24 Aprel 2026 20:48
221
SİYASƏT
A- A+
Bakı Təşəbbüs Qrupu Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib  

Bakı Təşəbbüs Qrupu Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib  

Bakı Təşəbbüs Qrupu (BTQ) bəyan edir ki, Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlılara qarşı həyata keçirilmiş siyasət təkcə etnik ayrı-seçkilik deyil, həm də sistemli şəkildə aparılmış müstəmləkəçi təfəkkürün, irqi ayrı-seçkilik xarakterli və monoetnikləşdirməyə hədəflənmiş siyasətin tərkib hissəsi olmuşdur.

BTQ-dən AZƏRTAC-a daxil olan bəyanatda deyilir:

“Azərbaycanlıların yeganə “günahı” onların milli mənsubiyyəti idi. Onlar 1905-1906-cı illərdə, 1918-ci il və XX əsrin sonrakı mərhələlərində kütləvi qırğınlara, etnik təmizləməyə, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının kobud şəkildə pozulmasına məruz qalmışdır.

Azərbaycanlılara qarşı törədilən kobud qanun pozuntuları kolonial güclərin tarixən müstəmləkə altında saxladığı xalqlara qarşı törətdiyi vəhşiliklərin təkrarı idi.

Ermənistan SSR-nin məqsədyönlü şəkildə həyata keçirdiyi kolonial təfəkkürlü siyasət azərbaycanlıların öz tarixi yaşayış məkanlarından mərhələli şəkildə sıxışdırılmasına, onların mədəni-dini irsinin silinməsinə və nəticə etibarilə Ermənistanın monoetnik respublikaya çevrilməsinə xidmət etmişdir.

Bu xüsusda azərbaycanlıların kütləvi sürgün əməliyyatları 1948-1953-cü illəri əhatə etmiş və 150 mindən çox azərbaycanlı öz el-obasından didərgin düşmüşdür. Bu aktlar insan talelərində dərin faciələr yaratmış, minlərlə ailəni doğma torpaqlarından ayırmış, ağır köçürülmə şəraiti insanların həyatına, sağlamlığına və sosial vəziyyətinə ağır zərbə vurmuşdur.

Eyni zamanda, azərbaycanlılara məxsus tarixi-mədəni irs məqsədyönlü şəkildə silinmiş, Azərbaycan mənşəli toponimlər kütləvi qaydada dəyişdirilmiş, yaşayış məntəqələri, qəbiristanlıqlar, dini və mədəni abidələr dağıdılmış və ya özgələşdirilmişdir. Bu siyasət yalnız insanların fiziki olaraq öz yurdlarından çıxarılması ilə məhdudlaşmamış, onların tarixi yaddaşının və mədəni izlərinin silinməsini də hədəfləmişdir.

1987-ci ilin sonlarından etibarən Ermənistan hakimiyyəti Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirmiş, bunun ardınca Ermənistanda hələ də yaşamaqda olan 250 mindən çox azərbaycanlı zor gücünə öz doğma yurdlarından qovulmuşdur. Azərbaycanlıların yaşadığı kəndlərə silahlı hücumlar təşkil edilmiş, insanlar öz evlərini tərk etməyə məcbur edilmiş, beləliklə, Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti başa çatdırılmışdır.

Bu proses yalnız azərbaycanlılara qarşı yönəlməmişdir. Ermənistanın monoetnik dövlətə çevrilməsi siyasəti nəticəsində digər etnik və dini azlıqlar da sıxışdırılmış, onların sayı kəskin şəkildə azalmışdır. Bu fakt Ermənistanın uzun illər ərzində məqsədyönlü şəkildə bu siyasəti apardığını göstərir. Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycanın suveren ərazilərinin 20 faizini işğal etmişdir.

Bu gün Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədiyi bir vaxtda Ermənistan cəmiyyətində azərbaycanlılara və türklərə qarşı nifrət ritorikasının, revanşist çağırışların və irqçi yanaşmaların hələ də mövcud olması ciddi narahatlıq doğurur. Davamlı sülh yalnız tarixi ədalətsizliklərin etirafı, insan hüquqlarına hörmət, ayrı-seçkilik siyasətindən imtina və zorla çıxarılmış insanların hüquqlarının bərpası əsasında mümkün ola bilər.

Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti, insan hüquqları institutlarını, BMT-nin müvafiq mexanizmlərini və digər beynəlxalq təşkilatları Ermənistan dövlətinin azərbaycanlılara qarşı həyata keçirdiyi müstəmləkəçi təfəkkürlü, həmçinin etnik ayrı-seçkilik, dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mingəçevirdə psixologiya üzrə genişmiqyaslı elmi konfrans keçirilir

22:48
24 Aprel

Bakı Təşəbbüs Qrupu Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib  

20:48
24 Aprel

MDB-də vahid statistik birliyin formalaşdırılması üzrə layihənin icrası müzakirə olunub  

20:37
24 Aprel

Ən yaxşı snayperçilər müəyyənləşib

20:23
24 Aprel

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

20:03
24 Aprel

Cəbəllüttariq körfəzində 124 batmış gəmi tapılıb

19:56
24 Aprel

Rusiya və Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi olub  

19:43
24 Aprel

İsveçrədə Azərbaycanın biznes və investisiya potensialı tanıdılıb

19:42
24 Aprel

Floridada meşə yanğınları

19:42
24 Aprel

Avstraliya və Vyetnam enerji təhlükəsizliyi üçün güclərini birləşdirir

19:31
24 Aprel

Elm dünyasında ilk: Qara dəliyin partlayış sürəti ölçülüb  

19:26
24 Aprel

Budapeştdə hava hərəkətinin koordinasiyasına dair yüksəksəviyyəli müşavirə keçirilib  

19:14
24 Aprel

BSTDB-nin Azərbaycanda fəaliyyəti genişlənir: maliyyələşmə həcmi artır  

19:07
24 Aprel

“Meta” şirkəti süni intellektlə əlaqədar 8 min işçisini ixtisar edir

18:51
24 Aprel

 Uşaqlarda sepsisin müalicəsində yeniliklər 

18:44
24 Aprel

Dünyada milyarderlərin sayı sürətlə artır

18:39
24 Aprel

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ

18:19
24 Aprel

Cənubi Koreya investorları ABŞ bazarına axın edir

18:13
24 Aprel

Kənd təsərrüfatı naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

17:53
24 Aprel

Oljas Süleymenov - 90: Anti-nüvə hərəkatının səsinə çevrilən yazıçı

17:45
24 Aprel

Prezident Ərdoğan: Türkiyənin Formula1 yarışlarına yenidən qayıtması çempionata böyük dəyər qatacaq  

17:36
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!