14 Fevral 2026 09:15
162
SİYASƏT
A- A+
Paşinyanın sülh sınağı

Paşinyanın sülh sınağı


Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması niyyətini açıqlayıb. Hökumət başçısı qeyd edib ki, sülh sazişinin imzalanması İrəvanın əsas gündəliyindədir. 

Baş nazir bildirib ki, əslində, bu sənədin ötən ilin dekabr, yanvar və ya aprel aylarında imzalanması da gündəmdə idi, çünki layihə üzrə əsas müzakirələr hələ ötən ilin martında yekunlaşıb: "Biz bu istiqamətdə işləməyə davam edəcəyik". Məlumat üçün bildirək ki, Ermənistanda növbəti parlament seçkiləri bu il iyunun 7-nə təyin edilib. 

Görünən odur ki, Paşinyan parlament seçkilərinə qədər sülh sazişini imzalamaqla həm daxili auditoriyaya "sülh gətirən lider" mesajını vermək, həm də ölkəsinin iqtisadi təcridinə son qoymaq niyyətindədir. Yəni Baş nazir seçkilərə "dördüncü respublikanın qurucusu" və müharibə səhifəsini qapatmış rəhbər kimi qatılmağı hədəfləyir. Ona görə də sülhün Ermənistana iqtisadi rifah və təhlükəsizlik gətirəcəyi tezisini hərarətlə müdafiə edir. Ancaq Baş nazir fərqindədir ki, sülhün insanların həyatında və cibində hiss olunmaması onu hədəflərinə çatdırmayacaq. O səbəbdən ABŞ-nin dəstəklədiyi TRIPP layihəsinin icrasına və prosesin sürətlənməsinə önəm verir. Xüsusən Türkiyə ilə sərhədlərin açılmasına, Azərbaycanla ticarət əlaqələrinin genişlənməsinə səy göstərir. Həmçinin çıxışlarında 2025-ci ili "itki verilməyən ilk il" kimi xarakterizə edir, hərbi xidmətin müddətini azaldaraq topluma "müharibə bitdi" mesajını ötürür. 

Bakı ilə İrəvan arasında yekun sülhün önündəki yeganə əngəl Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bəndlərin qalmasıdır. Konstitusiyanın preambulasında ölkənin müstəqillik bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə isə "Qarabağın Ermənistana birləşməsinə dair" sərsəm "miatsum" ideologiyası əksini tapıb. Ona görə də Azərbaycan tərəfi birmənalı şəkildə sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsi şərtini irəli sürüb. Bu tələb, sadəcə, diplomatik şərt deyil, gələcəkdə yarana biləcək revanşizm cəhdinin qarşısının alınmasının hüquqi sığortasıdır. Çünki Ermənistanda sonradan hakimiyyətə gələn hər hansı qüvvə sülh sazişinin daxili qanunvericiliyə zidd olduğunu iddia edə bilər. Azərbaycanın bu məsələdəki prinsipial və güzəştsiz mövqeyi Ermənistana "yarımçıq sülh" manipulyasiyası üçün heç bir boşluq buraxmır. 

İrəvan yeni konstitusiya layihəsinin mətnini 2026-cı ilin martında dərc etməyi planlaşdırır. Paşinyan Bakının şərtini yerinə yetirmək üçün parlament seçkilərini bir növ "referendum sınağı" kimi görür və daxili auditoriyaya belə bir seçim təqdim edir: köhnə konstitusiya daimi müharibə, blokada və qeyri-müəyyənlik, yeni konstitusiya isə sülh, iqtisadi rifah və beynəlxalq sərhədlərin toxunulmazlığı deməkdir. Əslində, 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sənədinin paraflanması ilə İrəvan bu problemi həll edəcəyinə dair öhdəlik götürüb. Azərbaycanın prinsipial mövqeyi regionda qalıcı sülh konsepsiyasına xidmət edir. Paşinyan nə qədər "müharibə bitdi" desə də, hüquqi təməli olmayan kövrək sülh növbəti müharibəyə qədər verilən fasilə olar. Paşinyanın cəmiyyəti fundamental dəyişikliyə razı salmağı bacarıb-bacarmayacağı Ermənistan hökumətinin ən kritik və çətin tapmacasıdır. Çünki bu, sadəcə, qanunvericilikdə dəyişiklik yox, erməni təfəkkürünün düşmənçilik mərhələsindən əməkdaşlığa keçidi olacaq. 

Hələlik Paşinyan müxalifətin bütün oxlarını üzərinə çəkməmək üçün konstitusiya dəyişikliyi tələbini Azərbaycanın şərti kimi deyil, Ermənistanın suverenliyini qorumaq və gələcəkdə yeni müharibələrin qarşısını almaq üçün yeganə yol kimi cəmiyyətə təqdim edir. Revanşistlər konstitusiya dəyişikliyinə qarşı çıxsalar da, Paşinyana alternativ olaraq daha yaxşı həyat vəd edə bilmirlər. Kilsə və dəstəkçilərinin də 2024-2025-ci illərdə Paşinyanı devirə bilməməsi göstərdi ki, erməni cəmiyyəti köhnə ideoloji şüarlardan, Koçaryan-Sarkisyan cütlüyünün miflərindən bezib. 

Nəticə etibarilə sülh müqaviləsi Azərbaycan üçün ərazi bütövlüyünün hüquqi təsbiti ilə yanaşı, Ermənistan üçün otuz illik iqtisadi təcriddən qurtulmağın və dövlət kimi ayaqda qalmağın yeganə çıxış yoludur. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil  

10:54
14 Fevral

Ukraynanın enerji infrastrukturuna hücumlar əhali üçün ağır nəticələrə səbəb olub  

10:48
14 Fevral

Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı  

10:18
14 Fevral

Azərbaycan Prezidenti: Normallaşma prosesi uğurla irəliləyir

10:17
14 Fevral

Parisdə jandarmlara hücum edən şəxs güllələnib  

10:11
14 Fevral

Aktyor, rejissor, ssenarist

09:55
14 Fevral

Multikultural ruhu özündə yaşadan Molokan Mərkəzi

09:50
14 Fevral

Əli Vəliyev - hər zamanın yazıçısı

09:45
14 Fevral

Qara bax, qara...

09:40
14 Fevral

Naftalanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbir keçirilmişdir

09:35
14 Fevral

Neftçalada yazlıq və çoxillik əkinlərinin bəyan edilməsinə dair maarifləndirici tədbir olub

09:30
14 Fevral

Burzubənd artıq ucqar dağ kəndi sayılmır

09:25
14 Fevral

Qazaxın işğaldan azad olunmuş kəndlərinin sakinləri tezliklə doğma ocaqlarına dönəcəklər

09:20
14 Fevral

Paşinyanın sülh sınağı

09:15
14 Fevral

Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq  

09:13
14 Fevral

Bakıdakı Zəfər parkından Bolqarıstandakı Şuşa parkına

09:10
14 Fevral

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

09:05
14 Fevral

Uzun yolun qısa xülasəsi

09:00
14 Fevral

Mədəni irsimizi əks etdirən ekran yaddaşı

08:55
14 Fevral

İnformasiya təhlükəsizliyi hər zaman prioritetdir

08:50
14 Fevral

Xəyanətkar Mehdiyev-Kərimli ittifaqı qanun qarşısında cavab verəcək

08:45
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!