22 Avqust 2026 09:00
446
DÜNYA
A- A+
ABŞ-İran müharibəsi səbəbindən dünya 2,6 milyard barel neft itirib

ABŞ-İran müharibəsi səbəbindən dünya 2,6 milyard barel neft itirib


Məlum səbəbdən Avropanın Rusiyaya qarşı tətbiq etdiyi və artıq sayı itirilən sanksiyaları "qoca qitə"nin öz iqtisadiyyatına da təsirsiz ötüşmədi. Şimal qonşumuzdan aldığı ucuz neft və qaz Avropa iqtisadiyyatının dinamik inkişafını təmin edirdi. İndi "qoca qitə" özünün neftə, xüsusən də qaza olan tələbatı ödəmək üçün onları Amerikadan baha qiymətə almağa məcburdur.

Məlum olduğu kimi, Avropanın iqtisadi lideri Almaniyadır. Bu qitədə istehsal olunan ÜDM-in önəmli hissəsi bu ölkənin payına düşür. Almaniya iqtisadiyyatının mühüm hissəsini ağır maşınqayırma təşkil edir. Bu sahənin inkişafı isə təbii qazla birbaşa bağlıdır. O üzdən alternativ mənbələrdən baha qiymətə alınan təbii qaz alman iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Özü də belə vəziyyətə düşən təkcə Almaniya deyil, qitənin Rusiyaya qarşı sanksiyalara qoşulmuş bütün ölkələri yaranmış həmin çətinlik üzündən iqtisadi artıma nail ola bilmirlər. Dünyanın tanınmış mütəxəssisləri hesab edirlər ki,  artıq Avropa qlobal iqtisadi və siyasi güc olmaqdan çıxmaq üzrədir.

Dünya iqtisadiyyatı ən böyük zərbəni isə ABŞ-İran müharibəsinin başlanmasından sonra aldı. Gah alovlanan, gah da kövrələn həmin savaş səbəbindən dünya bazarında neft və təbii qazın qiymətləri kəskin şəkildə bahalaşıb. Artan  qiymətlər üzündən dünyada enerji daşıyıcılarının tədarükü xeyli azalıb və bu səbəbdən dünyanın bir çox neft ölkəsi istehsalı məhdudlaşdırmaq məcburiyyətində qalıb.

Beynəlxalq Enerji Agentliyi (BEA, IEA) 2026-cı ildə gündəlik qlobal neft tələbatının 1,6 milyon barelə yaxın azalacağını proqnozlaşdırır. Agentlik cari il üzrə gündəlik qlobal neft tələbinə dair proqnozunu öncəki gözləntisi ilə müqayisədə 510 min barel azaldıb. Xatırladaq ki, BEA iyul ayında 2026-cı ildə gündəlik qlobal neft tələbinin 1,047 milyon barel azalacağını proqnozlaşdırmışdı.

Hesabata əsasən, cari il gündəlik qlobal neft tələbatı 103,288 milyon barel təşkil edəcək, halbuki ötən il bu göstərici 104,844 milyon barel olmuşdu. Bundan başqa, BEA 2027-ci ildə gündəlik qlobal neft tələbatının 105,7 milyon barelə çatacağını gözləyir.

Agentlik gündəlik qlobal neft tələbinin azalmasını Hörmüz boğazının bağlanmasının davam etməsi və yüksək neft qiymətlərinin neft istehlakını məhdudlaşdırması ilə əlaqələndirir.

Bu müharibənin özünəməxsusluğun bir səbəbi də deyilən hər sözün neft-qaz qiymətlərinə təsir göstərməsidir. Tərəflərdən biri Hörmüz boğazı ilə  bağlı hədə dolu bəyanat verən kimi müəyyən qədər enməkdə olan enerji resurslarının qiyməti anındaca bahalaşır. O səbəbdən alıcılar bazarın nəbzini tuta bilmirlər. Uzağa getməyək.

Bu yaxınlarda ABŞ-nin İranı qeyri-müəyyən müddətə dəniz blokadasına almaqla hədələməsi neftin qiymətinin artmasına səbəb oldu. Çünki dünyanın mühüm neft nəqli marşrutlarından biri olan bu boğazda hər hansı uzunmüddətli gərginlik qlobal bazarda neft tədarükünün pozulması riskini yaradır. 

BEA-nın qiymətləndirməsinə görə, iyul ayında dünyada gündəlik neft təklifi 2,4 milyon barel artaraq 101,5 milyon barelə çatıb. Buna Fars körfəzi ölkələrinin neft hasilatını bərpa etməsi səbəb olub. Ancaq belə hal müvəqqətidir. Hərbi əməliyyatlar yenidən başlasa, körfəz ölkələrinin neft infrastrukturu atəşə məruz qalsa, hasilat yenə də azalacaq. 

ABŞ və İran arasında müharibənin başlaması səbəbindən dünya 2,6 milyard barel neft itirib. Belə hal 1979-cu il İran inqilabının nəticələri istisna olmaqla, ümumi həcm baxımından tarixdə ən böyük neft tədarükü pozuntusudur. Mütəxəssislərin hesablamalarına görə, neftin itirilmiş həcmi dünya üzrə təxminən 25 günlük istehlaka bərabərdir. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

21:44
22 Avqust

Premyer Liqa: "Qəbələ" öz meydanında "Şəfa"ya uduzub

20:41
22 Avqust

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və strateji müttəfiqlik münasibətləri daha da möhkəmlənir

20:32
22 Avqust

Almaniya Ukraynaya 60 milyon avro dəyərində yardım göstərəcək

19:49
22 Avqust

Robot 100 metr məsafəyə qaçışda Usain Boltun rekordunu qırıb

17:37
22 Avqust

Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

16:27
22 Avqust

“Met Office”dən xəbərdarlıq: Güclü El-Nino qlobal temperaturu yüksəldəcək

15:49
22 Avqust

Böyük Britaniya miqrantların ölkələrinə könüllü qayıdışı üçün təxminən 40 milyon funt sterlinq xərcləyib

15:29
22 Avqust

Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək

14:51
22 Avqust

Azərbaycan neftinin qiyməti 97 dollar olub

13:42
22 Avqust

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır

13:20
22 Avqust

Sabaha olan hava proqnozu açıqlanıb

12:57
22 Avqust

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb

12:49
22 Avqust

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

11:43
22 Avqust

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb  

11:19
22 Avqust

Xəzər dənizində zəlzələ baş verib

11:18
22 Avqust

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək  

11:16
22 Avqust

Azərbaycan və Özbəkistan çoxvektorlu siyasəti dəstəkləyir

11:09
22 Avqust

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb  

10:58
22 Avqust

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib  

10:29
22 Avqust

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

10:23
22 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!