12 Dekabr 2025 08:30
481
SİYASƏT
A- A+
Heydər Əliyevin siyasi irsi - dövlətçilik tarixi

Heydər Əliyevin siyasi irsi - dövlətçilik tarixi


Müasir dövlətçilik tariximizin taleyüklü məqamları və ən böyük uğurları dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik dövlət xadimi Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində milli maraqların qorunmasına, mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb və Azərbaycanın müstəqilliyinin daimiliyini, inkişafını və tərəqqisini təmin edib. 

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman böyük ehtiramla yad edilir. Çünki Ümummilli Liderimiz Azərbaycan naminə bütün ömrünü fəda etmiş böyük şəxsiyyətdir. Məhz dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərinə görə hər bir azərbaycanlı öz qəlbində Heydər Əliyev abidəsi ucaldıb. 

Ulu Öndər Heydər Əliyevin siyasi irsi, əslində, dövlətçilik tarixidir. O, bir-birindən kəskin fərqlənən iki ayrı dövrdə - həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini, iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. Ümummilli Liderin iki fərqli dövrdə gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb.

İlk növbədə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev müstəqillikdən öncə respublikamızın perspektivi üçün güclü iqtisadi dayaqlar, siyasi sütunlar yaratmağa müvəffəq olmuşdur. 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyev islahat xarakterli tədbirlər vasitəsilə respublikamızı tənəzzüldən xilas edərək inkişaf yoluna çıxarmışdır. Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrilmiş, güclü kadr bazası formalaşdırmışdır. Ulu Öndərin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən biridir. 

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti də mühüm ictimai-siyasi və ideoloji əhəmiyyətə malikdir. Faktlara diqqət edək: Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız qaldırılıb,  Naxçıvan MSSR adından "Sovet, Sosialist" ifadəsi çıxarılıb, 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələrə siyasi qiymət verilib, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilib, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar verilib. Bütün bunlar Azərbaycan dövlətçiliyinin siyasi və ideoloji əsaslarının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqilliyə gedən yolda müstəsna önəm daşıyıb. Bu gün Azərbaycan xalqı öz müstəqil, nüfuzlu və qüdrətli dövləti ilə qürur duyur. İftixarla vurğulayırıq ki, müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. 

Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər isə Azərbaycanın ən yeni tarixinə müstəqil dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və siyasi yüksəliş dövrü kimi həkk olunub. Həmin dövrdə bugünkü tarixi uğurlarımızın, o cümlədən möhtəşəm Zəfərimizin fundamental əsasları yaradılıb. Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, həm sovetlər dönəmində, həm də müstəqillik illərində Ulu Öndər Heydər Əliyev Azərbaycanın yüksəlişi naminə fədakarlıqla çalışıb. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Məhz Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ulu Öndərin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətinin həyata keçirilməsi nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilib.

Ümumiyyətlə, müasir Azərbaycanın bugünkü reallığı Ulu Öndər Heydər Əliyevin  milli və bəşəri məzmunlu ideyalarının əbədiyaşarlığını aydın ifadə edir. Böyük öndərimiz  iyirmi ildən çoxdur cismən aramızda olmasa da, ideyaları əbədi yaşayır. İllər keçdikcə bu dahi şəxsiyyətin Azərbaycan naminə gördüyü işlərin miqyası daha aydın şəkildə dərk olunur. Bütün həyatını dövlətə sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, xalqın, dövlətin maraqlarını qoruyacaq və ən düzgün qərar verəcək. 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları, dünyada yaşayan bütün azərbaycanlılar heç vaxt unutmayacaq.  Heydər Əliyev Azərbaycanın böyük inkişaf epoxasını yaradıb, respublikamızın hərtərəfli  intibahını təmin edib. Müstəqil Azərbaycan bu möhkəm əsaslar üzərində daim zirvələrə doğru irəliləyib. 

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün təmin olunması idi. Şuşanı Azərbaycanın rəmzi kimi səciyyələndirən Ulu Öndər inamla bildirirdi ki, biz doğma yurd yerlərimizə mütləq qayıdacağıq. Onun bu inamı insanların qəlbində, sözün əsl mənasında, ümid çırağı yandırırdı. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində Ulu Öndərin başladığı müqəddəs işləri onun layiqli davamçısı, Prezident İlham Əliyev məntiqi sonluğa çatdırdı. Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirərək varislik prinsipi əsasında uzaqgörən və məqsədyönlü siyasət həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza şanlı dövlətçilik tarixinin ən möhtəşəm uğurlarını qazandırıb. Bu nailiyyətlərin zirvə nöqtəsi isə 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi və ölkəmizin suverenliyinin tam bərpasıdır. Heydər Əliyevin arzularını, vəsiyyətlərini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şərəflə yerinə yetirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində ordumuz onun rəhbərliyi ilə misilsiz şücaətlər göstərərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Heydər Əliyevin "Biz Şuşaya mütləq qayıdacağıq" arzusu reallığa çevrildi.

Beləliklə, Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir, ölkəmizin qarşısında yeni perspektivlər açılır. Azərbaycanın beynəlxalq mövqeyi, o cümlədən tarixi Zəfərimizin əsasları möhkəmləndirilir. Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işlərinə paralel olaraq Böyük qayıdış prosesi uğurla həyata keçirilir və bütöv Azərbaycanın milli gücü gündən-günə artır. Qazanılan möhtəşəm nailiyyətlərin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin işıqlı ideyaları əbədi olaraq yaşayacaq!


Pərvin KƏRİMZADƏ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!