17 Noyabr 2026 15:19
134
CƏMİYYƏT
A- A+
Zəfəran mövsümü: yığımın optimal vaxtı və keyfiyyətə təsir edən amillər

Zəfəran mövsümü: yığımın optimal vaxtı və keyfiyyətə təsir edən amillər


Zəfəran dünyanın ən qiymətli ədviyyat bitkilərindən biri olmaqla, həm qida sənayesində, həm də farmakologiya və kosmetologiyada geniş istifadə potensialına malikdir. Onun keyfiyyəti yalnız yetişdirilmə şəraitindən deyil, həm də çiçəklərin yığılma vaxtından, qurudulma texnologiyasından və saxlanma qaydalarından asılıdır. Azərbaycanda zəfəranın çiçəkləmə və yığım mövsümü oktyabr ayının ikinci yarısından başlayaraq noyabrın sonunadək davam edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Mərkəzləşdirilmiş eksperimental laboratoriyasının əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Rəsulova söyləyib.

Alim “Zəfəran bitkisinin duzlu şəraitdə məhsuldarlığının öyrənilməsi” mövzusunda tədqiqat aparır. Tədqiqat zəfəran bitkisinin müxtəlif duzluluq şəraitində məhsuldarlıq xüsusiyyətlərinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Duzluluq bitkilərdə su və mineral maddələrin mənimsənilməsinə, fizioloji proseslərə, böyümə və inkişaf göstəricilərinə təsir edən mühüm ekoloji amillərdəndir. Bu baxımdan zəfəranın duzlu mühitə reaksiyasının araşdırılması onun becərilmə imkanlarının və məhsuldarlığının elmi əsaslarla qiymətləndirilməsinə töhfə verə bilər.

O bildirib ki, zəfəran yığımı hava şəraitindən, xüsusilə yağıntıların miqdarından və günəşli günlərin sayından asılıdır. Yağışlı havalarda zəfəran çiçəklərinin açılması çətinləşir, günəşli və əlverişli hava şəraiti isə çiçəklənməyə və məhsulun keyfiyyətinə müsbət təsir göstərir. Zəfəranın keyfiyyətini müəyyən edən əsas amillər iqlim, torpaq və becərilmə şəraitidir. Bu baxımdan Abşeron yarımadasında, xüsusilə Bilgəh ərazisində yetişdirilən zəfəran diqqəti cəlb edir. Həmin ərazinin torpaqları dəniz mənşəli çöküntülərlə zəngin olduğundan tərkibindəki mikro və makroelementlər bitkinin mineral qidalanmasına və kimyəvi tərkibinin formalaşmasına təsir göstərir. Zəfəranın bioloji və iqtisadi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri onun kimyəvi tərkibidir. Bitkinin əsas bioloji aktiv komponentləri sırasında krokin, krosetin, pikrokrokin və safranal xüsusi yer tutur. Krokin zəfərana xarakterik rəng verən karotinoid mənşəli piqmentlər qrupuna daxildir. Pikrokrokin onun acı dad xüsusiyyətinin, safranal isə özünəməxsus ətrinin formalaşmasında iştirak edir. Bu maddələrin miqdarı zəfəranın keyfiyyət göstəricilərinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır.

Sədaqət Rəsulova bildirib ki, zəfəran güclü antioksidant xüsusiyyətlərə malik bitkidir. Onun tərkibindəki bioloji aktiv maddələr oksidləşdirici proseslərə qarşı təsirləri ilə seçilir. Bilgəh şəraitində becərilən zəfəranın tərkibində selen elementinin yüksək olması da məhsulun qiymətli xüsusiyyətlərindən biridir. Selen insan orqanizmində antioksidant müdafiə sisteminin fəaliyyətində iştirak edən mühüm mikroelementdir. Yığımdan sonra zəfəran tellərinin düzgün qurudulması və saxlanılması da məhsulun keyfiyyətinə birbaşa təsir göstərir. Məhsul işıqdan qorunan, qaranlıq və rütubət səviyyəsinə nəzarət edilən şəraitdə saxlanmalıdır. Həddindən artıq quruma zəfəran tellərinin fiziki xüsusiyyətlərinə, uyğun olmayan saxlanma şəraiti isə tərkibindəki uçucu və bioloji aktiv maddələrin sabitliyinə mənfi təsir göstərə bilər.

Mütəxəssis əlavə edib ki, zəfəranın keyfiyyətini yalnız xarici görünüşünə, morfoloji və fizioloji göstəricilərinə əsasən tam dəqiqliklə müəyyənləşdirmək mümkün deyil. Məhsulun obyektiv qiymətləndirilməsi üçün kimyəvi analizlərin aparılması vacibdir. Laborator müayinələr vasitəsilə zəfəranın rəngverici, dad və ətirverici komponentlərinin miqdarı, eləcə də digər keyfiyyət göstəriciləri müəyyən edilə bilər. Zəfəranın becərilmə şəraitinin, məhsuldarlıq göstəricilərinin və biokimyəvi xüsusiyyətlərinin elmi əsaslarla öyrənilməsi ölkəmizdə bu qiymətli bitkinin istehsal imkanlarının genişləndirilməsi, yerli məhsulun keyfiyyətinin qorunması və rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSMF respublika üzrə birdəfəlik müavinətlərin ödənişini başa çatdırıb  

16:06
17 Noyabr

Kiberhücumçular qlobal veb-saytlara zərərli kod yeridiblər  

16:00
17 Noyabr

Anar Əliyev: Dövlət və icmal büdcə layihələri gələn il də öz sosialyönümlülüyünü saxlayacaq

15:41
17 Noyabr

Sergey Lavrov: Rusiya-ABŞ-Çin sammitinin gündəliyi formalaşdırılıb

15:32
17 Noyabr

Zəfəran mövsümü: yığımın optimal vaxtı və keyfiyyətə təsir edən amillər

15:19
17 Noyabr

Soltanlı kəndində daha 17 ailəyə evlərinin açarları təqdim olunub  

15:15
17 Noyabr

Alimlərin yeni ixtirası neft hasilatını 3 dəfə artırır  

14:54
17 Noyabr

Nazir Rəşad Nəbiyev Sabirabadda vətəndaşlarla görüşüb

14:49
17 Noyabr

Xalqımız müstəqillik uğrunda çətin, keşməkeşli və şərəfli yol keçib

14:27
17 Noyabr

2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək  

14:16
17 Noyabr

Xocavənddə daha 48 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:56
17 Noyabr

Alman ekspert: Azərbaycan iqtisadi və geosiyasi baxımdan Aİ üçün vacib ölkəyə çevrilib  

13:03
17 Noyabr

Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqləyib 

12:47
17 Noyabr

Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub

12:36
17 Noyabr

İrlandiyalı boksçu 3 aylıq komadan sonra vəfat edib  

12:29
17 Noyabr

Sabahın hava proqnozu açıqlanıb 

12:16
17 Noyabr

DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub

12:07
17 Noyabr

Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır 

12:03
17 Noyabr

Böyük Britaniya səfiri: Strateji Tərəfdaşlıq təhsil və elm sahəsində əlaqələri daha da gücləndirəcək

12:01
17 Noyabr

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

12:00
17 Noyabr

Anemiya ilə mübarizədə xalq təbabətinin unudulmuş reseptləri

11:54
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!