2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 yanvar 2020-ci il tarixli 17 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
QƏRAR № 10/65
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Abbasov Rauf Çərkəz oğlu 14 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 10 yanvar 2020-ci il tarixli 32/132 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və pozulmuş hüquqlarının bərpa olunaraq namizədliyinin qeydə alınmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.
Namizəd R.Ç.Abbasov müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə dairə seçki komissiyası müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyini qeydə almamışdır.
Namizəd R.Ç.Abbasovun müraciəti ilə əlaqədar dairə seçki komissiyasından tələb edilərək alınan müvafiq sənədlər araşdırılmışdır. Müəyyən edilmişdir ki, namizədliyin qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyasının 10 yanvar 2020-ci il tarixli 32/132 saylı qərarında imtinanın əsası göstərilməsə də, həmin qərarın qəbul edilməsi üçün əsas olmuş İşçi qrupunun 9 yanvar 2020-ci il tarixli Rəyindən görünür ki, namizəd tərəfindən təqdim edilmiş 10 imza vərəqəsindəki 500 imzadan 64-ü etibarsız hesab edilmiş, nəticədə onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Araşdırma prosesində Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən İşçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 15 yanvar 2020-ci il tarixli protokol və rəylərdən görünür ki, namizəd R.Ç.Abbasovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır.
Belə ki, namizəd tərəfindən toplanılmış 500 seçici imzasından 459-u etibarlı hesab edilmişdir ki, bu da namizədin qeydə alınması üçün kifayət edir. Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisindən seçicilərin azı 450 imzası toplanılmalıdır.
Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
Beləliklə, aparılan araşdırmanın nəticələrinə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, dairə seçki komissiyasının R.Ç.Abbasovun namizəd kimi qeydə alınmasından imtinaya dair 10 yanvar 2020-ci il tarixli 32/132 saylı qərarı ləğv edilməli və o, həmin seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas gətirərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Abbasov Rauf Çərkəz oğlunun 14 yanvar 2020-ci il tarixli 17 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, onun namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının 10 yanvar 2020-ci il tarixli 32/132 saylı qərarı ləğv edilsin.
2. 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Abbasov Rauf Çərkəz oğlunun həmin seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
15.01.2020-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
27 Aprel
Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib...
27 Aprel
ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib
27 Aprel
“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimat mərasimi keçirilib...
27 Aprel
Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PAU-sı vurulub
27 Aprel
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
27 Aprel
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!