12 Dekabr 2025 19:21
136
CƏMİYYƏT
A- A+
DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  


Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilib.

DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xidmətin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda xalqımızın dahi oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

Daha sonra DSX-nin ali zabit heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

Xidmətin aparatında keçirilən tədbirdə isə şəxsi heyət əvvəlcə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Ümummilli Liderin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən fotoekspozisiya ilə tanış olub.

Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə davam edən tədbirdə çıxış edənlər Ulu Öndərin dövlətimizin başçısı olduğu illərdə Azərbaycan xalqının böyük tarixi yol keçdiyini, respublikamızın iqtisadiyyatının sürətlə inkişaf etdiyini, güclü iqtisadi, sosial və hərbi potensialın yarandığını bildiriblər. Əldə olunan imkanlarla güclü Azərbaycan Ordusunun yaradıldığı, məhz buna görə də Qarabağın azadlığının ən böyük memarının Ulu Öndər Heydər Əliyev olduğu xüsusi vurğulanıb.

Qeyd edilib ki, Ümummilli Liderin milli inkişaf konsepsiyasını uğurla davam etdirən, beynəlxalq aləmdə respublikamıza böyük hörmət və nüfuz qazandıran Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf edərək dünyanın qabaqcıl və firavan ölkələrindən birinə çevrilib. Dövlətimizin başçısının rəhbərliyi ilə əldə edilən uğurların Heydər Əliyev zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların davamı olduğu şəxsi heyətin diqqətinə çatdırılıb.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş “On birinci Qarabağnamə” filmi nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

On bir ayda dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb  

18:17
12 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

18:10
12 Dekabr

"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparılıb  

17:21
12 Dekabr

AQTA-nın kollektivi anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib  

17:19
12 Dekabr

Putin və Ərdoğan Aşqabadda danışıqlar aparıblar  

17:13
12 Dekabr

Havanın temperaturu 5-7 dərəcə aşağı enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ  

17:06
12 Dekabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Ulu Öndərin xatirəsini anıb  

17:05
12 Dekabr

Gənclər və İdman Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib  

17:04
12 Dekabr

İnnovativ üzük təqdim olunub  

17:02
12 Dekabr

Marsda qeyri-adi qaya  

16:57
12 Dekabr

Yeni amfibiya növü kəşf edilib  

16:56
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!