28 Aprel 2023 09:00
1230
Səhiyyə
A- A+
Yüksək əqidə

Yüksək əqidə

 

(Həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı)

 

Dünyada ən qiymətli nemət sağlamlıqdır deyirlər!
Və bəzən biz bunu sağlamlığımızı itirdikdən sonra dərindən dərk edirik.
El-oba, xalq üçün gərəkli insanlar da belədir!
Onları itirdikdən sonra yerləri boş qalır, gözlərimiz daim axtarır-arayır...
Akademik Zərifə xanım Əliyeva xalqımızın qəlbində özünə yurd salmış gərəkli, fədakar, həm də təvazökar insanlardandır.
Ömrünü-gününü təkcə ailəsinə, övladlarına deyil, həm də insanların sağlamlığına həsr etmişdir.
İnsanların gözünə nur, ürəklərə işıq bəxş edərdi...
Bir alim kimi daim arayıb-axtarmış, Azərbaycan üçün xarakterik sayılan göz xəstəliklərinin müalicəsi üçün uzun illər tədqiqatlar aparmış, üsul və vasitələr tapmışdır.
Zərifə xanım Əliyevanın həm də özünəməxsus həkim fəlsəfəsi, xəstələrə yanaşma metodu, prinsipləri olmuşdur.
Bütün bunları o, qələmə aldığı "Yüksək əqidə"  kitabında həssaslıqla əks etdirmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə bu il həm də akademik Zərifə xanım Əliyevanın yüz illik yubileyi qeyd olunacaqdır.
Şanlı yubiley ərəfəsində akademik Zərifə xanım Əliyevanın "Yüksək əqidə" (həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı) kitabından parçaları dərc edir, onun əziz və unudulmaz xatirəsini ehtiramla anırıq.
Bütün sənətlər yaxşıdır, lakin insanlara ən yaxını həkimlik sənətidir.
M.A.Kasirskinin müdrik anlayışına görə, "Gənc həkim həyatda əsasən iki - müvəffəq və qeyri-müvəffəq imtahan verir". Birinci - özündən razılıq, ikinci isə ruh düş- günlüyü təhlükəlidir. Bu imtahanların qarşısında durmaq, öhdəsindən gəlmək həkimin insani şəxsiyyətindən, mənəvi-etik tərbiyəsinin miqyasından asılıdır. Bu deyilənlərə əlavə etmək olar ki, tək gənc həkimlər belə imtahandan keçmirlər. Həyat, hətta təcrübəli, mənəviyyatı davamlı olanları da daima imtahan edir. Bu imtahan hər gün, hər saat olur. Bu imtahandan müvəffəq çıxmaq üçün gərək yüksək və möhkəm daxili mənəviyyata, dərin və hərtərəfli biliyə, qüvvəli xasiyyətə və insanı böyük ürəklə sevməyə qadir olasan.
Həkim etikasının elementar qaydalarını tapdalayanda müəyyən "yatrogennıe" adlanan xəstəlik başlaya bilər. Bu, çox vaxt yüksək hissiyyatı olan insanlarda baş verir. Bunun səbəbi odur ki, həkim xəstəliyin nəticəsi haqqında lazım olmayan izahatlar verir, xəstə bilir ki, bu diaqnozla onların "axırı yaxşı qurtarmır". Yatrogen xəstəlik əsas xəstəliyin üzərinə əlavə olaraq ümumi vəziyyəti ağırlaşdıran yeni patoloji simptomların inkişaf etməsinə və ümumi vəziyyətin ağırlaşmasına səbəb olur. Belə bir hadisə məlumdur ki, onda stenokardiya var. Bir neçə gündən sonra xəstə ağır vəziyyətdə xəstəxanaya düşür. Bir neçə gündən sonra aydınlaşıb ki, ona elə gəlib ki, köksündə həqiqətən əqrəb oturub.
Həkimin ehtiyatsızlıqla söylədiyi fikir xəstəyə olduqca zərərli təsir göstərir. Elə bu, bizim fıkrimizcə, tamamilə "yatrogen" termininə uyğun həkimin fikirləşmədən, ehtiyatsızlıqla söylədiyi sözün insana zərərli təsiridir.
Təsadüfi deyil ki, 40 əsr öncə İran həkimləri söyləyirdi ki, üç müalicə üsulundan biri olan söz, onlardan hazırlanmış dərmanlar və bıçaq ilə bir cərgədədir.
XIX əsrdə yaşamış məşhur rus klinsisti M. Y. Mudrov elan etmişdi ki, "Elə ruhi dərmanlar var ki, psixologiyadan və əksərən müdrik elmdən götürülüb bütün bədəni müalicə edir. Söz ustalığı ilə qəmginə təsəlli verərsən, insanın hirsini yumşaldarsan, səbrsizi sakitləşdirərsən, qudurmuşu dayandırarsan, həyasızı qorxuzarsan, fağırı cəsarətli edərsən, gizli söz saxlayanın ürəyini açarsan, özündən çıxanı xeyirxah edərsən. Söz ustalığı ilə insanlara xəstəliyə qalib gəlmək üçün onların iradəsini, ruhunu möhkəmləndirici, ümidini artıncı xəbərlər verirsiniz.
Lakin müalicə prosesi əsasında sözün mahiyyəti empirik xarakter daşıyır. Məşhur alim M.P.Pavlov sözün mahiyyətini çox yaxşı əsaslandırıb: "İnsan üçün söz real qıcıqdır, özü də bu, elə hərtərəfli, böyük həcmdir ki, heç bir ayrı qıcıq ilə müqayisə olunmaz... Yetkin adamların həyatı boyu bütün daxili və xarici qıcıqlar beyinin böyük yarımkürələrinə gələn qıcıqlar ilə əlaqəlidir. Söz də adi qıcıqlar kimi orqanizmdə reaksiya əmələ gətirir".
Biz hamımız öz şəxsi təcrübəmizdən yaxşı bilirik, xəstə həkimin hər sözünü acgözlüklə dinləyir. Eyni zamanda bunu da bilirik ki, xəstənin yanında tibbi termin işlədilməsi onun əhvalının pozulmasına səbəb ola bilər. Həkimin ehtiyatsız söylədiyi söz xəstəliyə gətirib çıxara bilər. Tibb işçisinin mənəviyyatı ondan ibarətdir ki, o, xəstəni müayinə edib xəstəliyin mahiyyətini, rejim qaydasını ona başa salıb müalicəni təyin etsin. Bunu isə hörmətlə, ehtiyatla, mehribanlıqla, xəstəni narahat etmədən, hər sözü fikirləşə- fikirləşə, götür-qoy etdikdən sonra etməlidir. Ağır, müalicəsi çətin olan xəstəyə yalan söz kömək etmir, inandırıcı və əhvalını yaxşılaşdıran sözlərlə onun fikirlərini və hissi- yatını sabahkı günə yönəltmək lazımdır.
Çox yayılmış "Həkim qeydləri" broşurasında Veraseyev boynuna belə alır: "Əvvəllər mən elə sadəlövh və düzünəqulu idim ki, xəstə məndən inadkarlıqla tələb edəndə düzünü söyləyirdim. Ancaq illər keçdikcə tədricən başa düşdüm ki, həqiqətən xəstə doğrunu bilmək üçün çalışır inandırsın ki, ölümdən qorxmur. Bu o deməkdir: "Əgər ümid yoxdursa, yalanı elə de ki, mən inanım".
Şübhəsiz, həkimin işi mürəkkəb, təzadlı, son dərəcə tələbli, məsuliyyətlidir. Bizim sənətimiz belədir ki, yüksək keyfiyyətli müalicə əldə etmək üçün həkim öz xeyirxah işinə həmişə vicdan və məsuliyyətlə yanaşmalıdır, ayrı cürə yanaşmaq ağlasığmazdır. Mənim zənnimcə, xəstəyə tez, düzgün diaqnoz qoymaq, şübhəsiz, çox qiymətlidir. Lakin bu, əsas şərt deyil. Əsas məsələ xəstəni dinləməkdən, onu ürək ilə başa düşməkdən, hərtərəfli kömək etməkdən ibarətdir. Ancaq bundan sonra həkimin mövqeyi möhkəmlənir, çoxlu fiziki və mənəvi qüvvə sərf edərək xəstəliklə mübarizə aparır və insanın həyata qayıtmasına müvəffəq olur.
Məgər nəsildən-nəslə həkimlərin içdiyi "Hippokrat andı"nın yüksək insanpərvər mənası da bunda deyilmi? Xəstəlik fiziki cəhətdən nə qədər mürəkkəbdirsə, xəstənin ruhi aləmi də bir o qədər incə, nazik olur. Kömək etmək və onu qala kimi möhkəmlətmək üçün həkim ürəyinin atəşini və öz gücünü əsirgəməməlidir.
Sənətimizin mənəviliyi, əgər həqiqətən mənəvidirsə, həkimin sərf etdiyi səyi deyil, bu səyin nəticəsini obyektiv qiymətləndirməyə kömək edir. Əgər bunlara etik ölçülərlə yanaşsaq, o zaman həkimlik fəaliyyətinə verilən kinayəli və hətta mənfi qiyməti aradan qaldırmış olarıq.
Onun başqa göstəricisi - həkimin xarici görünüşüdür. Həkimin qəmgin, qaşqabaqlı, üzgün sifəti xəstəni də ruhdan salır. Xəstə dərdinə şərik olanı gözlədiyi halda ürək sıxıntısı, gülər üz, xoşhallıq gözlədiyi halda tələskənlik, onun halını başa düşmək əvəzinə əsnəməklə qarşılaşır. Nəticədə xəstənin psixoloji vəziyyətinə böyük zərbə olur.
Tibb kollektivində və ümumiyyətlə, hər bir əmək kollektivində olan əxlaqi-mənəvi tərbiyənin, tibb işçilərinin bir-birinə xoş münasibətinin olmasının da əhəmiyyəti az deyil. Görün "xeyirxahlıq", "xoşhallıq", "səmimilik", "xoşsifətlik", "vicdanlılıq", "ürəkaçıqlığı", "gülərüzlülük" kimi anlayışların nə qədər gözəl, dərin mənası var. Əgər tibb kollektivində, cəmiyyətində bunlar yoxsa və ya zəif təzahür olursa, xəstənin vəziyyəti pisləşir. Çox əfsus ki, hələ də həkimlər arasında bəzən özü haqqında yüksək fikirli olanlara, həmkarına hörmətsiz münasibət bəsləyənlərə rast gəlinir. Belə tibbi əmək kollektivlərində mənəvi-əxlaqi tərbiyəni yaxşılaşdırmaq zəruridir.
Hər bir zəhmətkeşin sağlamlığı başqa faktorlarla yanaşı, ilk növbədə onun bilavasitə çalışdığı kollektivdə olan insani münasibətlərdən asılıdır. Əlbəttə, sağlam mühit olması üçün texniki təhlükəsizlik və zəhməti qoruyan başqa qaydalara dəqiq riayət olunmalıdır, bundan əlavə həmin kollektivdə bütün vəzifələrdə çalışanların  davranışından. kollektivdə olan psixoloji iqlimdən çox şey asılıdır. Bunlar hamısı əsasən müdiriyyətin mənəvi səviyyəsindən, elementar etika mədəniyyətindən və təşkilatda əxlaqi tərbiyə işlərinin düzgün təşkil edilməsindən asılıdır.
Bizdə çox vaxt belə hadisələrə rast gəlinir, zəhmətkeş kollektivdə iqlim son dərəcə "qəzəbli", həkimlər isə kənarda dayanıb. Belə vəziyyətdə həkim irəli durmalı, nəinki məsləhət verməli, eyni zamanda kollektivin həyəcanının aradan qaldırılması və onun artmasının qarşısını almaq üçün konkret tədbirlər görməlidir.
Bu sahədə həkim məsuliyyəti problemi hələ həll olunmamış qalıb, bu isə bizim fıkrimizcə, vacib məsələdir.
Moskva şəhərində böyük sosial-psixoloji müayinə aparılıb. Bir sıra idarə və müəssisələrdə aşkar olunub ki, iş vaxtının 15%-i müxtəlif konfliktlərə və konfliktdən sonra yaranan narahatçılığa sərf olunur. İnsanın əhvali-ruhiyyəsini pozmaq və onu bütün günü müvazinətdən çıxarmaq üçün bir neçə saniyə kifayətdir.
İnsanın əhvali-ruhiyyəsinin dəyişilməsi tək istehsalata ziyan ilə məhdudlaşmır, eyni zamanda cəmiyyətə, başqa adamlara, xüsusilə ailə münasibətinə mənfi təsir göstərərək insanların tərbiyəsini pozur.
Ona görə də cəsarətlə demək olar ki, kollektivdə olan psixoloji iqlim, sağlam mühit həkim fəaliyyəti üçün çox mühümdür. Bu haqda düşünməyə dəyər.
Demək olmaz ki, həkim səhvlərini tamamilə aradan qaldırmaq mümkündür. Lakin hər konkret hadisə zamanı görünür məlum obyektiv və qeyri-obyektiv şəraitdə bu səhvdən qaçmaq olar. Elə bir həkim tapılmaz ki, o, vicdan təmizliyi ilə desin ki, həkimlik fəaliyyəti zamanı heç bir səhv etməmişdir. Səhv buraxandan sonra onu gizlətmək olmaz. Ancaq mənəvi cəhətdən zəif, boşboğaz adamlar öz səhvlərini boyunlarına almağa qorxurlar. Səhvini etiraf etmək o deməkdir ki, həkim özündə güc tapıb əzab içərisində əziyyət çəkən xəstələrə tezliklə və qətiyyətlə kömək etməyə, öz səhvini düzəltməyə can atır.
Ən təhlükəlisi və dəhşətlisi odur ki, əyninə ağ xalat geymiş həkim laqeyd olsun. Həkim insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır. Bunun əksini Tolstoy "qəlb əclaflığı" adlandırıb. Laqeydliyə qarşı mübarizənin iki cəhəti var. Söhbət birinci ondan gedir ki, insan özünün ən qiymətli olan həyatını etibar etdiyi laqeyd həkimə qarşı mübarizə, ikincisi isə vətəndaş olan həkimin qəlbindən, davranışından laqeydliyi, mənfiliyi, amoral əlamətləri çıxartmaq.
Təbiblərin zəhmətkeş kollektivi - həkimlərin tərbiyəçisi, onların mənəviliyini - mətinliyini - iradəliliyini aşılayan yerdir. Burada həkim işləmək öyrənir, mənəviyyatını, sənətini, biliyini zənginləşdirir, sağlamlığını itirmiş insanları həyata qaytarmaq üçün öz sağlamlığını belə əsirgəməməyə çalışır. Bir sözlə, yüksək mənəvi keyfiyyətləri öyrədir. Elə ona görə də hər tibb işçisinin mənəvi paklığı səhiyyədə mənəvi-psixoloji iqlimi, onun mənəvi-əxlaqi potensialını təşkil edir. 
Bövük iftixar hissi ilə qeyd etmək lazımdır ki, biz mənəviyyatın təzahürü olan sayılı səhiyyə kollektivlərindən, vətəndaşlarımızın sağlamlığının keşiyində duran çoxminli səhiyyə işçiləri ordusundan danışırıq. Eyni zamanda böyük təəssüf hissi, ürək ağrısı ilə demək olar ki, hələ də özünün mənəviyyatsız hərəkətləri və əməlləri ilə bizim şərəfli və özünəməxsus hörmətli sənətimizə xələl gətirən həkimlərə rast gəlinir.
Mənəvi tərbiyəni yaxşılaşdırmaq üçün meydana çıxan ən xırda maneələri belə tezliklə aradan qaldıraraq sağlamlıq keşiyində duran əmək kollektivlərinin həyatından onları rədd etmək lazımdır. Həkim hansı cəmiyyətdə, hansı ölkədə yaşayırsa, o, "Hippokrat andı"na sadiq qalmalıdır. Qanunauyğun olaraq "Hippokrat andı" həkimlərin həyatında və iş fəaliyyətində ali qanuna çevrilib.
Mən həmişə böyük bir həyəcan ilə, bizim zəhmətimizin amalı olan "Hippokrat andı"nı təkrar edirəm:
- Yüksək həkim adı olaraq, həkimlik fəaliyyətinə başlamaqla təntənəli surətdə and içirəm;
- bütün bilik və gücümü insanın sağlamlığının qorunmasına və yaxşılaşmasına, müalicə etməyə və xəstəliklərinin qarşısını almağa, cəmiyyətin xeyrinə harada olaramsa, orada ləyaqətlə, vicdanla çalışacağam;
- tibbi yardım göstərmək üçün hər zaman hazır olacağam, xəstə insanlara qarşı diqqətli, qayğıkeş olacağam, həkim sirrini qoruyacağam;
- daima öz tibbi biliklərimi təkmilləşdirərək, həkimlik məharətimi artıraraq tibb elmini və təcrübəsini inkişaf etdirəcəyəm;
- xəstənin mənafeyi tələb edəndə sənət yoldaşlarıma məsləhət üçün müraciət edəcəyəm və özüm də yoldaşlarıma həmişə məsləhətim və köməkliyim ilə hazır olacağam;
- vətən təbabətinin xeyirxah ənənəsini qoruyub inkişaf etdirəcəyəm, həmişə həkimin yüksək adını yadımda saxlayaraq, xalqın qarşısında məsuliyyət daşıyacağam.
Bu anda bütün həyatım boyu sadiq qalacağam. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!