30 İyun 2026 08:30
142
SİYASƏT
A- A+
Yaxın Şərqdə sülhün taleyi hələ də aydın deyil

Yaxın Şərqdə sülhün taleyi hələ də aydın deyil


Son günlər Yaxın Şərqdə hərbi qarşıdurma yenidən alovlanıb. Lakin İran və ABŞ Körfəzdəki son hərbi qarşıdurmanı dayandırmaq və Hörmüz boğazı ətrafındakı mübahisə ilə bağlı danışıqları yenidən başlatmaq barədə razılığa gəliblər. 

Bu addım qarşılıqlı zərbələrdən sonra gərginləşən müvəqqəti sülh sazişinin qorunması üçün ümidləri artırıb. Tərəflər hələlik geri çəkiləcək və gəmilərin sərbəst hərəkəti təmin olunacaq. "Axios" nəşri tərəfindən yayılan məlumata görə, dayandırılan diplomatik danışıqların bu gün Qətərdə yenidən bərpa olunacağı gözlənilir.

Xatırladaq ki, iyunun 17-də tərəflər arasında Hörmüz boğazının tranzit üçün yenidən açılmasını nəzərdə tutan 14 bəndlik müvəqqəti Anlaşma Memorandumu imzalanmışdı. Lakin ötən cümə axşamı boğazda bir yük gəmisinin vurulmasından sonra tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edib. Yeri gəlmişkən qeyd edək ki, Yaxın Şərqdə fevralın 28-də başlanan hərbi əməliyyatları dayandırmaq məqsədilə imzalanan 14 bəndlik müvəqqəti saziş çərçivəsində bu yaxınlarda İsveçrədə ABŞ vitse-prezidenti Cey. Di. Vens və İran parlamentinin Sədri Məhəmməd Baqir Qalibaf arasında danışıqlar aparılmış, Vaşinqton Tehrana qarşı bəzi sanksiyaları dondurmuşdu. İndi tərəflərin Qətərdə yenidən masaya oturması gərginliyi azaltmaq üçün son şansdır. Təəssüf ki, real vəziyyət prosesin heç də rəvan getmədiyini göstərir. Vaşinqton və Tehran xəttindəki yaranan etibarsızlıq mühiti hələ də aradan qaldırılmayıb. Qlobal enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edən Hörmüz boğazı həmin gərginliyin mərkəzində yer alır. Beynəlxalq ticarət yollarının təhlükəsizliyi bu regiondakı sabitlikdən birbaşa asılıdır. Son dövrlər boğaz ətrafında hərbi fəallığın artması qlobal neft bazarlarına və iqtisadiyyata mənfi təsir göstərir.

Həqiqətən də bu ayın ortalarında tərəflər arasında müəyyən bir yumşalma müşahidə olunurdu. İyunun 14-də əldə olunmuş ilkin razılaşma gərginliyin azalacağına dair ümidləri artırmışdı. Bu razılaşmanın ardınca iyunun 21-də İsveçrədə yüksəksəviyyəli diplomatik görüş keçirilmişdi. Həmin vaxt ekspertlər prosesin müsbət məcrada davam edəcəyini proqnozlaşdırırdılar. Hətta növbəti mərhələdə İranın nüvə proqramı ilə bağlı texniki məsələlərin müzakirəsi planlaşdırılırdı. Avropa ölkələri də bu dialoqun uğurla nəticələnməsində maraqlı tərəf kimi çıxış edirdi.

Ancaq hadisələrin gedişi diplomatik masadakı razılaşmalarla üst-üstə düşmür. Son günlər Hörmüz boğazı regionunda silahların işə düşməsi diplomatik səylərə zərbə vurur. Bu isə tərəflərin bir-birinə qarşı etimadını sarsıldır və ilkin razılaşmalar əhəmiyyətini itirir.

Yaxın Şərqdə davamlı sülhün bərqərar olması tərəflərin qarşılıqlı güzəştlərə getməsini tələb edir. Təkcə hərbi güc nümayiş etdirməklə regionda sabitliyə nail olmaq mümkün deyil. Beynəlxalq vasitəçilərin də səylərinə bel bağlamaq olmaz. Qətər və İsveçrə kimi ölkələrin dialoq platforması yaratmaq cəhdlərinin hərbi eskalasiyanın kölgəsində qalması bunu bir daha təsdiqləyir. Hazırkı mənzərə isə regionun gələcəyi ilə bağlı nikbin proqnozlar verməyə əsas yaratmır. Tərəflər siyasi iradə nümayiş etdirməyəcəkləri halda Hörmüz boğazındakı gərginlik qlobal xarakter ala bilər. 

Bu prosesdə həm Vaşinqton, həm də Tehran öz daxili auditoriyasının təzyiqlərini də nəzərə alır. Hər iki ölkədə mövcud olan siyasi dairələr qarşı tərəfə güzəştə gedilməsini zəiflik kimi qiymətləndirir. Bu faktor tərəfləri daha radikal addımları atmağa sövq edir. Nəticədə real diplomatik həll yolları arxa plana keçir və hərbi ritorika önə çıxır. Beynəlxalq birlik isə tərəfləri təmkinli olmağa çağırmaqdan uzağa gedə bilmir.

Yaxın Şərq bu gün özünün ən həssas dövrlərindən birini yaşayır. Kövrək sülhün hər an yenidən müharibəyə çevrilmək ehtimalı qalır. Göründüyü kimi, Yaxın Şərqdə sülhün taleyi hələ də aydın deyil. Regionda sabitliyin açarı isə dialoqdadır. Əks halda Hörmüz boğazında dayanan hər bir gəmi, atılan hər bir hərbi addım regionu daha böyük təhlükəyə sürükləyə bilər. Hadisələrin növbəti mərhələdə hansı ssenari üzrə inkişaf edəcəyini isə yaxın günlərdə atılacaq siyasi addımlar müəyyən edəcək.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti bahalaşıb

10:00
30 İyun

Dünya çempionatında növbəti sensasiya: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırıb

09:53
30 İyun

Vitkoff İranla danışıqlar üçün Qətərə yollanıb

09:52
30 İyun

Dünya çempionatı: Paraqvay Almaniya millisini məğlub edərək 1/8 finala yüksəlib

09:43
30 İyun

Venesuelada zəlzələ qurbanlarının sayı 1700-ü ötüb

09:42
30 İyun

Peru mətbuatında Azərbaycanla diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş məqalə yayımlanıb

09:41
30 İyun

Anomal istilər Avropanı sınağa çəkir

08:50
30 İyun

4 ayda 4,7 milyard dollarlıq qeyri-neft məhsulları ixrac olunub

08:45
30 İyun

Süni intellekt və rəqəmsal texnologiyalar "orta güc" konsepsiyasının mühüm faktoru kimi

08:40
30 İyun

Fransanın beynəlxalq iflası

08:35
30 İyun

Yaxın Şərqdə sülhün taleyi hələ də aydın deyil

08:30
30 İyun

"AŞPA qərəzli siyasəti ilə özünə zərbə vurur"

08:25
30 İyun

İrəvanda vəzifə manipulyasiyaları

08:20
30 İyun

Bir əsr sonra yenidən Bakıda

08:15
30 İyun

Tərtər: növbəti məqsəd yeni hədəflərə çatmaqdır

08:10
30 İyun

"İntensiv bağçılıq xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır"

08:05
30 İyun

“AZƏRBAYCAN”ın Qarabağ səfəri

08:00
30 İyun

"Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:44
30 İyun

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:43
30 İyun

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 425-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:43
30 İyun

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:41
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!