14 Fevral 2026 08:35
155
SİYASƏT
A- A+
Yeni dövrün hədəfləri reallıqda öz təsdiqini tapır

Yeni dövrün hədəfləri reallıqda öz təsdiqini tapır


Zəfər seçkisindən ötən iki il Azərbaycanın dövlətçilik salnaməsində yeni və mühüm nailiyyətlərin əldə olunduğu mərhələ kimi dəyərləndirilməlidir. Bu müddət ərzində ölkəmiz həm daxili inkişaf, həm də xarici siyasət müstəvisində yeni zirvələr fəth edib, möhkəmlənən suverenliyini real nəticələrlə təsdiqləyib.

Prezident İlham Əliyevin şəxsi əzmi, qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə milli maraqlarımız qətiyyətlə təmin olunub, dövlətimizin beynəlxalq nüfuzu daha da artıb. İndi Azərbaycan təkcə Cənubi Qafqazın aparıcı aktoru deyil, həm də qlobal müstəvidə söz sahibi olan güclü və etibarlı tərəfdaş kimi qəbul edilir. Parçalanmış və ziddiyyətlərlə dolu beynəlxalq mühitdə balanslaşdırılmış siyasət yürüdərək bütün qütblərlə eyni məsafədə dayanmaq bacarığı məhz Prezident İlham Əliyevin məharətli diplomatiyasının nəticəsidir.

Geosiyasi prosesləri dərindən təhlil edən dövlət başçısı praqmatik və uzaqgörən addımları ilə ölkəmizə ardıcıl tarixi qələbələr qazandırıb. 


Zəfər seçkisindən inkişaf zirvəsinə


Təsadüfi deyil ki, 2024-cü il 7 fevral tarixində keçirilən prezident seçkilərində xalq növbəti dəfə İlham Əliyevə yüksək etimad göstərdi. Bu seçkilər bütöv Azərbaycanda keçirilən Zəfər seçkisi kimi tarixə düşdü. Müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzurda vətəndaşlarımız səsvermədə iştirak etdilər. Xankəndidə səs verən dövlət başçısının bu addımı isə həm siyasi, həm də rəmzi baxımdan xüsusi məna daşıyırdı.

Zəfər seçkisi ilə ölkəmizin həyatında daha bir mərhələ uğurla başa çatdı, yeni hədəflərə istiqamətlənən yeni dövr başlandı. 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu mərhələnin ideya-siyasi mahiyyətini aydın ifadə edirdi: "İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur".

Ötən iki ildə bu fikirlərin real nəticələrdə öz əksini tapdığını görürük. Andiçmə mərasimində qarşıya qoyulan prioritetlərdən biri Ordunun və Silahlı Qüvvələrin daha da gücləndirilməsi idi. Bu istiqamətdə mühüm addımlar atılıb, sərhədlərimizin mühafizəsi daha da möhkəmləndirilib.

Dövlət başçısının həmin mərasimdə vurğuladığı digər mühüm məsələ milli birliyin qorunması və gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması idi: "Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır... ...Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun".

Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı quruculuq işləri artıq real nəticələr verir. Bu gün işğaldan azad olunmuş ərazilərdə 27 mindən çox keçmiş məcburi köçkün 8 şəhər, 3 qəsəbə və 26 kənddə məskunlaşdırılıb. İnfrastruktur layihələri, sosial obyektlərin tikintisi və iqtisadi fəaliyyətin bərpası həmin bölgələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

İqtisadiyyatın şaxələndirilməsi, yoxsulluq və işsizliklə mübarizə, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də prioritet istiqamətlər kimi diqqət mərkəzində saxlanılıb. 

Bərpaolunan enerji sahəsində mühüm layihələr həyata keçirilib, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı artaraq 16-ya çatıb. Onların 11-nin NATO üzvü olması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu daha da artırır.

Nəqliyyat və logistika imkanlarının genişləndirilməsi nəticəsində Azərbaycan artıq qlobal nəqliyyat mərkəzlərindən biri kimi qəbul edilir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji coğrafi mövqe real iqtisadi üstünlüyə çevrilib.


Sülh və əməkdaşlıq 


Son iki ilin mühüm nəticələrindən biri Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yaranan yeni imkanlardır. Ötən il 8 avqust tarixində Vaşinqtonda Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətninin paraflanması və əldə olunan razılaşmalar bölgədə yeni reallıq yaratdı. Zəngəzur dəhlizinin (TRIPP -The Trump route for international peace and prosperity) açılması ilə bağlı razılaşma regionun iqtisadi gələcəyinə mühüm töhfədir və kommunikasiyaların bərpası ümumi rifaha xidmət edir.

Xarici siyasətdə də Azərbaycan mühüm nailiyyətlər qazanıb. Çin və ABŞ kimi qlobal güclərlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi dövlətimizin artan nüfuzunun göstəricisidir. 

Ötən il Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanması böyük uğurdur. 

Eləcə də bu il fevralın 10-da Bakıda "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması çoxşaxəli və balanslı diplomatiyanın mühüm nəticəsidir.

Fevralın 10-da ABŞ-nin vitse-prezidenti Cey.Di.Venslə birgə mətbuata bəyanat zamanı Prezident İlham Əliyev dedi: "Bizim üçün dünyanın ən qüdrətli ölkəsi - Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz, həmçinin Prezident Trampa, vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik".

Beynəlxalq təşkilatlar çərçivəsində də fəallıq artıb. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən XII Zirvə Görüşü əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm mərhələ olub. 

Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi, həmçinin Orta Asiya ölkələrinin Məşvərət Şurasında tamhüquqlu üzv statusu qazanması ölkəmizə göstərilən etimadın göstəricisidir.

Qeyd edək ki, 8 böyük müsəlman ölkəsini birləşdirən və 30 ilə yaxın fəaliyyət göstərən bu təşkilata ötən illər ərzində əlavə üzv qəbul edilməmişdi və birinci genişlənmə qərarından sonra qəbul edilən üzv məhz Azərbaycan oldu. 

BMT Baş Assambleyasının 80-ci sessiyası, "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı və digər beynəlxalq platformalarda Prezident İlham Əliyev tərəfindən səsləndirilən mesajlar Azərbaycanın qlobal gündəlikdə fəal rolunu nümayiş etdirir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş Sülh Şurasında iştirak isə ölkəmizin qlobal sülh təşəbbüslərində rolunu daha da möhkəmləndirib.

Sülhü yalnız sözdə deyil, konkret addımları, diplomatik təşəbbüsləri və tərəfdaşlıq layihələri ilə əyani şəkildə dəstəkləyən Bakı daim dialoq və əməkdaşlığı prioritet hesab edir, siyasi iradə və məsuliyyətli siyasətlə barışın mümkün olduğunu ortaya qoyur. 

Bütün bu faktlar göstərir ki, son iki il Azərbaycan üçün sadəcə zaman kəsiyi deyil, yeni inkişaf mərhələsinin möhkəm təməlidir. Güclü iqtisadiyyat, qüdrətli ordu, daxili sabitlik və xalq-iqtidar birliyi üzərində qurulan bu siyasət ölkəmizi daha böyük hədəflərə aparır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq yeni üfüqlərə doğru inamla irəliləyir və əldə olunan nailiyyətlər gələcək uğurların da təminatına çevrilir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aktyor, rejissor, ssenarist

09:55
14 Fevral

Multikultural ruhu özündə yaşadan Molokan Mərkəzi

09:50
14 Fevral

Əli Vəliyev - hər zamanın yazıçısı

09:45
14 Fevral

Qara bax, qara...

09:40
14 Fevral

Naftalanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbir keçirilmişdir

09:35
14 Fevral

Neftçalada yazlıq və çoxillik əkinlərinin bəyan edilməsinə dair maarifləndirici tədbir olub

09:30
14 Fevral

Burzubənd artıq ucqar dağ kəndi sayılmır

09:25
14 Fevral

Qazaxın işğaldan azad olunmuş kəndlərinin sakinləri tezliklə doğma ocaqlarına dönəcəklər

09:20
14 Fevral

Paşinyanın sülh sınağı

09:15
14 Fevral

Bakıdakı Zəfər parkından Bolqarıstandakı Şuşa parkına

09:10
14 Fevral

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

09:05
14 Fevral

Uzun yolun qısa xülasəsi

09:00
14 Fevral

Mədəni irsimizi əks etdirən ekran yaddaşı

08:55
14 Fevral

İnformasiya təhlükəsizliyi hər zaman prioritetdir

08:50
14 Fevral

Xəyanətkar Mehdiyev-Kərimli ittifaqı qanun qarşısında cavab verəcək

08:45
14 Fevral

Xarici ölkənin xüsusi xidmət orqanları ilə gizli əlaqəyə girənlər ifşa olundu

08:40
14 Fevral

Yeni dövrün hədəfləri reallıqda öz təsdiqini tapır

08:35
14 Fevral

Xalq-Prezident birliyi möhtəşəm uğurlara yol açıb

08:30
14 Fevral

Azərbaycanın inkişaf tarixinin qürurverici dövrü

08:25
14 Fevral

Prezident İlham Əliyev bəyan etdiyi məqsədlərə ardıcıllıqla nail olur

08:20
14 Fevral

Arzuları reallığa çevirən güclü Lider

08:15
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!