12 Sentyabr 2026 08:10
182
İQTİSADİYYAT
A- A+
"Yeni əsrin müqaviləsi"nin 9 ili tamam olur

"Yeni əsrin müqaviləsi"nin 9 ili tamam olur


2017-ci il sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsinin yeni dövrü başlandı. AÇG-nin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edildi və yenidən tərtib olunmuş sənəd imzalandı. Yeni saziş Milli Məclis tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olundu. 

AÇG-nin tammiqyaslı işlənməsini "Əsrin müqaviiəsi" kimi tanıdığımızdan   sözügedən sazişi də "Yeni əsrin müqaviləsi" adlandırdıq. Çünki bununla nəhəng AÇG yataqlar blokunun işlənilməsinin müddəti 2050-ci ilin əvvəlinə qədər uzadıldı. Üstəlik də, saziş ölkəmiz üçün daha əlverişli şərtlərlə imzalandı. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" də Azərbaycanın maraqlarını tam təmin edirdi. 

"Yeni əsrin müqaviləsi" ölkəmizin gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün böyük əhəmiyyət daşıyır. Sazişin bir hissəsi olaraq SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə yüksəldildi. Beynəlxalq tərəfdaş şirkətlərin layihənin icrası dövründə ARDNF-yə (Azərbaycan Respublikası Dövlət Neft Fondu) 3,6 milyard dollar bonus ödəyəcəkləri qərara alındı. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin isə 75 faiz təşkil edəcəyi bildirildi. Bir vacib məqam da odur ki, tərəfdaşların tərkibində dəyişiklik olmadı. O cümlədən BP şirkəti layihənin operatoru olaraq qaldı. Bu da Prezident İlham Əliyevin yaratdığı möhkəm beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platformasının bir daha təsdiqidir. 

"Yeni əsrin müqaviləsi" uğurla irəliləyir. Bunu ACE ("Azəri Mərkəzi Şərqi") platformasından hasilatın təhlükəsiz və ahəngdar davam etməsi də göstərir. ACE   platforması iki  il yarıma yaxındır hasilata başlayıb. AÇG-nin bu ilin birinci yarısında verdiyi təxminən 59 milyon barel neftdə onun da payı var. Belə ki, bu qurğudan gündəlik 26 min 400 barel neft hasil olunur.

ACE platformasının təhlükəsiz şəkildə işə salınması və indi də uğurla fəaliyyət göstərməsi 9 il əvvəv AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin müddətinin uzadılmasından sonra layihə tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır. ACE sazişinin özü isə müəllifi Ümummilli Lider Heydər Əliyev olan yeni neft strategiyamızın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin və zamanın tələbləri baxımından inkişaf etdirilərək yeni nailiyyətlər qazanmasının daha bir göstəricisidir . 

Xatırladaq ki, "Azəri-Çıraq-Günəşli"nin hasilat platformaları bunlardır: "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ACE.

ACE dənizin təxminən 140 metr dərinliyində, mövcud "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında quraşdırılmış yeni hasilat, qazma və yaşayış platformasıdır. Göründüyü kimi, qurğu özünün  "Azəri Mərkəzi Şərqi" adını da yaxın qonşularından alıb. 

ACE-nin dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) tikilib. Blokun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğunun tikinti işləri üç il çəkib və təhlükəsiz şəkildə, yəni heç bir bədbəxt hadisəyə yol verilmədən tamamlanıb. 

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri isə Bibiheybətdəki tikinti-quraşdırma sahəsində aparılıb. Üst modullara neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların çəkisi 19 min 600 tondur. Bu qurğu "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib.

Qeyd edək ki, 2022-ci il dekabrın 13-də Prezident İlham Əliyev BDÖZ sahəsinə baş çəkərək dayaq blokunun dənizə yola salınması prosesinə xeyir-dua vermişdir. 

BP bu qurğunun texnoloji və rəqəmsal baxımdan şirkətin dünyada ən qabaqcıl, həmçinin qurudan idarə etdiyi ilk platforması olduğunu bildirib. ACE gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.

ACE-dən hasil olunan neft əvvəlcə platformadakı texniki emal qurğularından keçərək 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş yeni yataqdaxili xətlə təxminən 130 kilometr yol qət edərək Səngəçal terminalına çatdırılır. Platformadan ilk neft 2023-cü  ilin sonunda qazılmağa başlanmış birinci quyudan  2024-cü ilin aprelində alınıb. 

"ACE, həqiqətən də, öz mühəndislik kreativliyi, qabaqcıl rəqəmsal texnologiyası və avtomatlaşdırmalarına görə tam seçilir. Qürur duyuruq ki, "gələcəyin platforması" olduğuna inandığımız belə bir qurğunu uğurla ərsəyə gətirmişik". Operator olan BP şirkəti "Azəri-Çıraq-Günəşli"nin ən gənc platformasının üstünlüklərini bir daha belə vurğulayır.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ekran arxasındakı təhlükə

09:00
12 Sentyabr

Təxribat törətdilər, layiqli cavablarını aldılar

08:50
12 Sentyabr

Zəfər salnaməçisi

08:40
12 Sentyabr

İslam həmrəyliyindən beynəlxalq hüquqa, siyasi dəstəkdən strateji tərəfdaşlığa

08:30
12 Sentyabr

Qida təhlükəsizliyinin təminatında yeni dövr başlayır

08:20
12 Sentyabr

"Yeni əsrin müqaviləsi"nin 9 ili tamam olur

08:10
12 Sentyabr

Müstəqil və çoxtərəfli diplomatiya modeli

08:00
12 Sentyabr

F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında

00:30
12 Sentyabr

"Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

00:28
12 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

00:27
12 Sentyabr

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı  

00:25
12 Sentyabr

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:24
12 Sentyabr

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:22
12 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:20
12 Sentyabr

Əhali kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərcləri 33,4 faiz artırıb

19:43
11 Sentyabr

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

19:30
11 Sentyabr

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib

19:13
11 Sentyabr

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan

19:10
11 Sentyabr

ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur

19:07
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB 

19:00
11 Sentyabr

Azərbaycan komandası çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinə qələbə ilə başlayıb

18:55
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!