27 Oktyabr 2023 09:00
6749
SİYASƏT
A- A+
Zəfər bayrağı

Zəfər bayrağı

 

İlham Əliyev milli rəmzimizi bütün Azərbaycan ərazisində qürurla dalğalandırır

 

"Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi".
20 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, tam müstəqil siyasəti ilə dünyada etibarlı tərəfdaş statusunu qazanan, ən nahayət, 200 illik erməni xülyasını məhv edən İlham Əliyev Xankəndidə bayrağımızı ucaldanda bir daha 2003-cü il oktyabr ayının 31-də Prezident kimi Azərbaycan xalqı qarşısında içdiyi andı xatırladı.  Həmin zaman hər bir azərbaycanlının Prezidenti olacağına və nəyin bahasına olur-olsun işğal altında olan torpaqlarımızın azad ediləcəyinə söz verən İlham Əliyev  xalqının ən böyük arzusunu gerçəkləşdirdi. 
Dövlət başçısının təbirincə desək, 30 illik işğal dövründə bəziləri, xüsusilə xaricdəki dairələr Azərbaycanın mövcud durumla artıq barışdığını, xalqın illər keçdikcə öz torpaqlarını unudacağını, gənc nəslin isə ümumiyyətlə, tam başqa tərzdə tərbiyə alacağını zənn edirdilər. Yəni qloballaşan dünya haqqında bir çox fərziyyə irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda siyasi müstəvidə olanlar anlaya bilmirdilər ki, Azərbaycan xalqının doğma diyarına sevgisi ölməzdir, tükənməzdir. Bu xalq 30 ildə məşəqqətlər yaşasa da, ağrı-acılar çəksə də, bir gün belə doğma yurdu ilə bağlı unutqanlıq hissi keçirmədi. 20 il öncə etimad mandatı verərək özünə Prezident seçdiyi İlham Əliyevə inandı, güvəndi və səbirlə gözlədi. Sözü imzası qədər keçərli olan Azərbaycan Prezidenti tam müstəqil siyasəti ilə 20 ildə Ermənistanı dünyada işğalçı dövlət kimi tanıda bildi. Bununla bağlı beynəlxalq təşkilatlarda qətnamələrin, bəyanatların qəbul olunmasına nail oldu. Amma işğalçının havadarları imkan vermədilər ki, münaqişə sülh yolu ilə tənzimlənsin və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarsın.
Əlbəttə ki, İlham Əliyev bütün bunları görürdü və yaxşı bilirdi ki, işğalçı ölkə keçmiş status-kvonu qorumaq üçün havadarlarından aldığı tapşırıqların icrasını təmin edir. Keçmiş münaqişənin həlli istiqaməti üzrə yaradılan ATƏT-in tarixin arxivinə göndərilən Minsk qrupunun da xristian təəssübkeşliyi ikili standartların tətbiqini şərtləndirirdi. 
Məhz uzaqgörən Lider kimi İlham Əliyev ordumuzun gücünü gündən-günə artırdı. Ən müasir silahlar alındı, gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsi istiqamətində çox mühüm işlər görüldü.  Zaman yetişdi, Azərbaycanın səbir kasası daşdı və 2020-ci ildə Vətən müharibəsində İlham Əliyevin "dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü. 
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi. 
Məğlub Ermənistan sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirərək vaxt istədi. Amma yenə də erməni məkri özünü büruzə verdi. Havadarlarına arxalanan Ermənistan həm sülh müqaviləsi imzalamaqdan boyun qaçırır, həm də Qarabağdakı separatçıları silahlandırır, keçmiş qondarma "Dağlıq Qarabağ Respublikası"na dəstək olurdu. Azərbaycan Prezidentinin dəfələrlə separatçılara xəbərdarlıq etməsinə baxmayaraq, separatçı dəstələr tez-tez hərbi təxribatlar törədirdilər. 
Nəhayət, bu il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri keçirərək separatçıları 23 saat ərzində məhv etdi. Bunun ardınca qondarma qurum ləğv edildi və oktyabrın 15-də tariximizdə daha bir şanlı səhifə açıldı. 
Xalqın İlham Əliyevi 20 il öncə Prezident seçdiyi gün - oktyabrın 15-də Müzəffər Ali Baş Komandan bayrağımızı Xankəndidə, Xocalıda, Xocavənd şəhərində dalğalandırdı. Bununlıa da Azərbaycanın suverenliyi tam təmin edildi.
Xanın kəndində bayrağımızı ucaldan İlham Əliyev xalqa müraciətində dedi: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Bu gün bütün Azərbaycan ərazilərində üçrəngli bayrağımız qürurla dalğalanmaqdadır. Suverenliyini tam təmin etmiş Azərbaycan İlham Əliyevlə daha möhtəşəm zəfərlərə doğru inamla addımlayır. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!