ABŞ matəm içindədir
ABŞ Prezidenti Co Bayden koronavirus pandemiyası qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ölkədə beşgünlük matəm elan edilməsi haqqında fərman imzalamışdır. Dövlət başçısı federal və hərbi obyektlərdə bayraqların endirilməsi barədə sərəncam vermişdir. Ölkədə əyləncə tədbirləri də təxirə salınmışdır.
Yeni tip koronavirus pandemiyası başlayandan bəri COVID-19 ABŞ-da 500 min nəfərdən çox adamın ölümünə səbəb olmuşdur. Cons Hopkins Universitetinin verdiyi məlumata görə, hazırda ölkədə koronavirus infeksiyası üzündən 500 159 ölüm faktı qeydə alınmışdır. “Assoşieyted Press” agentliyi qeyd edir ki, bu, ABŞ-ın üç müharibə - İkinci Dünya müharibəsi, Koreya müharibəsi və Vyetnam müharibəsi zamanı itirdiyi əsgərlərin sayından çoxdur.
Rəsmi məlumata görə, ABŞ koronavirus xəstələrinin qeydə alındığı ölüm hallarının sayına görə dünyada birinci yeri tutur: dünyada qeydə alınmış 2,5 milyon ölüm halının təxminən 20 faizi bu ölkənin payına düşür. Özü də Amerika mediası qeyd edir ki, ABŞ-da COVID-19-dan ölənlərin həqiqi sayı rəsmi rəqəmdən xeyli yüksək ola bilər.
Matəmlə əlaqədar Prezident Bayden Ağ evdə çıxış edərək vətəndaşları pandemiyaya qarşı mübarizədə sayıqlığı qoruyub saxlamağa, maska taxmağa, sosial məsafəyə riayət etməyə və növbə gəldikdə peyvənd etdirməyə çağırmışdır. O qeyd etmişdir ki, “biz ailələri, cəmiyyəti və ölkəni parçalayan dərin siyasi ixtilaflara son qoymalıyıq, çünki bu onsuz da çox adamın həyatı bahasına başa gəlmişdir”. Prezident vurğulamışdır ki, “biz vahid xalq, Amerika Birləşmiş Ştatları olaraq pandemiya ilə birlikdə mübarizə aparmalıyıq - biz bu virusu yalnız belə məğlub edərik”.
Çıxışından sonra Prezident Bayden, vitse-prezident Kamala Harris, birinci xanım Cill Bayden və ikinci centlmen Daq Emhoff Ağ evdə pandemiya qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!