25 Aprel 2026 01:15
1112
Fərmanlar
A- A+
"Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

"Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. "Qaçqın və köçkünlərin məskunlaşdığı düşərgələrdə idarəetmə sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 17 sentyabr tarixli 207 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 257 (Cild I)2-ci hissəsində "hakimiyyətinin nümayəndəsi, nümayəndənin müavini, nümayəndəliyin katibi" sözləri "hakimiyyəti başçısının nümayəndəsi, baş məsləhətçi-ev təsərrüfatlarının uçotu işinin aparıcısı, xadimə" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440 (Cild I); 2024, № 5 (I kitab), maddə 526; 2025, № 5, maddə 444, № 9, maddə 817; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 624 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1.8.4-cü abzasda "orqanlarının" sözü "başçılarının" sözü ilə əvəz olunsun, həmin abzasa ikinci halda "dairələri" sözündən sonra "üzrə" sözü əlavə edilsin və həmin abzasdan ikinci halda ", böyük məsləhətçi, aparıcı məsləhətçi" sözləri çıxarılsın;

2.2. 2.3.4-cü yarımbənd üzrə:

2.2.1. 3-cü abzasdan ", yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində" sözləri çıxarılsın və həmin abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

2.2.2. aşağıdakı məzmunda 4-cü abzas əlavə edilsin:

"4. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində aparıcı mütəxəssis.".

3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 508 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 892 (Cild I) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydaları"nın 2.4-cü bəndində "hüquq şöbəsinin" sözləri "hüquq məsələləri üzrə struktur bölməsinin" sözləri ilə əvəz edilsin. 

4. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 186 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3-cü bənddə, 7-ci bəndin birinci və ikinci abzaslarında, 8-ci bənddə, 9-cu bəndin ikinci cümləsində, 10-cu bəndin ikinci abzasının ikinci cümləsində, 12-ci bəndin birinci cümləsində, 15-ci bəndin birinci və üçüncü abzaslarında və ikinci abzasının birinci cümləsində,17-ci bəndin ikinci abzasında ismin müvafiq hallarında "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri ismin müvafiq hallarında "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.2. 25-ci bəndin birinci abzasının birinci cümləsində "hüquq şöbəsinin" sözləri "hüquq məsələləri üzrə struktur bölməsinin" sözləri ilə əvəz edilsin;

4.3. 28-ci bənddə "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə" sözləri "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsinə" sözləri ilə əvəz edilsin;

4.4. 29-cu bəndin birinci abzasında və 30-cu bənddə "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri "Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.5. 31-ci bənddə "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.6. 38-ci bəndin dördüncü abzasında "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri "Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.7. 39-cu bəndin birinci abzasında,45-ci, 49-cu bəndlərdə, 50-ci bəndin birinci abzasında, 52-ci bəndin ikinci abzasında, 53-cü bənddə və 54-cü bəndin birinci abzasında ismin müvafiq hallarında "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri ismin müvafiq hallarında "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.8. 55-ci bənd üzrə:

4.8.1. birinci abzasda "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri "Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.8.2. ikinci abzasda "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində" sözləri "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsində" sözləri ilə əvəz edilsin;

4.9. 57-ci bənddə, 61-ci bəndin birinci abzasında, 62-ci bəndin yeddinci cümləsində, 65-ci bəndin birinci və ikinci abzaslarında, 70-ci bənddə ismin müvafiq hallarında "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri ismin müvafiq hallarında "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.10. 72-ci bəndin birinci abzasında "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri "Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.11. 80-ci, 81-ci bəndlərdə, 83-cü bəndin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 88-ci bəndin birinci cümləsində, 91-ci bənddə, 92-ci bəndin ikinci abzasında, 93-cü bəndin birinci abzasının ikinci cümləsində, 96-cı bəndin birinci abzasının ikinci cümləsində və ikinci abzasında ismin müvafiq hallarında "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri ismin müvafiq hallarında "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.12. 97-ci bəndin birinci cümləsində "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri "Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.13. 98-ci bəndin ikinci abzasının ikinci cümləsində, 99-cu bəndin birinci abzasının ikinci və beşinci cümlələrində "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin" sözləri "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsinin" sözləri ilə əvəz edilsin;

4.14. 102-ci bəndin birinci abzasının birinci cümləsində "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində" sözləri "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsində" sözləri ilə əvəz edilsin;

4.15. 103-cü bənd üzrə:

4.15.1. birinci abzasda "kadr işlərinin aparılması həvalə edilmiş şöbəsinə" sözləri "kadr məsələləri üzrə struktur bölməsinə" sözləri ilə əvəz edilsin;

4.15.2. onuncu abzasda "Kadr işlərini aparan şöbə" sözləri "Kadr məsələləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.16. 104-cü bənddə "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində" sözləri "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsində" sözləri ilə əvəz edilsin;

4.17. 107-ci bəndin birinci abzasında "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri "Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.18. 109-cu bənd üzrə:

4.18.1. ikinci abzasın birinci cümləsində, üçüncü və dördüncü abzaslarda "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri "Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.18.2. altıncı abzasın ikinci cümləsində "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə" sözləri "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsinə" sözləri ilə əvəz edilsin;

4.19. 110-cu bəndin birinci abzasında "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində" sözləri "Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsində" sözləri ilə əvəz edilsin;

4.20. 111-ci bəndin birinci abzasında və ikinci abzasının ikinci cümləsində, 115-ci bəndin birinci abzasında və 116-cı bənddə ismin müvafiq hallarında "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri ismin müvafiq hallarında "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.21. 119-cu bənd üzrə:

4.21.1. birinci abzasın birinci cümləsində "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə, ikinci cümləsində "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə" sözləri "Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsinə" sözləri ilə əvəz edilsin;

4.21.2. yeddinci abzasda "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində" sözləri "Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsində" sözləri ilə əvəz edilsin;

4.22. 121-ci bənddə və 123-cü bəndin birinci abzasında ismin müvafiq hallarında "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri ismin müvafiq hallarında "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.23. 124-cü bənd üzrə:

4.23.1. birinci abzasda "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin" sözləri "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsinin" sözləri ilə əvəz edilsin;

4.23.2. ikinci abzasda "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin" sözləri "Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsinin" sözləri ilə əvəz edilsin;

4.24. 128-ci bənddə, 129-cu bəndin birinci cümləsində, 130-cu bənddə, 136-cı bəndin birinci cümləsində və 137-ci bənddə (hər iki halda) ismin müvafiq hallarında "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" sözləri ismin müvafiq hallarında "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.25. həmin Təlimata 3 və 26 nömrəli əlavələrdə "Ümumi şöbə" sözləri "Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi" sözləri ilə əvəz edilsin;

4.26. həmin Təlimata 13 nömrəli əlavədə "ümumi şöbəyə" sözləri "sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsinə" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 aprel 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Venesuelada 300 məhbus azadlığa buraxılır

22:31
20 May

Azərbaycanda qaz nəqli 2,8 faiz artıb

22:21
20 May

WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub  

22:16
20 May

OECD rəsmisi: WUF13-ün təşkilatçılığı məni heyran etdi

21:52
20 May

Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi ilə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb  

21:39
20 May

Əhalinin istehlak xərcləri 26,1 milyard manatı ötüb

21:27
20 May

WUF13-də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib  

20:58
20 May

Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

20:48
20 May

Zelenski: Ukrayna Rusiya ordusunun Çerniqov-Kiyev istiqamətində hücum əməliyyatları planlarını təhlil edib  

20:41
20 May

WUF13 çərçivəsində qlobal mənzil öhdəliklərinin icrasına dair parlament üzvlərinin dəyirmi masası təşkil edilib  

20:39
20 May

WUF13-də “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf və Şəhərlərin Yaşıl Transformasiyası” sessiyası 

20:36
20 May

Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub  

20:26
20 May

BTC ilə 8,4 milyon tona yaxın neft nəql olunub

20:22
20 May

WUF13 çərçivəsində SPECA Şəhərlər Forumu baş tutub

20:16
20 May

TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib  

20:14
20 May

Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib  

20:06
20 May

WUF13: Şəhər idarəçiliyində məlumat əsaslı strategiyalar və rəqəmsal dönüşüm nəzərdən keçirilib

19:57
20 May

WUF13 çərçivəsində yaşıl, davamlı və yerli mənbəli evlərin qurulması ilə bağlı sessiya baş tutub - YENİLƏNİB  

19:51
20 May

WUF13 çərçivəsində qeyri-formal məskunlaşmaların transformasiyasına dair fikir mübadiləsi aparılıb  

19:47
20 May

İqtisadiyyat Nazirliyində Dünya Bankı Qrupunun vitse-prezidenti ilə görüş olub  

19:41
20 May

WUF13: İqlim dəyişikliyi fonunda Azərbaycan və Latın Amerikasının şəhərsalma təcrübəsi öyrənilib  

19:31
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!