06 İyun 2025 08:55
977
İQTİSADİYYAT
A- A+
Yeni razılaşma "Şəfəq-Asiman"ın qaz ehtiyatlarının qiymətləndirilməsi sürətlənəcək

Yeni razılaşma "Şəfəq-Asiman"ın qaz ehtiyatlarının qiymətləndirilməsi sürətlənəcək


BP, SOCAR və TPAO bir neçə saziş imzalayıblar. Bu sənədlər TPAO-nun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman"  blokuna dair Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) qoşulmasına imkan verəcək. Razılaşma layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi  üçün blokun bundan sonrakı qiymətləndirilməsini sürətləndirməyə kömək  edəcək.

Əvvəla xatırladaq ki, BP ilə SOCAR arasında "Şəfəq-Asiman" dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üzrə HPBS 2010-cu ilin oktyabr ayında Bakıda imzalanıb. 2012-ci ildə  müqavilə sahəsində üçölçülü  seysmik məlumatların toplanması proqramı həyata keçirilib. Əldə olunmuş seysmik məlumatların interpretasiyası isə 2015-ci ildə başa çatıb. Bundan  sonra kəşfiyyat quyusunun qazılacağı yer seçilib və qazma işlərinin planlaşdırılması aparılıb. Nəticədə  2020-ci ilin yanvarında  SAX01 kəşfiyyat quyusunun qazılmasına başlanıb  və bu iş 2021-ci ilin martında sona çatıb. Həmin  quyu 7189 metr dərinliyə çatmaqla Fasilə lay dəstinin əsasınadək qazılıb və keçilən laylarda qaz-kondensat ehtiyatlarının mövcudluğunu təsdiqləyib. Daha sonra quyu əlavə qiymətləndirmə işlərinin aparılması və növbəti fəaliyyətlərin planlaşdırılması üçün bağlanıb.

İndi isə layihəni irəli aparmaq üçün Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla  əlavə qiymətləndirmə işləri həyata keçiriləcək. Bu fəaliyyətlərə imkan yaratmaq üçün HPBS-nin kəşfiyyat dövrü uzadılacaq. Bu günlərdə əldə olunan razılaşma üzrə işlərin 2025-ci ilin üçüncü rübünün sonunadək başa çatacağı gözlənilir. Razılaşma yekunlaşdıqdan sonra TPAO şirkəti HPBS-də ümumilikdə 30 faiz iştirak payına sahib olacaq. Şirkətə  bunun 15 faizi BP-dən, 15 faizi isə SOCAR-dan veriləcək. Hazırda BP  və SOCAR hər biri HPBS-də 50 faizlik iştirak payına malikdir. Kəşfiyyat dövründə BP şirkəti HPBS-nin operatoru olaraq qalacaq.

Qeyd edək ki, yeni sənədlərin rəsmi imzalanması bu günlərdə öz işini sona çatdırmış  Bakı Enerji Həftəsi çərçivəsində baş  tutub. Bu münasibətlə hər üç şirkətin rəhbərliyi öz fikirlərini söyləyib. SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib: "TPAO-nun "Şəfəq-Asiman" tərəfdaşlığına qoşulmasından çox məmnunuq. Bu strateji əməkdaşlıq Azərbaycanın dəniz ehtiyatlarının qiymətləndirilməsi və mümkün işlənməsini irəli aparmaq üçün regional tərəfdaşlıqların əhəmiyyətini bir daha vurğulayır. BP və TPAO ilə birlikdə məqsədimiz qiymətləndirmə prosesini sürətləndirməklə nəticədə enerji təhlükəsizliyini artırmaq və bütün maraqlı tərəflərə əlavə dəyər gətirməkdir".

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, operator olaraq "Şəfəq-Asiman" layihəsini irəli aparmaq üçün TPAO ilə əməkdaşlıq imkanından çox məmnundurlar: "Bu əməkdaşlıq bizə bu perspektivli strukturda kəşfiyyat və qiymətləndirmə işlərini sürətləndirməyə kömək edəcək əlavə texniki və maliyyə imkanları gətirəcək. Bu, bütün tərəflərin Xəzərdə Azərbaycanın neft və qaz ehtiyatlarının tam potensialını daha geniş əməkdaşlıq və investisiyalar vasitəsilə açmaq istəyini bir daha nümayiş etdirir".

TPAO-nun İdarə Heyətinin sədri və baş icraçı direktoru Ahmet Türkoğlu bunun  regional enerji əməkdaşlığında mühüm bir mərhələ olduğunu qeyd edib: "SOCAR və BP ilə yanaşı, "Şəfəq-Asiman" tərəfdaşlığına qoşulmaqla, "Türkiyə Petrolleri" ölkələrimiz və daha geniş region üçün təhlükəsiz, şaxələndirilmiş və dayanıqlı enerji gələcəyi qurmaq öhdəliyini bir daha təsdiqləyir. Bu əməkdaşlıq SOCAR-ın geniş yerli təcrübəsini, BP-nin qabaqcıl texnologiyasını və TPAO-nun dəniz sahəsindəki təcrübəsini bir araya gətirir. Xəzər dənizindəki bu perspektivli strukturun tam potensialını birlikdə üzə çıxarmaq məqsədimiz var. Geoloji kəşfiyyatdan başqa, bu tərəfdaşlıq həm də məşğulluq imkanları kimi  əlavə dəyərlər yaradacaq və "Cənub qaz dəhlizi"nin əhəmiyyətini artırmaqla regional sabitliyə, enerji təhlükəsizliyinə və uzunmüddətli iqtisadi artıma töhfə verəcək. "Türkiye Petrolleri" olaraq bütün regionun inkişafı və dayanıqlılığı ilə bağlı birgə istəyimizi həyata keçirmək üçün SOCAR və BP ilə yanaşı durmaqdan qürur duyuruq".

Qeyd edək ki, "Şəfəq-Asiman" dəniz bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə, suyun dərinliyinin 650-800 metr olduğu bir ərazidə yerləşir. Bu blok "Şahdəniz"dən 60 kilometr aralıdadır. Səngəçal terminalından isə "Şəfəq-Asiman"ı 145 kilometrlik məsafə ayırır. 


Flora  SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!