14 Oktyabr 2026 17:18
213
DÜNYA
A- A+
Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  


 Albaniyanın paytaxtı Tiranada tələbə etirazçıları ilə polis arasında şiddətli toqquşmalar baş verib. Nümayişlər gecəboyu və çərşənbə gününədək  davam edib. Yüzlərlə insan Təhsil Nazirliyinin qarşısında toplaşaraq universitetlərdə şəraitin yaxşılaşdırılması, maliyyə dəstəyinin artırılması və daha yaxşı məşğulluq perspektivləri tələb edib. 

Etirazlar zorakılığa çevrilib, etirazçılar daş atıb, market vitrinlərini sındırıb və biznes əmlakına ziyan vurublar. Polis gözyaşartıcı qaz və su şırnaqları ilə cavab verib.

Çərşənbə günü açıqlanan polis hesabatlarına görə, 23 nəfər saxlanılıb, daha 49 etirazçıya qarşı ittiham irəli sürülüb. 6 polis əməkdaşı və ən azı bir jurnalist yaralanıb. 

Euronyus telekanalı xəbər verir ki, tələbə nümayişləri korrupsiya iddiaları fonunda Baş nazir Edi Ramanın istefasını tələb edən "Flaminqo inqilabı" adlı  hökumət əleyhinə hərəkatın bir hissəsinə çevrilib. 

Narazılar həmçinin ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqəli lüks sahil inkişafı layihəsinin ətraf mühitə potensial mənfi təsirinə etiraz edirlər. C.Kuşnerin layihəsi Zvernek yarımadasını və Albaniyanın cənubundakı  kiçik Sazan adasını əhatə edir. Planlara otellərin, özəl villaların, restoranların və yaxta marinasının tikintisi, eləcə də Sazandakı kilometrlərlə uzunluğunda tunellərin və istehkamların istirahət obyektlərinə çevrilməsi daxildir. Xatırladaq ki, soyuq müharibə və sabiq ölkə başçısı Ənvər Hocanın təcrid rejimi dövründə ada onilliklər ərzində qapalı hərbi baza olmuşdu. Sazan adası və yaxınlıqdakı Karaburun adlı digər yarımada 16 il əvvəl Milli Dəniz Parkı elan edilmişdir.

Rizvan CƏFƏROV



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

Zaman ölçməsində yeni dövr: Sıçrayış saniyələri ləğv edilə bilər  

16:43
14 Oktyabr

Uzaq coğrafiyaları birləşdirən yaxın maraqlar  

16:41
14 Oktyabr

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub  

16:39
14 Oktyabr

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

16:37
14 Oktyabr

Uşaqlarımızın savadlı, vətənpərvər, milli kimliyinə bağlı vətəndaşlar kimi yetişməsi qarşıda duran mühüm vəzifələrdəndir  

16:27
14 Oktyabr

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir  

16:24
14 Oktyabr

“Apple” yeni ağıllı ev cihazlarını təqdim edib

16:21
14 Oktyabr

11 ədəd Starlink peyk antenası yandırılıb

16:06
14 Oktyabr

İpəyə bürünən milli yaddaş: Bakıda kəlağayı bayramı  

16:01
14 Oktyabr

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

15:54
14 Oktyabr

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB 

15:51
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!