22 Aprel 2025 12:40
3977
Səhiyyə
A- A+
Yaz mövsümü ilə əlaqədar müşahidə olunan qrip və respirator virus infeksiyaları təbii haldır  

Yaz mövsümü ilə əlaqədar müşahidə olunan qrip və respirator virus infeksiyaları təbii haldır  

Yaz mövsümü ilə əlaqədar olaraq uşaqlar və böyüklər arasında qrip və kəskin respirator virus infeksiyalarına yoluxma saylarında artım müşahidə olunması təbii hal kimi qiymətləndirilir. Bu tip kəskin respirator virus infeksiyalarının əksəriyyəti yüngül klinik simptomlarla keçir, fəsadlaşmır. Bir çox hallarda etioloji müalicə ehtiyacı olmadan baş və əzələ ağrıları, ümumi zəiflik kimi intoksikasiya əlamətləri səngiyir, iştaha yaxşılaşır, boğaz ağrıları və öskürək keçib gedir, bədən hərarəti normallaşır və xəstəlik qısa vaxt ərzində sağalma ilə nəticələnir.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarət şöbəsinin məsləhətçisi Çinarə Hacıyeva deyib. Onun sözlərinə görə, risk qruplarına aid bəzi şəxslərdə xəstəliklərin ağır keçməsi, fəsadlaşması, arzuolunmaz nəticələrə səbəb olması mümkündür:

“Yaz aylarında uşaqlar arasında rotavirus infeksiyası da yayılır və əsasən, 5 yaşınadək uşaqlar arasında özünü büruzə verir. Xəstəliyin əsas əlamətləri qusma, yüksək hərarət və ishaldır.

Yaz mövsümündəki xəstəliklərin ilk günlərində etioloji müalicə ehtiyacı olmadan yüngül simptomatik müalicə ilə xəstənin vəziyyətində yaxşılaşma müşahidə edilir. Lakin yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması hallarında həkim-mütəxəssisə müraciət edilməsi tövsiyə olunur”.

Ç.Hacıyeva qeyd edib ki, mövsüm dəyişkənliyi ilə əlaqəli olaraq yaz-yay aylarında yoluxucu xəstəliklərlə yanaşı, allergik xəstəliklərin də artması müşahidə edilir: “Allergik xəstəliklərin simptomları, əsasən, burun, boğaz və gözlərdə müşahidə edilir. Burun axıntısı, gözlərin acışması və sulanması, tez-tez asqırmaq, dərinin qızarması, başağrısı və s. allergiyaya xas olan ilkin simptomlardır. Bəzi oxşar simptomlarla əlaqədar mövsümi allergik xəstəliklərlə kəskin respirator virus infeksiyalarını fərqləndirmək çətinləşir. Belə hallarda həkim-allerqoloqların konsultasiyası vacibdir”.

Nizami Tibb Mərkəzinin həkim-terapevti Samirə Qəribova isə bildirir ki, hava-damcı yolu ilə keçən infeksiyalara immun sisteminin zəifləməsi nəticəsində daha çox rast gəlinir:

“Bu zaman müalicə vaxtında və düzgün aparılmalıdır. Çünki düzgün müalicə aparılmayan respirator xəstəliklər pnevmoniya, abses, virus infeksiyaları isə meningit, otit, haymorit və s. ağırlaşmalar verə bilər. Ən çox rast gəlinən əlamətlər isə öskürək, boğazda qıcıqlanma, təngnəfəslik, yüksək hərarət, başağrıları, dispepsik simptomlar, limfoadenopatiya və digərləridir. Virus infeksiyaları zamanı müalicə, əsasən, simptomatik aparılmalıdır. Bakterial ağırlaşmalar olduqda isə etioloji faktorlar nəzərə alınır.

Orqanizmin xəstəliklərə qarşı mübarizəsində immun sistemin rolunu nəzərə alaraq immun sistemi balansda saxlamaq üçün düzgün qidalanmaya, yuxu rejiminə, stresdən uzaq olmağa riayət edilməsi arzuolunandır. Həmçinin virusların ötürülmə yollarını nəzərə alaraq şəxsi gigiyena qaydalarına riayət olunması (əl gigiyenasına nəzarət, respirator gigiyena, sosial məsafənin qorunması və s.) xəstəliklərə yoluxmanın qarşının alınmasında ən effektiv üsullardan biridir”.

Mütəxəssislər vurğulayırlar ki, ev şəraitində yalnız yüngül simptomatik müalicə tövsiyə olunur. Empirik antibiotik istifadəsi və venadaxili infuziyalar arzuolunmazdır, ev şəraitində həkim tövsiyəsi olmadan başlanılan bu kimi müalicələr insan sağlamlığına daha ciddi ziyan vura bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb

11:30
11 May

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

10:05
11 May

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb  

22:25
10 May

Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb

22:19
10 May

Premyer Liqa: "Neftçi"dən asan qələbə

21:46
10 May

Nikol Paşinyan: Qarabağ bizim deyildi  

21:18
10 May

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı  

20:19
10 May

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər

20:03
10 May

Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib

19:48
10 May

Kişineuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib  

18:43
10 May

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

18:29
10 May

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib

17:55
10 May

Azərbaycan Ordusunun gənc əsgərləri and içiblər

16:51
10 May

Misir-Azərbaycan Dostluq Parkında Ulu Öndərin xatirəsi anılıb

16:48
10 May

Prokurorluq əməkdaşları Fəxri Xiyabanı ziyarət edib

16:37
10 May

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

16:22
10 May

“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb

16:14
10 May

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:12
10 May

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

16:01
10 May

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

15:57
10 May

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

15:54
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!