ADAU TV-də 900-cü onlayn dərs keçirilib
Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizin digər təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) də ənənəvi təhsil, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı tədbirlər təxirə salınmışdır.
Bu dövr ərzində universitetin potensial imkanlarının səfərbər olunaraq tələbələrə təhsil proqramının mənimsənilməsinin davam etdirilməsi məqsədilə tədris prosesinin məsafədən, o cümlədən ADAU TV internet televiziyası vasitəsilə təşkili qərara alınmışdır.
Ötən il martın 17-dən başlayaraq ADAU TV vasitəsilə keçirilən dərslərin sayı artıq 900-ü üstələmişdir. 900-cü dərs isə universitetin Torpaqşünaslıq fakültəsində keçirilmişdir. Mövzu “Torpaq münbitliyi və onun artırılması yolları” olmuşdur. Qeyd edək ki, ADAU TV-nin YouTube kanalı son bir ay ərzində 10 min nəfərə yaxın izlənmə sayına çatıb ki, bu da günü-gündən artan göstəricilərlə birgə kanalda ümumi 435 saat izlənmə deməkdir. Əldə edilən statistik məlumatlara görə, kanal izləyicilərinin 56,6 faizi 18-24 yaş arasında olanlardır.
2019-cu ilin sentyabr ayından istifadəyə verilmiş ADAU TV internet televiziyası ən müasir avadanlıqlarla təchiz olunduğundan yayımın keyfiyyətində problem yaşanmayıb. “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanan dərslər sonradan ADAU TV-nin Youtube portalında yerləşdirilir ki, bu da dərslərin təkrar dinlənilməsinə və universitetin təkmil videodərslər bazasının formalaşmasına şərait yaradır.
Dərslərin ADAU TV internet televiziyası vasitəsilə keçirilməsinin üstünlüyünü xarakterizə edən ən mühüm cəhətlərdən biri onun ictimaiyyət nümayəndələri, valideynlər, fermerlər, kənd təsərrüfatı istehsalçıları, fərdi təsərrüfat sahibləri üçün açıq olmasıdır ki, bu da tədris prosesinin əmək bazarının tələbləri baxımından qiymətləndirilməsinə böyük imkanlar yaradır. Hazırda hər biri 60 dəqiqə olmaqla gün ərzində 3 dərs keçirilir və cədvəllərin tərtibində tələbələrin rəyləri, təklifləri nəzərə alınır. Təhsil proqramlarının bölmələrinə uyğun olaraq dərslər Azərbaycan, rus və ingilis dillərində aparılır.
Bundan başqa, universitetdə təhsil proqramlarının məsafədən mənimsənilməsi məqsədilə tədris materiallarının tələbələrə elektron formada çatdırılması, fənlərin xarakteri və tələbələrin istəyindən asılı olaraq müxtəlif üsullardan, o cümlədən Microsoft Teams proqramından istifadə edilməsi yolu ilə də təmin edilir.
Qeyd edək ki, tədrisin məsafədən təşkili bakalavriat səviyyəsi ilə bərabər, magistratura səviyyəsində təhsil alan tələbələri də əhatə edir.
Sabir ƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!