30 İyun 2026 08:20
184
SİYASƏT
A- A+
İrəvanda vəzifə manipulyasiyaları

İrəvanda vəzifə manipulyasiyaları


"İdarəetmə oyunları Ermənistanda dayanıqlı dövlətçilik institutlarının olmadığını göstərir"


Ermənistanın Baş naziri Nikol Paşinyanın həm hökumət daxilində kadr islahatları, həm də ölkənin hərbi-siyasi, konstitusional xəttində etməyə çalışdığı dəyişikliklər Ermənistanın daxili siyasi gələcəyini formalaşdırır. Paşinyan siyasi ritorikasını tarixi iddialar və xəyali sərhədlər üzərində deyil, beynəlxalq səviyyədə tanınmış mövcud sərhədlər daxilindəki dövlət ideologiyası üzərində qurur. 

Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında bildirib ki, Paşinyan hökumətinin ən böyük vəzifələrindən biri ölkənin Müstəqillik Bəyannaməsinə və dolayısıyla Azərbaycan ilə Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyanı dəyişməkdir. "Bu, Bakı ilə yekun sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biridir. Lakin parlamentdə konstitusiyanı dəyişmək üçün zəruri olan üçdəiki səs çoxluğunun olmaması bu islahatın reallaşmasını çətinləşdirir. Paşinyan artıq parlamenti tam manipulyasiya edə bilmir və alternativ hüquqi yollar axtarmaq məcburiyyətindədir. Ermənistanın Baş naziri ölkə mətbuatında və siyasi kuluarlarda geniş müzakirə olunan kadr islahatları ilə bağlı iddialara aydınlıq gətirərək, hökumətin tərkibində yaxın gələcəkdə hər hansı bir genişmiqyaslı dəyişikliyin nəzərdə tutulmadığını rəsmən bəyan edib. Nazirlər Kabinetinin növbəti iclasından sonra jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandıran Baş nazir hazırkı komandanın işindən məmnunluğunu ifadə edərək bildirib ki, hökumət üzvlərinin fəaliyyətindən ümumilikdə razıdır və hazırda nazirlər və ya Baş nazirin müavinləri səviyyəsində yüksəkstatuslu kadr dəyişiklikləri planlaşdırmır. Bununla belə, Paşinyan hökumət daxilindəki struktur vəzifələrə yanaşmanı dəyişmək niyyətində olduğunu və bu istiqamətdə beynəlxalq təhsil standartlarına xüsusi önəm veriləcəyini vurğulayıb. O, dünyanın ən nüfuzlu ilk 200 universitetinin məzunlarını ölkənin dövlət kadr bankına daxil olmağa və hökumətin idarəetmə sistemində iştirak etməyə dəvət etdiklərini bir daha xatırladıb. Baş nazirin sözlərinə görə, icra hakimiyyəti strukturlarında kadr potensialının gücləndirilməsi və intellektual gənclərin proseslərə cəlb olunması prioritet məsələdir. Paşinyan Ermənistanda dövlət aparatında fəaliyyət göstərməyin getdikcə həm status, həm də şərait baxımından daha cəlbedici və prestijli bir sahəyə çevriləcəyini iddia edib. Göründüyü kimi, Nikol Paşinyanın xarici universitet məzunlarını dövlət aparatına cəlb etmək cəhdləri reallıqda ölkədəki dərin kadr böhranının və böhranın aradan qaldırmaq cəhdlərinin bariz göstəricisidir", - deyə deputat əlavə edib.

K.Bayramov həmçinin diqqətə çatdırıb ki, Ermənistan mətbuatında parlament sədri Alen Simonyanın prezident postuna gətirilməsi, hazırkı dövlət başçısı Vaaqn Xaçaturyanın isə passiv statuslu baş nazirin müşaviri vəzifəsinə keçirilməsi barədə yayılan xəbərlər İrəvan kuluarlarında növbəti daxili qruplaşma və sığorta axtarışından xəbər verir: "Xaçaturyanın səhhətindəki problemlər fonunda gündəmə gələn bu plan həm hakim komandanın daxilindəki əsas fiqurlar, həm də Ermənistanı öz geosiyasi alətinə çevirmək istəyən Qərb dairələri ilə razılaşdırılıb. Sözügedən idarəetmə oyunları Ermənistanda dayanıqlı dövlətçilik institutlarının olmadığını təsdiqləyir. Ermənistan konstitusiyasına görə, prezident postu simvolik xarakter daşısa da, hazırkı mürəkkəb regional və daxili siyasi şəraitdə Paşinyanın özünə ən sadiq və fors-major hallarda onu əvəzləyə biləcək Alen Simonyan kimi aktiv bir fiquru bu posta gətirmək istəməsi təsadüfi deyil. Bu, hər şeydən əvvəl Paşinyan rejiminin gələcəkdə qarşılaşa biləcəyi siyasi böhranlar zamanı hakimiyyət rıçaqlarını tam nəzarətdə saxlamaq və özünü sığortalamaq cəhdidir".

Deputat vurğulayıb ki, Azərbaycanın maraqları baxımından Ermənistanda hansı simanın hansı postu tutması deyil, İrəvanın beynəlxalq öhdəliklərinə, sülh prosesinə və regional təhlükəsizliyə nə dərəcədə sadiq qalacağı önəmlidir: "Paşinyan rejimi daxili kadr oyunlarını kənara qoyub, regionda dayanıqlı sülhün təmin olunması üçün real addımlar atmalıdır. Baş nazir Nikol Paşinyanın bir tərəfdən, hökumətdə sabitliyi qorumağa çalışması, digər tərəfdən isə, özünə ən sadiq fiqurları strateji nöqtələrə yerləşdirmək istəyi real islahatlara deyil, şəxsi hakimiyyətin sığortalanmasına xidmət edir. Azərbaycanın milli maraqları və regionun gələcəyi baxımından isə Ermənistan idarəçiliyində hansı fiqurların yer alması mahiyyəti dəyişmir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olması İrəvanın daxili vəzifə manipulyasiyalarından və populist bəyanatlarından deyil, rəsmi Bakının irəli sürdüyü ədalətli beynəlxalq şərtlərə və sülh öhdəliklərinə real əməl etməsindən asılıdır".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti bahalaşıb

10:00
30 İyun

Dünya çempionatında növbəti sensasiya: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırıb

09:53
30 İyun

Vitkoff İranla danışıqlar üçün Qətərə yollanıb

09:52
30 İyun

Dünya çempionatı: Paraqvay Almaniya millisini məğlub edərək 1/8 finala yüksəlib

09:43
30 İyun

Venesuelada zəlzələ qurbanlarının sayı 1700-ü ötüb

09:42
30 İyun

Peru mətbuatında Azərbaycanla diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş məqalə yayımlanıb

09:41
30 İyun

Anomal istilər Avropanı sınağa çəkir

08:50
30 İyun

4 ayda 4,7 milyard dollarlıq qeyri-neft məhsulları ixrac olunub

08:45
30 İyun

Süni intellekt və rəqəmsal texnologiyalar "orta güc" konsepsiyasının mühüm faktoru kimi

08:40
30 İyun

Fransanın beynəlxalq iflası

08:35
30 İyun

Yaxın Şərqdə sülhün taleyi hələ də aydın deyil

08:30
30 İyun

"AŞPA qərəzli siyasəti ilə özünə zərbə vurur"

08:25
30 İyun

İrəvanda vəzifə manipulyasiyaları

08:20
30 İyun

Bir əsr sonra yenidən Bakıda

08:15
30 İyun

Tərtər: növbəti məqsəd yeni hədəflərə çatmaqdır

08:10
30 İyun

"İntensiv bağçılıq xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır"

08:05
30 İyun

“AZƏRBAYCAN”ın Qarabağ səfəri

08:00
30 İyun

"Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:44
30 İyun

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:43
30 İyun

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 425-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:43
30 İyun

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:41
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!