05 Dekabr 2025 10:05
2743
Elm və texnika
A- A+
“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb


Dekabrın 4-də akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkil etdiyi konfrans görkəmli kimyaçı-alimin, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademikin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsinə həsr olunub.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Ümummilli Liderin və görkəmli oftalmoloq-alimin məzarları önünə əklil və gül dəstələri qoyulub, onların əziz xatirələri ehtiramla yad edilib.

Sonra akademik Yusif Məmmədəliyevin məzarı ziyarət edilib, xatirəsi ehtiramla anılıb.

AMEA-nın Rəyasət Heyətinin binasında keçirilən açılış mərasimindən öncə tədbir iştirakçıları akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr edilmiş fotosərgi ilə tanış olublar.

Mərasimin rəsmi açılış hissəsində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Yusif Məmmədəliyevin elmi irsi bu gün kimya sənayesində, elmi-tədqiqat müəssisələrində və ali təhsil proqramlarında geniş şəkildə tətbiq olunur.

Elm və Təhsil Nazirliyinin elmin populyarlaşdırılması, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, geniş tədqiqatçı kütləsinin dəstəklənməsi istiqamətində ardıcıl addımlar atdığını vurğulayan Emin Əmrullayev qeyd edib ki, bu çərçivədə akademik Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə elm və təhsil müəssisələrində ölkə ictimaiyyətinə, alimlərə və tələbələrə onun həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verən tədbirlər təşkil olunur, tələbələrə müvafiq mövzular üzrə tədqiqat tapşırıqları verilir.

O, Yusif Məmmədəliyev adına müxtəlif tədqiqat qrantlarının, təqaüdlərin və gənc alimləri dəstəkləyən digər alətlərin hazırlanmasının həmin irsin davamlı şəkildə yaşadılmasına mühüm töhfə olacağını qeyd edib.

Nazirin sözlərinə görə, gələcəkdə həm Azərbaycandan, həm də xarici ölkələrdən olan gənc alimlər üçün təqaüdlərin və müxtəlif “fellowship” proqramlarının təsis edilməsi Yusif Məmmədəliyev adının yeni nəslə daha düzgün formada çatdırılmasına, eləcə də dünya səviyyəsində istiqamətverici elmi təşəbbüslərin formalaşmasına şərait yaradacaq.

Emin Əmrullayev vurğulayıb ki, növbəti ildən başlayaraq Yusif Məmmədəliyev adına kimya olimpiadasının keçirilməsi planlaşdırılır. Olimpiada həm Azərbaycan, həm də region ölkələrinin şagirdlərini əhatə edəcək və bu, olduqca vacib təşəbbüsdür.

Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademik Yusif Məmmədəliyevin elmi irsinin dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirildiyini deyib. O, Ümummilli Lider Heydər Əliyevin alimin heykəlinin açılışında iştirak etdiyini, Prezident İlham Əliyevin isə akademikin 120 illik yubileyi ilə bağlı Sərəncamında onu Azərbaycan elminin yetirdiyi parlaq sima və Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alim kimi səciyyələndirdiyini vurğulayıb.

“Yusif Məmmədəliyev Azərbaycanın elm tarixinə neft kimya məktəbinin banisi olaraq düşüb. Yusif Məmmədəliyev ilk dəfə neft qazlarının xlorlaşması, alınan halogenli birləşmələrin müxtəlif sahələrdə istifadəsi, halogenləşmə prosesləri ilə bağlı mühüm tədqiqatlar aparıb. Yüksəkoktanlı aviasiya yanacağını kəşf edib ki, bu da SSRİ-nin İkinci Dünya müharibəsində qələbə əldə etməsində tarixi rol oynayıb. Həmçinin neft kimyası və neft emalında alkilləşmə ilə bağlı mühüm elmi nailiyyətlər əldə etmişdir. Bundan əlavə, Yusif Məmmədəliyev Naftalan neftinin sirlərini açmış, onun mahiyyətini elmi əsaslarla işləmişdir ki, insanlarımız bu gün də görkəmli alimimizin nailiyyəti əsasında Naftalan Sağlamlıq Mərkəzində müalicə olunurlar”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Akademik Yusif Məmmədəliyevin ölkəmizdə humanitar və ictimai elmlərin, Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin də inkişafında müstəsna xidmətləri olduğunu söyləyən akademik İsa Həbibbəyli bildirib ki, görkəmli alim AMEA-nın prezidenti kimi daim bu sahələrdə tədqiqatların aparılması və genişləndirilməsinə rəhbərlik edib. Həmin dövrdə Əlyazmalar Fondu, Şamaxı Astrofizika Rəsədxanası yaradılıb, Qobustan abidələrinə, “Kitabi-Dədə Qorqud” dastanına dair mühüm tədqiqatlar aparılıb.

Akademik İsa Həbibbəyli bildirib ki, həm akademik Yusif Məmmədəliyevin, həm də akademik Mustafa Topçubaşovun elmi nailiyyətləri həmin dövrdə Nobel mükafatına namizəd kimi irəli sürülsə də, sovet rəhbərliyinin bu mükafata soyuq münasibəti bunun qarşısını alıb.

Çıxışının sonunda akademik İsa Həbibbəyli görkəmli alimin zəngin elmi irsinin, ixtiralarının bu gün də gənc kadrların hazırlanmasına, onların gələcək fəaliyyətinə stimul verdiyini söyləyib.

Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov akademik Yusif Məmmədəliyevin həyatı barədə maraqlı məqamları konfrans iştirakçılarının diqqətinə çatdırıb. Yusif Məmmədəliyevin mədəniyyətə bütün ruhu və varlığı ilə bağlı bir insan olduğunu deyən Rafael Hüseynov akademikin Bülbül, Səməd Vurğun, Üzeyir Hacıbəyli kimi böyük mədəniyyət xadimləri ilə dostluq münasibətlərindən danışıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev bildirib ki, Azərbaycanın ictimai və intellektual mühitində akademik Yusif Məmmədəliyevin timsalında onlarla, bəlkə də, yüzlərlə dünyaşöhrətli alim yetişir və Azərbaycan xalqı artıq dünyanın elm mərkəzlərindən birinə çevrilir. Azərbaycan xalqının elm və tərəqqi yolu ilə irəliləməsində akademik Yusif Məmmədəliyevin qoyduğu parlaq ideyaların xüsusi rolunu vurğulayan Şahin Mustafayev qeyd edib ki, bu yolda Beynəlxalq Türk Akademiyası həm Azərbaycan elminin, həm də Türk dünyasının, türk xalqlarının, türk dövlətlərinin elminin inkişafına öz töhfəsini verməyə hazırdır.

AMEA-nın müxbir üzvü, akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva Ulu Öndər Heydər Əliyev tərəfindən alimin xidmətlərinin hər zaman yüksək dəyərləndirildiyini, bu gün də Prezident İlham Əliyev tərəfindən akademikin xatirəsi və irsinə daim həssas münasibət göstərildiyini xüsusi vurğulayıb. Sevda Məmmədəliyeva Yusif Məmmədəliyevin xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. O, yubiley konfransının bütün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, Yusif Məmmədəliyevin həyat yolu həm bir ideya, həm bir məktəb, həm də bir dəyər kimi yaşayır. Bu gün yüzlərlə alim, yüzlərlə təlim bu məktəbin davamçısıdır.

Konfrans çərçivəsində ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və UNESCO-nun baş direktorunun müavini Lidiya Britonun videomüraciəti dinlənilib.

Çıxışlardan sonra akademik Yusif Məmmədəliyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş edilib.

Daha sonra bir sıra yerli və xarici alimlər “AMEA-nın Yusif Məmmədəliyev döş nişanı” və “AMEA-80” döş nişanı ilə təltif ediliblər.

Beynəlxalq konfransda “Yusif Məmmədəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti: Azərbaycan və dünya elminin inkişafına verilmiş töhfə”, “Kimya elmində müasir çağırışlar: varislik və innovasiyalar” və “Elmi irs və gələcəyin üfüqləri” mövzularında panel sessiyaları keçirilib.

Konfrans işini sabah davam etdirəcək. Naxçıvanda akademikin abidəsinə, həmçinin Yusif Məmmədəliyevin ev-muzeyinə ziyarət nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:25
24 Yanvar

Rusiya-Ukrayna: savaş masaya keçir?

09:20
24 Yanvar

İctimai xadim, yazıçı və pedaqoq

09:15
24 Yanvar

Elmdə iz qoyan alim 

09:10
24 Yanvar

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

Azərbaycan qlobal müstəvidə mövqelərini daha da möhkəmləndirir

08:20
24 Yanvar

İlham Əliyev Davos forumunda Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirdi

08:15
24 Yanvar

Azərbaycan qlobal siyasi və iqtisadi proseslərə təsir göstərən dövlətdir

08:10
24 Yanvar

Sülh və qayıdış 

08:05
24 Yanvar

Azərbaycan-ABŞ əlaqələri strateji tərəfdaşlığa əsaslanır

08:00
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!