16 Avqust 2023 10:00
474
İQTİSADİYYAT
A- A+
Yolumuz abad, məqsədimiz aydındır

Yolumuz abad, məqsədimiz aydındır

 

Azərbaycanda həyata keçirilən bütün sosial-iqtisadi layihələr sülh məramlıdır

 

Azərbaycan bu gün yol infrastrukturunu mükəmməl inkişaf etdirən ölkələrdən hesab olunur. Son misal. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev avqustun 7-də dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi sayəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak etmişdir.
"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində yenidən qurulan yolun bu hissəsində 67 alt keçid, 17 qovşaq və 20 körpünün tikintisi başa çatdırılmışdır. Yol iri yaşayış məntəqələrindən kənar keçir ki, bu da təhlükəsizlik baxımından vacib şərtdir. 
Qeyd edək ki, Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır və Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır. Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi kimi bu yol Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasına müsbət təsir etmək imkanına malikdir.  
Artıq Azərbaycan yeni saldığı yollar vasitəsilə şimalla cənubu, şərqlə qərbi bir-birinə bağlayan, kommunikatıv əlaqələri yüksək səviyyədə qura bilən ölkədır. Vaxt var idi bütün supergüclərin maraqlarının kəskin qarşılaşdığı ölkəmiz ağır münaqişələrin mərkəzinə çevrilmişdi. Azərbaycan Prezidentinin gücü ondadır ki, o, müharibələrə köklənən yollardan sülh körpülərini sala bilmiş və Azərbaycanın yeni imicini formalaşdırmışdır. İlham Əliyev qarşıya yalnız müasir, beynəlxalq standartlara cavab verən yolların çəkilməsini yox, həm də bu yollardan ölkəmizin milli maraqlarına maksimum istifadə etmək vəzifəsini qoymuşdur.
Bədnam qonşumuz isə ərazisində yollara artan tələblərin öhdəsindən gələ bilmir, bu məqsədə ayrılan qəpik-quruşla böyük dəyişikliklər əldə etmək mümkün olmadığından ağ yalanların hesabına xal qazanmaq istəyir. Biz iqtisadiyyatımızın istənilən sahəsində Ermənistandan qat-qat öndəyik. Dövlət başçısının regionlara son səfəri zamanı eyni gündə bir neçə mühüm obyektin açılışında iştirakı da bunu təsdiq edir. 
Qeyd etdiyimiz avtomobil yolunun, "Venzana" mebel fabrikinin və bir neçə digər obyektin açılışının bir gündə baş tutması ölkədə atılan zəruri iqtisadi addımların nə dərəcədə sanballı olduğunu göstərir. "Venzana" "Saloğlu" mebel istehsalı müəssisəsinin nəzdində yaradılıb. 2000-ci ildən mebel istehsalı və satışı ilə məşğul olan "Saloğlu" ölkəmizdə kifayət qədər tanınır. Şirkətin istehsal etdiyi məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də ixrac edilir. 425 nəfərin çalışdığı müəssisənin illik istehsal gücü 14 min 260 mebel dəstidir. "Saloğlu"nun bu səviyyəyə çatmasında dövlətin də dəstəyi olmuşdur. İndiyəcən müəssisəyə istehsal fəaliyyətini genişləndirmək üçün Sahibkarlığın İnkişafı Fondundan 10 milyon manat güzəştli kredit ayrılmışdır. Nəticədə "Saloğlu" müəssisəsi işini daha uğurla qura bilmiş, dünyanın aparıcı mebel şirkətləri ilə sıx əməkdaşlıq yaratmış, mebel istehsalı sahəsində innovativ həllərin, qabaqcıl texnologiyaların və iş təcrübəsinin Azərbaycana gətirilməsi və tətbiqi istiqamətində önə çıxmışdır.
Yeni açılan "Venzana" mebel fabrikinə gəldikdə onun da məhsullarının daxili bazarda satışı ilə yanaşı, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya və digər ölkələrə ixracı nəzərdə tutulur. Layihənin davamı olaraq 20 hektar ərazidə ümumi dəyəri 27,2 milyon manat olan 4 yeni fabrikin (masa və oturacaq, süngər, metal məmulatları və döşək istehsalı fabrikləri) tikilməsi nəzərdə tutulur. Digər mebel istehsalı müəssisələrinin xammal tələbatının yerli istehsal hesabına təmin edilməsinə hesablanan bu layihə 2025-ci ildə tamamlanacaq. 
Bu baxımdan Ermənistanın bizimlə rəqabət aparmaq cəhdləri gülüncdür, hərçənd erməni təbliğat maşını öz halvasına şirin deməkdən yorulmur. Nə deyə bilərik. Ermənilər hələ "halva-halva" taktikası ilə iqtisadiyyatlarını "canlandırmaqla" başlarını qatırlar. Onların politoloqları min hoqqadan çıxır, qaranlıqlara kəllə vurub heç kimin ağlına gəlməyən uydurma faktlarla "təbliğat yallısı" gedirlər. İşğal yuxusundan ayıla bilməyən bu ölkə bütün regional layihələrdən, beynəlxalq dəhliz və yol qovşaqlarından kənarda qalıb, Azərbaycan və Türkiyə ilə bütün iqtisadi əlaqələri sıfırlayıb. Ona görə ermənilər inkişafdan danışanda uydurmalarsız, saxta rəqəmlərsiz ötüşə bilmirlər. Fərqinə varmırlar ki, həmin saxta rəqəmlər olsa-olsa onların iqtisadi xəyallarının göstəricisidir. 

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!