlənməsi və ərazinin bərpası üzrə
Ətraf mühit və Sosial risklərin idarə edilməsi (ƏMSRİE) sənəd paketinin hazırlanmasında
kömək göstərəcək.
Tapşırığın ümumi müddəti müqavilənin
imzalanma tarixindən etibarən 6 aydır. Tapşırığın icrasına 2026-cı ilin aprel ayında
başlanılması nəzərdə tutulur. Tapşırığın ehtimal olunan ümumi dəyəri 300,000 ABŞ
dollarıdır. Təhvil veriləcək işlərin siyahısı və gözlənilən müvafiq icra müddətləri
aşağıdakı keçiddə yerləşdirilən Texniki Tapşırıqda (TT) göstərilmişdir:
https://www.dropbox.com/scl/fi/0t818yf5o5tqoatin8tz3/ToR_Absheron_Lakes_ESF_Tools_13.02.2026.docx?rlkey=yh934alh3dyqcoeg40eezjmrw&st=56pabtf2&dl=0
3.
İcraçı
Qurum hazırda uyğun ixtisaslı məsləhətçi şirkətləri (Məsləhətçilər) qeyd olunan
Xidmətlərin icra edilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Maraqlanan Məsləhətçilər
Xidmətləri yerinə yetirmək üçün tələb olunan müvafiq ixtisas və təcrübəyə malik
olduqlarını göstərən məlumatları təqdim etməlidirlər.
4.
Xidmətləri
icra etmək üçün ən uyğun şirkət Dünya Bankının qaydalarında göstərilən Məsləhətçinin
ixtisasına əsaslanan seçim (MİƏS) üsuluna uyğun olaraq seçiləcək və aşağıdakı meyarlar
üzrə qiymətləndiriləcəkdir:
(i)
Ümumi
Təcrübə: a)Maraqların ifadəsinin son tarixinə qədər şirkətin əsas fəaliyyət istiqaməti
kimi məsləhət xidmətləri sahəsində ən az 10 illik ümumi iş təcrübəsi və Beynəlxalq Maliyyə İnstitutları (BMİ) tərəfindən
maliyyələşdirilən layihələrdə təcrübə (Dünya Bankı tərəfindən maliyyələşdirilən
layihələrdə təcrübəyə üstünlük verilir).
(ii)
Xüsusi
Təcrübə:
- Göllərin bərpası, şəhər
su hövzələri və ya çirklənmiş sahələrin təmizlənməsi layihələri daxil olmaqla ətraf
mühitin bərpası və su ilə əlaqəli mürəkkəb layihələr üçün Ətraf Mühitə və Sosial Təsirlərə dair Qiymətləndirmələrin
(ƏMSTQ) aparılması sahəsində peşəkar və uğurlu təcrübə, Beynəlxalq
Maliyyə İnstitutları tərəfindən maliyyələşdirilən layihələrdə iş təcrübəsinə üstünlük
verilir;
- Dünya Bankının Ətraf Mühit və Sosial Çərçivə
(ƏMSÇ)
sənədinin tətbiqi üzrə təcrübə;
- Ətraf mühitin bərpası texnologiyaları, hidroloji sistemlər və şəhərlərdə ətraf mühitin bərpası sahəsində
güclü texniki biliklər;
- Müxtəlif maraqlı tərəflərlə
səmərəli əməkdaşlıq qurmaq, konsensus formalaşdırmaq və əməkdaşlığı təşviq etmək
bacarığı.
(iii)
Oxşar regionlarda təcrübə və heyət səfərbərliyi bacarığı:
Azərbaycan və ya Cənubi Qafqaz regionunda və ya oxşar iqlim şəraitinə malik
bölgələrdə təcrübənin olması, həmçinin yerli ətraf mühit və sosial tənzimləyici
çərçivələrə dair anlayışın mövcudluğu üstünlük hesab olunur. Texniki tapşırıqda
müəyyən edilmiş vəzifələrin icrası üçün tələb olunan ixtisaslı mütəxəssislərin səfərbər
edilməsi bacarığı.
Qısa
siyahıyaalma mərhələsində əsas mütəxəssislər fərdi olaraq qiymətləndirilməyəcək,
lakin növbəti mərhələdə seçilmiş Məsləhətçinin ixtisasının qiymətləndirilməsinə
tapşırıqla bağlı müvafiq əsas mütəxəssislərin ixtisasları, təcrübələri və mövcudluğu
da daxil ediləcəkdir. Məsləhətçi komandasına həm beynəlxalq, həm də yerli mütəxəssislərin
daxil ediləcəyi gözlənilir.
5.
Yuxarıda
qeyd olunan seçim meyarlarına uyğun olduğunu nümayiş etdirmək üçün Məsləhətçilər
ən azı aşağıdakı sənədləri təqdim etməlidirlər. Məsləhətçi şirkət yalnız özünün
ixtisas və təcrübəsinə dair məlumatları təqdim edə bilər; belə ki, şirkət öz idarəedici
(parent company), eyni idarəedici şirkətə aid (sister company) və ya törəmə şirkətlərinin
və ya öz əməkdaşlarının təcrübəsini öz təcrübəsi kimi göstərə bilməz.
(i) Şirkətin müvafiq dövlət
orqanı tərəfindən verilmiş qeydiyyat/təsis sənədləri.
(ii) Şirkətin əsas fəaliyyət
sahələrini əks etdirən broşürlər.
(iii) Bu Maraq ifadəsi üçün
dəvətə əlavə olunmuş 1№-li formanı (formaya keçid linki: https://www.dropbox.com/scl/fi/hulzprh5xzvtzsl0goehf/Form-1-Similar-Contracts.docx?rlkey=qvhme2yl126m609f5wilwi5w0&st=wvya8boj&dl=0
tamamlayaraq oxşar layihə/müqavilələr barədə məlumatların təqdim edilməsi. Tamamlanmış
müqavilələr üzrə sifarişçi rəylərinin (referans məktublarının) surətlərini hazırki
mərhələdə təqdim etmək tələb olunmur. Lakin növbəti mərhələdə, təkliflərin təqdim
edilməsi zamanı, Sifarişçi seçilmiş məsləhətçidən həmin rəylərin surətlərini təqdim
etməyi tələb edə bilər.
(iv) Tapşırıqla bağlı mövcud
mütəxəssislərin siyahısı və onların ixtisası və müvafiq təcrübəsi haqqında qısa
məlumat.
6.
Məsləhətçilər,
ixtisas və bacarıqlarını artırmaq məqsədilə assosiasiya yarada bilərlər. Belə assosiasiyalar
birgə müəssisə (BM) formasında (bu halda BM üzvləri birgə və ayrılıqda məsuliyyət
daşıyırlar) və ya sub-məsləhətçi formasında ola bilər (bu halda baş məsləhətçi sub-məsləhətçinin
xidmətlərinə görə də məsuliyyət daşıyır). Assosiasiya formasında olarsa, məsləhətçilər
təklif olunan assosiasiyanın tərkibini əsaslandırmaq üçün maraq ifadəsində (a) assosiasiyanı formalaşdırmaqda məqsədlərini
və (b) birgə müəssisənin hər bir üzvünün və/və ya hər bir sub-məsləhətçinin tapşırığın
icrasında nəzərdə tutulmuş rolunu və müvafiq ixtisasını izah etməlidirlər.
Qeyd: Yuxarıda 4-cü
bənddə qeyd edilən xüsusi təcrübə tələbinə uyğunluğun qiymətləndirilməsi zamanı
sub-məsləhətçilərin təcrübəsi nəzərə alınmayacaq.
7.
Xidmətlərin
göstərilməsində marağı olan məsləhətçilər Dünya Bankının 2025-ci il fevral tarixli
“İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi (İLM) üzrə Borcalanlar üçün Dünya
Bankının Satınalma Qaydaları” sənədinin 3.14, 3.16 və 3.17-ci bəndlərində Dünya
Bankının maraqların toqquşması siyasətinə diqqət yetirməlidirlər.
8.
Maraq
ifadələri yazılı formada, imzalanmış sənəd şəklində aşağıda göstərilən elektron
poçt ünvanına 27 fevral 2026-cı il tarixinədək təqdim olunmalıdır.
Əlavə məlumatı aşağıdakı
elektron poçt ünvanından əldə etmək olar:
Əlaqələndirici şəxs: Nicat Hüseynov – Layihə
koordinatoru, Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin Layihə İcra Qrupu
Ünvan: Heydər Əliyev prospekti
155, AZ1029, Bakı, Azərbaycan
Tel: +994 12 310 28 00 (daxili: 2227)
E-mail: [email protected]