15 Aprel 2026 00:43
1294
Fərmanlar
A- A+
"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki: 

1.1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin birinci hissəsinin 10-cu bəndinin "Qeyd"inin 1-ci bəndinin birinci cümləsində hər iki halda və 2-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 

1.2. həmin Qanunun 85-ci maddəsinin birinci hissəsinin 10-cu bəndinin  "Qeyd"inin 2-ci bəndinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 85-ci maddəsinin birinci hissəsinin 10-cu bəndinin "Qeyd"inin 1-ci bəndinin birinci cümləsində "orqan (qurum)" dedikdə birinci halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, ikinci halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin birinci hissəsinin 10-cu bəndinin "Qeyd"inin 2-ci bəndinin ikinci cümləsinə uyğun olaraq, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. "Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin birinci hissəsinin 10-cu bəndinin "Qeyd"inin 1-ci bəndinin birinci cümləsinə uyğun olaraq, balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqların məbləğini üç ay müddətində müəyyən etsin.

4. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666 (Cild I); 2024, № 3, maddə 260, № 7, maddə 815, № 8, maddələr 937, 947,  №10, maddə 1138; 2025, № 6, maddə 542, № 11, maddələr 1018, 1036, № 12 (I kitab), maddə 1150; 2026, № 1, maddə 24) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə "10-cu bəndinin "Qeyd" hissəsinin birinci" sözləri "birinci hissəsinin 10-cu bəndinin "Qeyd"inin 1-ci bəndinin birinci cümləsində (hər iki halda) və 2-ci bəndinin ikinci" sözləri ilə əvəz edilsin;

4.2. 2.2-ci bəndə "IX hissəsinin ikinci cümləsində" sözlərindən sonra ", 85-ci maddəsinin birinci hissəsinin 10-cu bəndinin "Qeyd"inin 2-ci bəndinin ikinci cümləsində" sözləri əlavə edilsin;

4.3. 2.34-cü bənddən "XIX hissəsinin ikinci və üçüncü cümlələrində və" sözləri çıxarılsın;

4.4. 2.36-cı bəndə "Qanunun" sözündən sonra "53-cü maddəsinin XIX hissəsinin ikinci və üçüncü cümlələrində," sözləri əlavə edilsin;

4.5. 2.37-ci bənddə ", birinci hissəsinin birinci abzasında və 10-cu bəndinin "Qeyd" hissəsində" sözləri "və birinci hissəsinin birinci abzasında" sözləri ilə əvəz edilsin, həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun;

4.6. aşağıdakı məzmunda 2.38-ci bənd əlavə edilsin:

"2.38. həmin Qanunun 85-ci maddəsinin birinci hissəsinin 10-cu bəndinin "Qeyd"inin 1-ci bəndinin birinci cümləsində "orqan (qurum)" dedikdə birinci halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, ikinci halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.".

5. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416 (Cild I); 2024, № 5 (I kitab), maddələr 521, 529, № 12 (II kitab), maddə 1369) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 3.1.17-2-ci yarımbənd əlavə edilsin:

"3.1.17-2. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqların məbləğini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla təsdiq edir;".

6. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 7, maddə 649, № 8, maddələr 746, 754, № 9, maddə 820, № 11, maddə 1018;2026, № 1, maddələr 36, 41; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 11 fevral tarixli 598 nömrəli, 23 fevral tarixli 604 nömrəli, 12 mart tarixli 617 nömrəli, 13 mart tarixli 619 nömrəli və 16 mart tarixli 622 nömrəli fərmanları) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 4.52-ci bənd ləğv edilsin;

6.2. 4.53-cü bənddə "97.3-cü maddəsinin üçüncü cümləsində" sözləri "97.1-ci maddəsində, 97.3-cü maddəsinin birinci və üçüncü cümlələrində" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1031 (Cild I); 2024, № 8, maddə 948, № 11, maddə 1199; 2025, № 3, maddə 227, № 9, maddə 820, № 11, maddələr 1024, 1037) ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"nin 3.1.25-4-cü yarımbəndindən", habelə Bakı şəhərinin inzibati ərazisində mühafizə olunan duracaqların" və "mühafizə olunan duracaqları və" sözləri çıxarılsın.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 aprel 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Venesuelada 300 məhbus azadlığa buraxılır

22:31
20 May

Azərbaycanda qaz nəqli 2,8 faiz artıb

22:21
20 May

WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub  

22:16
20 May

OECD rəsmisi: WUF13-ün təşkilatçılığı məni heyran etdi

21:52
20 May

Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi ilə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb  

21:39
20 May

Əhalinin istehlak xərcləri 26,1 milyard manatı ötüb

21:27
20 May

WUF13-də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib  

20:58
20 May

Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

20:48
20 May

Zelenski: Ukrayna Rusiya ordusunun Çerniqov-Kiyev istiqamətində hücum əməliyyatları planlarını təhlil edib  

20:41
20 May

WUF13 çərçivəsində qlobal mənzil öhdəliklərinin icrasına dair parlament üzvlərinin dəyirmi masası təşkil edilib  

20:39
20 May

WUF13-də “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf və Şəhərlərin Yaşıl Transformasiyası” sessiyası 

20:36
20 May

Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub  

20:26
20 May

BTC ilə 8,4 milyon tona yaxın neft nəql olunub

20:22
20 May

WUF13 çərçivəsində SPECA Şəhərlər Forumu baş tutub

20:16
20 May

TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib  

20:14
20 May

Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib  

20:06
20 May

WUF13: Şəhər idarəçiliyində məlumat əsaslı strategiyalar və rəqəmsal dönüşüm nəzərdən keçirilib

19:57
20 May

WUF13 çərçivəsində yaşıl, davamlı və yerli mənbəli evlərin qurulması ilə bağlı sessiya baş tutub - YENİLƏNİB  

19:51
20 May

WUF13 çərçivəsində qeyri-formal məskunlaşmaların transformasiyasına dair fikir mübadiləsi aparılıb  

19:47
20 May

İqtisadiyyat Nazirliyində Dünya Bankı Qrupunun vitse-prezidenti ilə görüş olub  

19:41
20 May

WUF13: İqlim dəyişikliyi fonunda Azərbaycan və Latın Amerikasının şəhərsalma təcrübəsi öyrənilib  

19:31
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!